17 Dekabr 2025 08:35
210
İDMAN
A- A+
Böyük futbol Azərbaycana gəlir

Böyük futbol Azərbaycana gəlir


Ölkəmiz U-20 dünya çempionatına evsahibliyi edəcək


Beynəlxalq idman yarışlarının keçirilməsi hər ölkəyə etibar olunmur. Çünki bu, ilk növbədə böyük məsuliyyət tələb edir. Ölkəyə gələn idmançıların, məşqçi heyətinin və qonaqların təhlükəsizliyinin təminatı, eləcə də yüksək səviyyəli təşkilatçılıq, iqtisadi və kommunikasiya məsələlərinin həlli asan deyil.  

Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idmanda da ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, ölkəmiz bu sahədə böyük təcrübəyə malikdir. Tarixinin ən qüdrətli Azərbaycanı bu gün dünyada elə bir tədbir yoxdur ki, onu reallaşdıra bilməsin. Bütün bu tədbirlərin təşkilatçılığı, idmançılara, qonaqlara göstərilən diqqət və qayğı uzun müddət yaddaşlardan silinmir.   

I Avropa və IV İslam Həmrəyliyi oyunlarına, "Formula-1" yarışlarına, UEFA Avropa Liqasının finalına, minifutbol üzrə dünya çempionatına, 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakıda keçirilməsinə, 42-ci Dünya Şahmat Olimpiadasına, Gəncə və digər 6 şəhərimizdə keçirilən III MDB Oyunlarına, eləcə də Avropa, dünya çempionatlarına yüksək səviyyədə evsahibliyi etmiş Azərbaycanda belə yarışların keçirilməsi onu göstərir ki, dünyanın qabaqcıl idman ölkələri sırasında layiqli yerimiz var. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında isə məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Yüksək səviyyəli oyunların Azərbaycana həvalə edilməsi isə bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.

İndi budur, ölkəmizə daha bir nüfuzlu yarış həvalə edilib. FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Özbəkistanla birgə  2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə evsahibliyi edəcək.

Belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəmizə əlavə investisiyaların yatırılmasına, yeni texnologiyaların gəlməsinə səbəb olur. Yarışlar həmçinin Azərbaycana milyonlarla turistin axınına yol açır. Belə beynəlxalq tədbirlər hər hansı bir kampaniyanın və ya onun istehsal etdiyi məhsulun yalnız reklam olunması demək deyil, bütövlükdə Azərbaycanın dünyaya geniş təqdimatıdır ki, bunun da nəticəsində ölkəmiz gələcək iqtisadi perspektivlərini müəyyənləşdirir, xarici investorların və böyük turist kütləsinin diqqətini cəlb edir.

Xəbər verildiyi kimi, 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının 2027-ci ildə həm də Azərbaycanda keçirilməsi ilə əlaqədar artıq Təşkilat Komitəsi yaradılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin edilib. Təşkilat Komitəsində gənclər və idman, fövqəladə hallar, maliyyə, mədəniyyət, iqtisadiyyat, daxili işlər, rəqəmsal inkişaf və nəqliyyat, elm və təhsil, xarici işlər, səhiyyə nazirlərinin müavinləri yer alıblar. Bundan başqa, Təşkilat Komitəsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Dövlət Turizm Agentliyinin sədri, Qida Təhlükəsizliyi Agentliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, Dövlət Sərhəd Xidməti rəisinin müavini, Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təmsil olunurlar.

Dünya çempionatı ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması AFFA-ya həvalə edilib. Təşkilat Komitəsinə mundialın 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bir sözlə, Azərbaycanın belə mötəbər idman tədbirinə evsahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm tədbirlərin respublikamızda daha yüksək səviyyədə təşkilinə müsbət təsir göstərəcək. Şübhə yoxdur ki,  Azərbaycan digər idman tədbirləri kimi, 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına da yüksək səviyyədə evsahibliyi edəcək və bununla ölkəmizin idman nüfuzu daha da artacaq. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!