Ədəbiyyat İnstitutu ilə Türkiyənin Fırat Universiteti arasında anlaşma memorandumu imzalanıb
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkiyənin Fırat Universiteti arasında faydalı əməkdaşlıq çərçivəsində elmi əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə fəaliyyətin təşkili istiqamətində iki elm və təhsil müəssisəsinin bərabərhüquqlu səylərini hüquqi müstəvidə birləşdirən anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan bildirilib. Əməkdaşlıq sənədini AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli təsdiqləyib. Fırat Universitetinin rəsmi dəvəti ilə Elazığ şəhərində səfərdə olan professor Asif Rüstəmli institut tərəfindən təsdiqlənmiş anlaşma memorandumunu imza üçün Fırat Universitetinin rektoru professor Fahrettin Göktaşa təqdim edib. Anlaşma memorandumunun imzalanma mərasimi Fırat Universitetində təşkil edilib.
Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə qalmaqla Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin birgə tədqiq edilməsi, mədəniyyətlərarası dialoqun təşkili, türk xalqlarının folklorunun müştərək araşdırılması, beynəlxalq layihə və proqramların həyata keçirilməsində tərəflərin nümayəndələrinin birgə iştirakının təmin edilməsi, razılaşdırılmış fəaliyyət çərçivəsində alim və mütəxəssislərin mübadiləsi, onların peşəkar bacarıqlarının təkmilləşdirilməsinin təmin edilməsi, elmi-tədqiqat institutları, kitabxana və arxivlərdə tədqiqat işlərinin həyata keçirilməsinə şərait yaradılması, seminar, simpozium, elmi konfrans, toplantı və sərgilərin keçirilməsi kimi fəaliyyət istiqamətlərini özündə əks etdirir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir
19 Aprel
Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır
19 Aprel
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə ...
19 Aprel
Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb
19 Aprel
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir
19 Aprel
İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzi...
19 Aprel
Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək
19 Aprel
Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək
19 Aprel
Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki...
19 Aprel
Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!