09 Dekabr 2023 16:21
706
DÜNYA
A- A+
Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

Əbu-Dabi və Ər-Riyad Moskva ilə daha sıx əməkdaşlıq edəcək

 

Dünyanın çoxqütblü müstəvidə yenidən formalaşması və bu kontekstdə Qərbin Körfəzin ərəb ölkələrində təsirinin azalması fonunda Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərləri yeni qlobal nizamın daha bir təzahürü olub.

AZƏRTAC “Saudi Press” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Muhammed bin Salmanla görüşü məhsuldar olub. Belə ki, hər iki tərəf ticarətin həcminin artmasını yüksək qiymətləndiriblər, çünki 2022-ci ildə ikitərəfli ticarətin həcmi 2021-ci ilə nisbətən 46 faiz artıb. Moskva və Ər-Riyad iki ölkə arasında ümumi iqtisadi maraqlar, onlar arasında ticarətin genişləndirilməsi və şaxələndirilməsi üzrə birgə işi davam etdirmək niyyətlərini təsdiq edib, habelə perspektivli ticarət və investisiya imkanlarını nəzərdən keçiriblər.

Vaşinqtonda narazılıq doğuran ən mühüm problem – OPEC+ alyansı çərçivəsində qlobal neft bazarında sabitliyin təmin edilməsi məqsədilə hasilatın azaldılması məsələsi RF Prezidenti və Səudiyyə vəliəhdinin diqqət mərkəzində olub. Görüşlərin yekununa dair imzalanan birgə Bəyannamədə deyilir: “Tərəflər enerji sahəsində sıx əməkdaşlığı və OPEC+ ölkələrinin qlobal neft bazarlarının sabitliyinin artırılması istiqamətində uğurlu səylərini yüksək qiymətləndiriblər. Bu əməkdaşlığın davam etdirilməsinin vacibliyi, bütün iştirakçı ölkələrin istehsalçı və istehlakçıların maraqlarına xidmət edən, qlobal iqtisadiyyatın artımını dəstəkləyəcək şəkildə OPEC+ sazişinə əməl etmələrinin vacibliyi vurğulanıb”.

Başqa bir mühüm məsələ ondan ibarət olub ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rəğmən, Ər-Riyad Moskva ilə neft və qaz sahəsində avadanlıqların satın alınması, təchizatı və standartlaşdırılması, iki ölkənin şirkətləri arasında bu sahədə müasir texnologiyaların tətbiqi, nüvə enerjisi, elektrik enerjisi və günəş, külək və geotermal enerji də daxil olmaqla, bərpa olunan enerjidən dinc məqsədlərlə istifadə sahələrində daha sıx əməkdaşlıq edəcək. İkitərəfli əlaqələrin perspektivləri, həmçinin rabitə, texnologiya və rəqəmsal iqtisadiyyat, innovasiya, kosmik, nəqliyyat və logistika sektorlarını da əhatə edəcək.

Vladimir Putinin BƏƏ-nin Prezidenti Şeyx Muhammed bin Zayed ən-Nəhyan ilə görüşündə də əsas müzakirə mövzuları OPEC+ çərçivəsində əməkdaşlıq və qarşılıqlı investisiyaların artırılması olub. Qeyd edək ki, BƏƏ Rusiyanın ərəb dünyasında ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında əmtəə dövriyyəsi 67,7 faiz artıb. Qərbin sanksiyalarının əksinə olaraq, Dubay Əmirliyi rusiyalı biznesmenlər üçün ən əlverişli investisiya məkanıdır.

Rusiya Prezidentinin səfərinin yekunları ilə bağlı daha bir vacib məqam V.Putinin öz həmkarını BRİKS sistemində fəaliyyətə cəlb etməsidir. Gələn il bu təşkilata Rusiya sədrlik edəcək və 2024-cü ilin oktyabrında Kazanda keçirilməsi nəzərdə tutulan Zirvə görüşündə Muhammed bin Zayed ən-Nəhyan da iştirak də bilər.

Göründüyü kimi, Ər-Riyad və Əbu-Dabi, həmçinin Körfəzin digər ərəb ölkələri də Rusiya ilə iqtisadi-ticari, habelə maliyyə-investisiya əməkdaşlığını genişləndirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Növbəti köç karvanı Horovlu kəndinə çatıb  

13:29
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!