25 May 2023 19:33
396
İDMAN
A- A+

Çempionlar Liqasının finalı İstanbula 75 milyon avro qazandıracaq

 

2023-cü il iyunun 10-da İstanbuldakı Atatürk Stadionunda keçiriləcək UEFA Çempionlar Liqasının finalı Türkiyə metropoluna 75 milyon avro iqtisadi gəlir gətirəcək.

Bu gün İstanbulda final oyununa hazırlıqla bağlı tədbir baş tutub. Çempionlar Liqasının baş sponsoru Mastercard tərəfindən təşkil olunan tədbirdə çıxış edən şirkətin Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal onun 30 ilə yaxındır Çempionlar Liqasına  sponsorluq etdiyini xatırladıb və deyib: “Bu il Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək. Mastercard son üç finala evsahibliyi edən şəhərlərdə ödəniş kartı xərclərini öyrənib. Türkiyənin 2022-ci ildə turizm gəliri 44 milyard avro təşkil edib ki, bunun da 40 faizi İstanbuldandır. Bu məlumatları nəzərə alsaq, final matçının İstanbula 75 milyon avro qazanc gətirəcəyini proqnozlaşdırmaq olar”.

Tədbirdə iştirak edən Türkiyənin Garanti BBVA şirkətinin baş direktor müavini Murat Çağrı Süzer bildirib ki, azarkeşlər mühüm matçlar zamanı idman suvenirlərinə daha çox pul xərcləməyə başlayıblar: “Məsələn, oyunlar ərəfəsində azarkeşlər sevimli komandalarının mağazalarında təxminən 3,5 dəfə çox alış-veriş edirlər. Bundan əlavə, oyun günlərində restoranlarda ümumi xərc hesabında 23 faiz artım olur”.

Rizvan CƏFƏROV,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video