19 İyun 2025 20:16
5391
COP29
A- A+
COP29 və COP30 sədrlikləri “Uşaqlar, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə Qlobal Çərçivə Sənədi”nə dair müzakirələr aparıb

COP29 və COP30 sədrlikləri “Uşaqlar, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə Qlobal Çərçivə Sənədi”nə dair müzakirələr aparıb

İyunun 19-da Bonn İqlim Sammiti çərçivəsində keçirilən “COP29 və COP30 Gənclər üzrə İqlim Nümayəndələrinin SB62” dəyirmi masada “Uşaqlar, Gənclər, Sülh və İqlim Təhlükəsizliyi üzrə Qlobal Çərçivə Sənədi”nə dair müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, yüksəksəviyyəli dəyirmi masa - SB62 (Bonn İqlim Konfransı) çərçivəsində COP29 və COP30 sədrlikləri tərəfindən birgə təşkil edilib.

Tədbir uşaqlar, gənclər, sülh və iqlim təhlükəsizliyi sahəsində hazırlanmaqda olan Qlobal Çərçivə Sənədi üzərində fikir mübadiləsini təşviq etmək məqsədi daşıyıb.

Dəyirmi masada xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova və COP30-un gənc iqlim çempionu Marsele Oliveyra iştirak ediblər.

Tədbirdə Y.Rəfiyev qeyd edib ki, gənclər bu prosesi zənginləşdirən əsas iştirakçılardandır: “COP28 zamanı Dubayda dostlarımız tərəfindən başlanılan qlobal çərçivə sənədinin hazırlanması prosesi COP29 dövründə tərəfimizdən daha da genişləndirildi və bu istiqamətdə təşəbbüslərimiz oldu. Bizim COP-a, yəni Bakıda keçirilən konfransa ev sahibliyi etdiyimiz müddətdə bu sənədin gənclərin ideya və baxışlarını əks etdirəcək şəkildə formalaşdırılması üçün bir sıra tədbirlər təşkil etdik. Gənclər bu prosesin faydalı, nəticəyönümlü ideya və təşəbbüslərin mənbəyidir”.

Dəyirmi masada COP28-də başlanan prosesi davam etdirmək, COP29 çərçivəsində Bakıda təşkil olunan məsləhətləşmə və praktiki təşəbbüslərdən öyrənmək, COP30-un rəhbərliyi altında sənədin yekunlaşdırılması üçün konkret töhfələr vermək, gənclərin, xüsusilə də münaqişədən təsirlənmiş bölgələrdə yaşayan uşaqların və gənclərin baxışlarını əks etdirmək üçün inklüziv mexanizmlər müzakirə olunub. Bu təşəbbüsün iqlim və sülh kontekstində uşaqların və gənclərin hüquqlarının, ehtiyaclarının və liderlik potensialının beynəlxalq səviyyədə tanınmasını və təşviqini hədəflədiyi vurğulanıb. Qeyd olunub ki, Paris Sazişinin mərkəzi elementi olan Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr (NDC) ölkələrin iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizə və adaptasiya səylərini əks etdirir. Tərəflərdən 2025-ci ildə NDC 3.0 mərhələsi çərçivəsində yeni planlarını təqdim etmələri gözlənilir. Bu sənədlər qlobal temperaturun 1,5°C ilə məhdudlaşdırılması yolunda həlledici rol oynayacaq. Gənclərin və uşaqların iqlim fəaliyyəti sahəsində dəyişiklik agentləri kimi rolunu tanıyan bu proses onların səmərəli və mənalı şəkildə cəlb edilməsi üçün mühüm fürsət yaradır. COP28-in qərarı ilə təsis olunan Prezidentlik Gənc İqlim Nümayəndəsi (PYCC) institutu da bu məqsədə xidmət edir. Bu tədbir SB60 zamanı COP29 PYCC tərəfindən başladılmış NDC 3.0 kampaniyasına əsaslanaraq tərəflər və qeyri-hökumət iştirakçıları üçün təcrübə mübadiləsi, mövcud boşluqların müzakirəsi və gələcək fəaliyyət yollarının müəyyənləşdirilməsi məqsədini daşıyır. COP30 PYCC bu istiqamətdə gənclərin və uşaqların səslərinin NDC 3.0 prosesinə inteqrasiyası üzrə səyləri davam etdirəcək və 2025-ci ildə YOUNGO və IIYFCC tərəfindən keçirilmiş regional məsləhətləşmələrdən əldə edilən nəticələrə əsaslanacaq. Bu nəsillərarası dialoq COP29 və COP30 PYCC-lərinin, YOUNGO və IIYFCC gənclər təşkilatlarının və UNDP, UNICEF kimi BMT agentliklərinin ortaq əməkdaşlığını əks etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!