Bədənin hərarətinin azalması insanın ömrünü uzada bilər
Almaniyalı tədqiqatçılar aşkar ediblər ki, bədənin hərarətinin azalması qocalma prosesinin sürətinə və zülallar mübadiləsində yaşla bağlı dəyişikliklərə təsir göstərir.
AZƏRTAC xarici ölkə KİV-lərinə istinadla xəbər verir ki, ekstremal aşağı hərarətlər məhvedicidir. Lakin bədən hərarətinin orta dərəcədə aşağı düşməsi həm soyuqqanlı, həm də istiqanlı orqanizmlərə, o cümlədən insan orqanizminə yaxşı təsir göstərir. Lakin alimlər bədən hərarətinin azalması halında uzunömürlülüyü artıran müəyyən mexanizmlər haqqında indiyədək az məlumatlı olublar və bu da həmin biliklərin təcrübədə istifadəsini məhdudlaşdırır.
Soyuq ilə uzunömürlülük arasında bağlılığı öyrənməkdən ötrü Almaniyanın Köln Universitetindən olan tədqiqatçılar aşağı temperaturun hüceyrədə zədəli və lazımsız zülalların parçalanmasına cavabdeh olan çoxzülallı komplekslərin – proteasomların aktivliyinə təsirini öyrəniblər. Proteasomların düzgün aktivliyi hüceyrənin fəaliyyəti üçün çox vacibdir. Parçalanmaya davam gətirən zülalların böyük miqdarda toplanması qocalma ilə bağlıdır.
Alimlər aşkar ediblər ki, “Caenorhabditis elegans” tipli dairəvi qurdun normal ömrü 20 gün olduğu halda, əgər o, 15 dərəcə Selsi temperaturda saxlanılarsa, ömrü normal ömrü təxminən üçdəbiri qədər - 28-29 günədək uzanır. Məlum olub ki, aşağı temperaturda hüceyrədə proteasomların fəaliyyətini tənzimləyən və hüceyrənin ömrünü uzadan daha çox “PSME3” zülal-aktivatorları yaranır. Əgər bu hüceyrənin fəaliyyəti təcrid olunarsa, o halda aşağı temperatur proteasomların aktivliyinə səmərəli təsir göstərməyəcək. Bu isə hüceyrələrdə zədəli zülalların yığılması ilə nəticələnəcə və gələcəkdə yaşla əlaqədar müxtəlif xəstəliklərə səbəb ola bilər.
Alimlər göstəriblər ki, insan hüceyrələrinin aşağı temperaturda (36 dərəcə Selsi) saxlanması onlarda “PSME3” zülalının insana aid analoqunu fəallaşdırır. Bu, hüceyrələrin ömrünü uzadır və bütün orqanizmin yaşlanma sürətini azaldır. Beləliklə, aşağı salınmış bədən hərarəti təkamül baxımından bir-birindən uzaq orqanizmlərin ömrünə faydalı təsir göstərə bilər ki, bu da qocalma prosesinin ləngidilməsinin ümumi mexanizmi kimi başa düşülür.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
NATO-dan ABŞ-a ÇAĞIRIŞ
22 Sentyabr
Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir
22 Sentyabr
“Azərbaycan ikinci böyük qələbəsinə imza atdı”
22 Sentyabr
Qazaxda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib
22 Sentyabr
Ağstafa balının fərqli dadı və rəngi var
22 Sentyabr
Şəhər təsərrüfatındakı vəziyyət və infrastruktur layihələrin icrası müzakirə olunub
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!