04 May 2026 13:24
167
İQTİSADİYYAT
A- A+
bp Qarabağ layihəsi çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid tədqiqat proqramına dair məlumat yayıb 

bp Qarabağ layihəsi çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid tədqiqat proqramına dair məlumat yayıb 

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidmət sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantı Podratçı tərəflərin adından hazırlanıb və nəşr edilib.

Sənəddə təklif edilən tikinti fəaliyyətlərinin xülasəsi verilir, bu fəaliyyətlərin ətraf mühitə və sosial iqtisadi sahəyə potensial təsirləri araşdırılır və tövsiyə edilən təsirazaltma və monitorinq tədbirləri təsvir edilir. ƏMSSTQ prosesi təklif edilən işlərin nəticəsində yarana biləcək hər hansı mənfi ekoloji və sosial-iqtisadi təsirlərin müəyyənləşdirilməsini, minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.

Boru dəstləri istehsalı obyekti Qarabağ layihəsi, həmçinin gələcəkdə Xəzər dənizində digər neft və qaz işlənmə layihələri üçün sualtı boru kəməri dəstlərinin ölkədə istehsalı və sınaqdan keçirilməsi məqsədi ilə Bakı şəhərindən təxminən 85 kilometr cənub-qərbdə, Bəndovan burnunun yaxınlığında inşa ediləcək. Layihə istehsal zonasının, boru dəstləri üçün rels əsaslı hərəkət zolağının, yedəkləmə əməliyyatları üçün dənizə buraxma yolunun, boru anbarlarının, köməkçi avadanlıqların, əməliyyatlar mərhələsi üçün yaşayış düşərgəsinin, ofislərin və çınqıl döşənmiş giriş yolunun tikintisini əhatə edir. Tikinti fəaliyyətlərinin 2026-cı ilin üçüncü rübündə başlanması və 2028-ci ilin birinci rübündə tamamlanması gözlənilir. Obyektin istismarı və layihənin dənizdə işlənmə mərhələsi ilə bağlı təsirin qiymətləndirilməsi ayrı bir müvafiq sənəddə əhatə olunacaq.

Maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması ƏMSSTQ prosesinin mühüm hissəsidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi, əsas maraqlı tərəflərin birgə fikirlərinin layihələndirmə işlərində və ƏMSSTQ sənədində əksini tapmasını təmin edir.

ƏMSSTQ sənədinin və qeyri-texniki xülasənin layihə variantları bütöv olaraq Azərbaycan və ingilis dillərində hazırlanıb və sənədlə aşağıdakı keçid və QR kodu vasitəsilə bp-nin veb-səhifəsində tanış ola bilərsiniz: 

1 may 2026-cı il tarixindən etibarən bu sənədlərin nüsxələri ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:

• bp-nin Xəzər Mərkəzi Ofisinin qəbul şöbəsi, Neftçilər prospekti 153

• M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29

• Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31

• Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20

• Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a

• Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan şosesinin 3-cü kilometri.

• Şirvan Milli Parkı, Salyan rayonu, Yenikənd

ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:

- doldurulmuş rəy formaları ilə birlikdə elektron məktubla [email protected] ünvanına və ya

- doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə və yaxud

- doldurulmuş rəy formalarını yuxarıda sadalanan ictimai yerlərdən istənilən birinə təqdim edə bilərsiniz.

ƏMSSTQ sənədinin açıqlanma müddəti 31 may 2026-cı il tarixinədəkdir.

ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib YENİLƏNİB 

14:47
04 May

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndərilib

14:44
04 May

Ukrayna tanınmamış Dnestryanı bölgəsi ilə sərhəddə müdafiəni gücləndirir

14:43
04 May

Apreldə orta aylıq temperatur iqlim normasından 1 dərəcə yuxarı olub

14:37
04 May

İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti birgə qrant layihələrində iştirak edir  

14:32
04 May

DSMF-nin nümayəndə heyəti əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak edib  

14:28
04 May

Putinin fərmanı ilə Fyodor Şukin Dağıstan rəhbərinin vəzifələrini icra edəcək

14:21
04 May

Qəbələ şəhərində WUF13 Festivalına start verilib

14:17
04 May

“Bakı Gəmiqayırma Zavodu” MMC və “KTZ Express Shipping” arasında əməkdaşlıq üzrə müqavilə imzalanıb  

14:11
04 May

Kanadanın Baş naziri: Ermənistan və Azərbaycan arasında sülh yolunda əldə olunan tərəqqini alqışlayıram  

14:08
04 May

Koşta: Ermənistan və Azərbaycan arasındakı sülh razılaşması eskalasiya və müharibənin hökm sürdüyü bir dünyada qeyd edilməli olan sülh hekayəsidir  

14:04
04 May

Azərbaycan Prezidenti: Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ iş üsuludur

14:01
04 May

"Əczaçılıqda rəqəmsallaşma və süni intellekt transformasiyasının yerli əczaçılıq istehsalına təsiri" - Panel müzakirə  

13:52
04 May

Prezident İlham Əliyev: Həm Azərbaycan, həm də Ermənistan artıq sülhün praktik faydalarını görürlər  

13:49
04 May

Sabaha olan hava proqnozu açıqlanıb

13:43
04 May

Volodimir Zelenski: Biz Azərbaycan və Ermənistana dayanıqlı, hərtərəfli və uzunmüddətli sülh arzulayırıq  

13:41
04 May

Prezident: Azərbaycan ərazisindən Ermənistana 28 min ton yük çatdırılıb

13:36
04 May

Prezident İlham Əliyev: Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq

13:28
04 May

bp Qarabağ layihəsi çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid tədqiqat proqramına dair məlumat yayıb 

13:24
04 May

Azərbaycan ilə BVF arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir

13:12
04 May

Parlamentlərarası İttifaqın Baş katibi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

13:01
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!