16 May 2024 09:00
3742
Oxucu məktubları
A- A+

Biz artıq Şuşadayıq!

 

Uzun illər ailəmiz Bərdə şəhərindəki internat məktəbinin heç bir məişət şəraiti olmayan yardımçı binasında yaşayırdı. Bu illər ərzində bir gün də belə, doğma Şuşamızı, onun havasını, suyunu, sıldırım qayalarını unutmurduq. Həmin yerlərə dönəcəyimizə inanırdıq.
İndi budur, arzularımız gerçəkləşib, yuxularımız çin olub. Özümüzü necə xoşbəxt hiss etdiyimizi ifadə etməkdə çətinlik çəkirəm. Şəhəri qarış-qarış gəzib hər addımdakı ağacı, çiçəyi, qarşımıza çıxan insanları bağrımıza basıb: "Biz artıq Şuşadayıq!" - deyə qışqırmaq istəyirəm.
Bəli, biz Şuşadayıq. Burada ailəmiz bütün infrastrukturu olan rahat mənzillə təmin olunub. Hesab edirəm ki, bundan sonrakı həyatımızı dövlətimizin, Prezident İlham Əliyevin bizim üçün yaratdığı cənnətdə yaşayacağıq. Qəlbim təşəkkür hissləri ilə doludur. Allah Şuşamızı o mənfurlardan azad edən, bu yolda gənc həyatlarını qurban verən şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun! Allah 44 günlük Vətən müharibəsində sərkərdəlik qabiliyyəti, uzaqgörən siyasəti ilə şanlı Zəfəri xalqımıza bəxş edən Prezident İlham Əliyevi, dünyada humanizm və xeyirxahlığın simvolu kimi tanınan Birinci vitse-prezident Mehriban xanım Əliyevanı xalqımıza çox görməsin!

Natiq QURBANOV,
Şuşa şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video