02 Mart 2023 01:32
801
Oxucu məktubları
A- A+

Binəqədi qəsəbəsində kanalizasiya yoxa bərabərdir

 

Artıq neçə illərdir ki, Binəqədi qəsəbəsinin kanalizasiya xətləri demək olar ki, işləmir. Bir balaca yağıntı düşən kimi çirkli sular dizə çıxır, yollarda gölməçələr yaranır, hər yanı üfunət iyi bürüyür. 
Dəfələrlə "Azərsu"ya və digər aidiyyəti qurumlara şikayətlər olunsa da, lazımi tədbir görülmür. Hərdən gəlib kanalizasiyalarda qurdalanıb çıxıb gedirlər. 
Deyilənlərə görə, qəsəbənin kanalizasiya xətləri ötən əsrin 60-70-ci illərində çəkilib. Təmirçilər də xətlərin istismar vaxtının çoxdan başa çatdığını etiraf edirlər. 
Belə olan halda haqlı sual yaranır: görəsən indi daha nə qədər zaman lazımdır ki, "Azərsu" istismara yararsız kanalizasiya xətlərini dəyişdirməyə qərar versin?

 

B.MİRZƏYEV,
Bakı şəhəri Binəqədi rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video