01 Iyun 2023 12:31
228
SİYASƏT
A- A+

Çilili diplomat: Azərbaycan və Çili birgə layihələrin həyata keçirilməsində maraqlıdır  

 

Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Fidel Luis Koloma Qrimberqin diplomatik fəaliyyətinin başa çatması münasibətilə tədbir keçirilib.

Tədbirdə AZƏRTAC-a müsahibə verən çilili diplomat Azərbaycanın gözəl ölkə olduğunu və burada işləməyin onun üçün əsl şərəf olduğunu vurğulayıb.

"Bakı gözəl, sakit, sürətlə inkişaf edən müasir şəhərdir. Üç il yarım burada işlədim, amma bu mənim üçün çox qısa idi, zaman həqiqətən də uçub getdi", - deyə Fidel Koloma əlavə edib.

Çilinin Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəyini xatırladan müvəqqəti işlər vəkili ölkəsinin Qoşulmama Hərəkatının nazirlər toplantısında da iştirak məqsədilə geniş nümayəndənin göndəriləcəyini vurğulayıb.

Azərbaycan ilə Çili arasında çoxillik ikitərəfli münasibətlərə toxunan diplomat əvvəlcə səfirliyin açıldığını, hazırda isə dostluq əlaqələrinin qurulduğunu bildirib. “Yaxın gələcəkdə biz münasibətlərdə əhəmiyyətli irəliləyiş əldə etməyə başlayacağıq. Yaxşı haldır ki, hər iki tərəf birgə layihələrin həyata keçirilməsində maraqlıdır”, - deyən müvəqqəti işlər vəkili Fidel Luis Koloma fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrlə yanaşı, yerli KİV nümayəndələri, müəllim və tələbələr də iştirak ediblər.

Tədbir kubalı müğənni Yansel Kasteyonun ifasında musiqi proqramı ilə yekunlaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video