21 İyun 2024 08:30
439
SİYASƏT
A- A+
COP29: "Yaşıl dünya" uğrunda mübarizədə birinci xanım institutunun rolu

COP29: "Yaşıl dünya" uğrunda mübarizədə birinci xanım institutunun rolu

 

Beynəlxalq aləmdə iqlim dəyişikliyi ilə mübarizə məqsədilə regional və qlobal səviyyədə ciddi addımların atıldığı, taleyüklü qərarların qəbul edildiyi heç kəsə sirr deyil. Bu istiqamətdə 1992-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının "İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası" (COP - "Conference of the Parties") xüsusi önəm daşıyır. 
Xatırladaq ki, 2015-ci ilin sentyabrında beynəlxalq ictimaiyyət 2016-2030-cu illərdə davamlı inkişaf üçün yeni - "Dünyamızın transformasiyası: Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi"ni qəbul edib. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün COP ölkələri tərəfindən təmiz enerjinin miqdarının artırılmasından tutmuş ərzaq təchizatının etibarlılığının artırılmasına, "yaşıl iş yerləri"nin yaradılması, daha təmiz hava və daha sağlam iqtisadiyyatın təmin edilməsi kimi ciddi işlər görülür.
Qlobal iqlim dəyişikliyi ilə mübarizə ayrı-ayrı şəxslərin, dövlətlərin, xalqların, təşkilatların və sosial institutların, eləcə də birinci xanım institutunun qarşısına vacib vəzifə və məqsədlər qoyur. Bu baxımdan BMT-nin, xüsusən onun İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına üzv dövlətlərin fəaliyyəti diqqət çəkir. Statistik rəqəmlər göstərir ki, COP-un fəaliyyətində müxtəlif dövlətləri təmsil edən birinci xanım institutlarının və digər qadınların rolu, verdikləri töhfələr ilbəil artır. Məsələn, COP26-da ölkələri təmsil edən nümayəndə heyətlərinin başçılarının 13 faizi qadınlar olub. COP27-də isə onların sayı 20 faizə çatıb.  
Sirr deyil ki, Azərbaycan və Türkiyə bu gün dünyanın prioritet elan etdiyi "yaşıl keçid" platformasının əsas iştirakçı dövlətləri arasında ön sıralarda yer alırlar. Həm Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, həm də Türkiyənin birinci xanımı Əminə Ərdoğanın iqlim dəyişikliyi ilə qlobal mübarizədə göstərdikləri ölkədaxili, regional və beynəlxalq səviyyəli fəaliyyət COP-a qoşulan dövlətlərin birinci xanım institutları arasında xüsusi diqqət çəkir. 
Yaxın keçmişdə, daha dəqiq desək, 2022-ci ilin sentyabrında BMT Baş Assambleyasının 77-ci iclasları zamanı Türkiyənin birinci xanımı Əminə Ərdoğan BMT Baş katibi Antonio Quterreşlə görüşdə iqlim böhranı ilə mübarizə çərçivəsində "Qlobal sıfır tullantı xoşməramlı bəyanatı"nı imzalayıb. Bundan 2 ay sonra, yəni noyabrın 15-də Türk Dövlətləri Təşkilatının Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşü çərçivəsində "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə" imzalanıb. Qardaş Türkiyənin təşəbbüsü ilə hazırlanan bu bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğanla yanaşı, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar. Qeyd edək ki, dünyada sıfır tullantı yanaşmasını təbliğ edən bu bəyannamə BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən də imzalanıb.
Elə həmin ilin dekabrında BMT Baş Assambleyası Türkiyənin təqdim etdiyi "Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün sıfır tullantı təcrübələrinin təşviqi" mövzusunda "Sıfır tullantı" qətnaməsini qəbul edib. Həmin il dekabrın 15-də keçirilən BMT Baş Assambleyasında Türkiyənin BMT-nin 77-ci Baş Assambleyasına təqdim etdiyi "Davamlı inkişaf məqsədlərinə nail olmaq üçün sıfır tullantı təcrübələrinin təşviqi" mövzusunda "Sıfır tullantı" qətnaməsi qəbul olunub. Bu qətnaməyə əsasən, 30 mart Beynəlxalq Sıfır Tullantı Günü elan edilib.
Əminə Ərdoğan 2023-cü ilin martında Nyu Yorkda BMT Baş Assambleyasının 30 Mart - Sıfır Tullantı Günü ilə bağlı xüsusi sessiyasında iştirak edib. Həmin ilin sentyabrında keçirilən BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Əminə xanımın keçirdiyi görüşlər, onun simasında Türkiyənin birinci xanım institutunun uğurlu diplomatiyası "Sıfır tullantı" qətnaməsinin qloballaşmasını daha da sürətləndirib. Nyu Yorkda Əminə xanım Ərdoğanla Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova arasında keçirilən görüşün əsas müzakirə mövzusu qlobal ekoloji problemlərin həlli, "yaşıl cəmiyyət" və sıfır tullantı diplomatiyası, Türkiyə ilə Azərbaycanın bu istiqamətdə apardığı ikitərəfli və çoxtərəfli fəaliyyət olub.
Azərbaycanda birinci xanım institutunun COP-a verdiyi töhfələr, onun tullantıların dayanıqlı idarə olunması, resursların səmərəliliyinin artırılması və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində intensiv diplomatiyası Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyəti ilə sıx bağlıdır.  Belə ki, 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılan "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi (IDEA) qlobal cəmiyyətin diqqətini ekoloji böhranın qarşısını almaq üçün qarşıya çıxan problemlərin həlli istiqamətində səfərbər edir. 
2015-ci ilin dekabrında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında iştirak ediblər. COP21 çərçivəsində keçirilən "Azkarbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar" mövzusunda tədbirdə IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyevanın çıxışı böyük maraqla qarşılanıb.
2016-cı ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən Leyla Əliyeva FAO-nun aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Mario Lubetkin və təşkilatın tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşündə də diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin qorunması olub. 
Qeyd edək ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan "Dostluq Meşəsi" Kompleksində davamlı həyata keçirilən ağacəkmə tədbirləri qardaş ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, ətraf mühitin sağlamlaşdırılması, yeni meşə zolaqlarının salınması, "yaşıl cəmiyyət"in qurulması naminə qlobal çağırışlara cavab verən birgə layihələrin də uğurla inkişaf etdiyini göstərir. 
Danılmaz faktdır ki, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilməsinə Prezident İlham Əliyevin ölkəmizin işğaldan azad edilmiş torpaqları "yaşıl enerji" zonası elan etməsi, bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının tətbiqi barədə sərəncamı mühüm zəmin yaradıb. Əlbəttə, Azərbaycan Respublikasında birinci xanım institutunun COP-a verdiyi töhfələrin də bu qərarın verilməsinə təsiri danılmazdır.  

Günel MƏMMƏDOVA,
"Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" publik hüquqi şəxsin şöbə müdiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

13:48
19 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

13:47
19 Aprel

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

13:46
19 Aprel

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin  

13:16
19 Aprel

Əfqanıstan - Pakistan sərhədində zəlzələ baş verib

12:10
19 Aprel

İlon Mask raket əleyhinə müdafiə sistemi yaradaraq icarəyə verməyə hazırlaşır  

12:09
19 Aprel

8000 mAh həcmli batareyaya malik ilk smartfon təqdim edilib  

11:52
19 Aprel

İsitmə sisteminə sahib “ağıllı” idman geyimləri hazırlanıb

11:51
19 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb  

11:49
19 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb  

11:48
19 Aprel

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

10:25
19 Aprel

Fransa Analitika Mərkəzinin rəhbəri: Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur

10:20
19 Aprel

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir  

10:19
19 Aprel

İğdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər  

10:15
19 Aprel

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib  

10:12
19 Aprel

İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək

09:55
19 Aprel

İctimai nəqliyyat sarıdan əziyyət çəkirik

09:50
19 Aprel

Tədbir görülməsi üçün tapşırıq verilmişdir

09:45
19 Aprel

Ərazinin tullantılardan təmizlənməsi nəzarətə götürülmüşdür

09:40
19 Aprel

Şikayətimizə baxan yoxdur

09:35
19 Aprel

Həyəcan təbili

09:30
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!