Doğulanların sayı dünyasını dəyişənlərin sayını iki dəfəyəcən üstələyir
Nikahlar artır, boşanmalar azalır
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayı ərzində Azərbaycanda 40 min 36 körpə anadan olub. Keçən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə, yəni 12,1-dir.
Beləliklə, ilin əvvəlindən ölkə əhalisinin sayı 16 min 812 nəfər və ya 0,2 faiz artaraq may ayının 1-i vəziyyətinə 10 milyon 173 min 178 nəfərə çatıb. Xatırladaq ki, 10 milyonuncu vətəndaşımız 2019-cu il aprelin 6-da anadan olub və bu hadisə ölkəmizdə dövlət səviyyəsində bayram kimi qeyd edilib.
Azərbaycanda əhalinin sayı, əsasən, təbii artımla və nisbətən miqrasiya yolu ilə çoxalır. Təbii artım yeni doğulanların sayının dünyasını dəyişənlərin sayını üstələməsi ilə yaranır. Hazırda ölkəmizdə anadan olan uşaqların sayı həyatdan köçən insanların sayından iki dəfəyə qədər çoxdur.
Ölkəmizdə təkuşaqlı ailəyə o qədər də tez-tez rast gəlinmir. Belə ki, gənc ailələrin əksəriyyətində bir qayda olaraq ən azı iki uşaq böyüyür. Üç və daha çox uşağı olan ailələr də az deyil. Bu isə iqtisadi terminlə ifadə etsək, əhalinin təkrar istehsalının təmin olunması deməkdir. Yeri gəlmişkən, qeyd edək ki, bu ilin yanvar-aprel aylarında doğulan körpələrin 1144-ü əkiz, 60-ı üçəmdir. Yəni 572 ailə eyni zamanda iki, 20 ailə isə üç övlad sahibi olub.
Əlbəttə, əhalinin təbii artım göstəriciləri heç də bütün ölkələrdə qənaətbəxş deyil. Bir sıra ölkələrdə əhali kənardan gələnlərin hesabına artır və müsbət olmayan bu hal keçmiş SSRİ məkanının bəzi yerlərində də müşahidə edilir. Həmin ölkələrdə bu problemi aradan qaldırmaq üçün xüsusi dövlət proqramları qəbul olunur. Bir sıra digər ölkələrdə isə həmin istiqamətdə demoqrafik siyasət, əsasən, iqtisadi vasitələrdən istifadə olunmaqla həyata keçirilir ki, buraya uşaqlara qulluq üçün yardım, gənc ailələrə güzəştli kreditlərin ayrılması, doğumdan sonrakı ödənişli dövrün uzadılması və s. daxildir.
Lakin təbii artımın yüksək göstəricilərindən narahat olan ölkələr də var. Onlar bu sahədə ciddi ailə planlaşdırılması siyasəti həyata keçirirlər.
İstənilən ölkənin demoqrafik vəziyyətini öyrənərkən vacib məsələlərdən biri kimi doğulan uşaqların cinsi və yaş qrupları üzrə rəqəmlərə diqqət yetirilir. Məsələn, hazırda Azərbaycanda doğulanlar arasında oğlanların xüsusi çəkisi 53,2, qızların xüsusi çəkisi isə 46,8 faizdir.
Doğulanların cins strukturunda oğlan uşaqlarının artımı 1990-cı illərin əvvəllərindən müşahidə olunur. Dünyaya gələn körpələr arasında qızların xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən 2009-cu ildə 46 faizədək azalıb. 2013-cü ildə yeni doğulanlar arasında qızların sayı 46,4 faizədək, sonrakı dövrdə bir qədər də artsa belə, oğlanların sayı yenə də çox olaraq qalır. Yəni hazırda anadan olan uşaqların 53,2 faizi oğlandır. Başqa sözlə, təxminən doğulan hər 100 qıza 115 oğlan düşür. Bioloji norma göstəricisi isə 105-107 təşkil edir.
Beləliklə, ölkədə qadınların sayı azalır. Xatırladaq ki, İkinci Dünya müharibəsindən əvvəl Azərbaycan əhalisinin ümumi sayında kişilərin xüsusi çəkisi qadınlardan çox olsa da, sonrakı illərdə əhalinin ümumi sayında qadınlar həmişə üstünlük təşkil edib. Lakin 2003-cü ildən etibarən kişilərin sayı artmağa başlayıb. Aydın məsələdir ki, əhalinin cins strukturunun dəyişməsinin başlıca səbəbi yeni doğulanların cins nisbətinin pozulmasıdır.
Hazırda ölkədə kişi və qadınların xüsusi çəkisi eynidir. Elə buradaca xatırladaq ki, ötən ilin eyni vaxtında ölkə əhalisinin 49,9 faizini kişilər, 50,1 faizini qadınlar təşkil edirdi. Bir az da geriyə nəzər salsaq, vəziyyət daha aydın olar. 2008-ci ildə qadınların sayı 51, 2012-ci ildə 50,4, 2015-ci ildə 50,2 faiz olub və indi artıq 50 faizdir. Qadınların sayının getdikcə azalmasının hansı fəsadlara gətirib çıxaracağı barədə həyəcan təbili çalınmağının vaxtı çoxdan çatıb.
Dünyaya göz açan oğlan və qız uşaqları arasında demoqrafik balansın pozulmasının əsas səbəbi hamıya bəllidir... Qızların sayının süni surətdə azaldılması insanlıq baxımından böyük günah olmaqla bərabər, həm də yaxın gələcəkdə baş verəcək ciddi demoqrafik pozuntuların təməlini qoyur. Belə çıxır ki, Azərbaycan çətin bir sosial problemlə üzləşə, xaricdən gəlin "idxal etməli" ola bilər.
Uşağın ana bətnində cinsinin müəyyənləşdirilməsinə maraq və bundan törəyən fəsadlar bir çox ölkələrdə mövcuddur. Bəzi ölkələrdə bu hal çox ciddi xarakter aldığından, dövlət məsələyə müdaxilə etməli olub. Yəni körpənin cinsinin əvvəlcədən öyrənilməsi qadağan edilib. Fikrimizcə isə məsələnin yoluna qoyulmasının ən düzgün yolu insanların özlərinin şüurunda müsbət dəyişikliklərin baş verməsidir.
"Dünya gəlimli-gedimlidir" deyiblər. Bu ilin dörd ayında Azərbaycanda 23 min 748 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölümün səviyyəsi azalaraq 8-dən 7,2-yə düşüb.
Prezident İlham Əliyev "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyir. Bu sözlərin arxasında Azərbaycan xalqının gündən-günə yüksələn rifah halını, dövlətin öz vətəndaşına sonsuz qayğısını ifadə edən böyük bir həqiqət dayanır. Bu həqiqəti bir çox faktlar təsdiqləyir ki, onlardan biri də ölüm hallarının azalmasıdır.
Ölkədə ölümün səviyyəsi ötən əsrin 90-cı illərinin birinci yarısında ermənilərin Azərbaycana hərbi təcavüzü nəticəsində artsa da, atəşkəs əldə olunduqdan sonra azalaraq sabitləşib. Belə ki, əhalinin hər 1000 nəfəri hesabı ilə ölənlərin sayı 1990-cı ildəki 6,1-dən 1995-ci ildə 6,7-yə qədər artıb, sonrakı illərdə azalaraq 2013-cü ildə 5,8 olub. 2019-cu ildə isə hər 1000 nəfərə hesabı ilə ölüm səviyyəsi əmsalı bundan da aşağı - 5,6 olub.
Ölkəmizdə ölümə əsasən hansı hallar səbəb olur? Ən çox tənəffüs, əsəb və qan dövranı sistemlərinin, həzm orqanlarının xəstəlikləri, yeni törəmələr, eləcə də yoluxucu və parazitar xəstəliklər qeydə alınır. Xatırladaq ki, dünyanın bir çox ölkələrində üstünlük təşkil edən də təxminən bu xəstəliklərdir.
Ötən müəyyən dövr ərzində koronavirus pandemiyası və erməni cəlladlarının cinayətləri nəticəsində yarımçıq qırılan ömürləri istisna etməklə, son illərdə ölkədə ümumiyyətlə, ölümün səviyyəsi aşağı düşür, yaxud sabit qalır. Bunun səbəblərindən biri əlbəttə ki, insanın gün-güzəranının yaxşılaşmasıdır. Bu mənada əhalinin gəlirlərinin çoxalması, əməkhaqqının getdikcə yüksəlməsi, pensiya və müavinətlərin artması böyük rol oynayır.
Azərbaycan vətəndaşının sağlamlığının qorunması dövlətin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biridir. Təsadüfi deyil ki, son illər əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, müayinələrin sayı artıb, xəstələrin dərmanla təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dövlət büdcəsində səhiyyənin inkişafına ayrılan vəsaitin məbləği ilbəil artır. Ölkədə yeni müasir müalicə ocaqları inşa edilib və əvvəlkilər yenidən qurulub.
Ölüm hallarının azalmasına əlbəttə ki, ölkədə qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, ekoloji vəziyyətin yaxşılaşması, yol-nəqliyyat hadisələrinin azalması, insanlar üçün yaradılan rahat məişət şəraiti və s. amillər də təsir göstərir.
Dünyada analoqu olmayan faktdır ki, ölkə Prezidenti hər bir vətəndaşın səhhətinin, sağlamlığının qeydinə qalır. Koronavirusun tüğyan etdiyi dövrdə dövlət başçısının dediyi sözləri xatırlamaq kifayətdir: "Pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır".
Bütün deyilənlərlə yanaşı, insanı yaşadan digər amillər də var. Bunlar xalqımızın milli-mənəvi dəyərləridir. Çətin gündə bir yerdə olmaq, bir-birinin dərdinə şərik çıxmaq, xoş hadisələr baş verəndə sevinci bölüşmək, yaşa dolmuş valideynlərə övladların qayğısı ömrü uzadan amillər sırasındadır.
Nəhayət, boşanmalar haqqında. Onların sayı azalıb! Dörd ayda ölkədə 5 min 43 boşanma qeydə alınıb. Keçən ilin müvafiq dövrünə nisbətən hər 1000 nəfərə hesabı ilə boşanmanın əmsalı 1,6-dan 1,5-ə düşüb.
Artıq koronavirus da geri çəkilib. Şadlıq evləri qapılarını nişanlıların, övladlarına toy-büsat qurmaq istəyən valideynlərin, qadağasız şənliklər üçün darıxan hamımızın üzünə geniş açıb. Odur ki, toyların, yeni qurulan ailələrin sayının artması da təsadüfi deyil. Dörd ayda keçən ilin eyni dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artıb. Bu dövrdə 18 min 506 nikah bağlanıb. Ötən ilin dörd ayında qurulan ailələrin sayı isə 14 min 778 idi.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq ...
04 Oktyabr
İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların...
04 Oktyabr
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb ...
04 Oktyabr
AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
04 Oktyabr
Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imza...
04 Oktyabr
Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir
04 Oktyabr
Hindistanda daşqınlar nəticəsində azı 30 nəfər itkin düşüb
04 Oktyabr
Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər ölüb
04 Oktyabr
Xoşbəxt Bağı oğlu Yusifzadə
04 Oktyabr
RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı t...
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!