20 İyun 2024 21:51
178
SİYASƏT
A- A+
Baş konsul Birey Yılmazsoy: Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığımız var

Baş konsul Birey Yılmazsoy: Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığımız var

 

Bütün ölkələrdə olduğu kimi Ukraynada Azərbaycan və Türkiyə diplomatiyası “Bir millət, iki dövlət” şüarı ilə dost, qardaş əməkdaşlığını davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Odessadakı baş konsulu Birey Yılmazsoyla görüşündə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev söyləyib.

Səfir Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığa görə Türkiyənin baş konsuluna təşəkkürünü bildirib və qeyd edib ki, baş konsulluq müharibə başlayandan sonra Odessa və buraya yaxın bölgələrdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanıb.

“Bu gün biz əməkdaşlığın bütün sahələrindən danışarkən Azərbaycan Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq. Azərbaycan və Türkiyə əməkdaşlığı Ukraynada da zirvədədir. Odessada Türkiyənin baş konsulluğunun olması Azərbaycana da güvənc verir”, - deyə Seymur Mərdəliyev vurğulayıb.

Görüşdə Birey Yılmazsoy Odessada mövcud vəziyyət barədə danışıb, müharibə zamanı azərbaycanlıların təxliyəsində görülən işləri vurğulayıb.

Görüşdən sonra AZƏRTAC-a məxsusi açıqlama verən Birey Yılmazsoy bildirib ki, istər müharibədən öncə, istərsə müharibə başlayandan sonra Odessada yaşayan və çalışan azərbaycanlılarla sıx əlaqələri olub.

“Azərbaycanın Odessada icması çox güclü fəaliyyət göstərir. Azərbaycanlılar bizi tək Türkiyənin deyil, həm də Azərbaycanın baş konsulluğu kimi görürlər, baş konsul kimi bütün tədbirlərinə dəvət edirlər. Mən də tək Türkiyənin deyil, Azərbaycanın da baş konsulu olaraq onlarla birgə işləməyə, dəstək verməyə çalışmışam. Müharibə olmasına baxmayaraq, Odessada hələ də çox saylı azərbaycanlı var. Biz bütün dünyada olduğu kimi Odessada da azərbaycanlı qardaşlarımızın yanındayıq”, - deyə Birey Yılmazsoy qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi müəyyən olunmuş şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrinin hazırlanması" (təkrar) adlı müsabiqə keçirir

00:23
25 Oktyabr

Avropa Liqası: “Qarabağ” doğma meydanda “Ayaks”a məğlub olub 

22:50
24 Oktyabr

Türkiyə hökuməti: Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcək

22:18
24 Oktyabr

Putin Ukrayna ilə danışıqlar üçün platformaya görə Türkiyə Prezidentinə təşəkkür edib

22:17
24 Oktyabr

Putin Şimali Koreya hərbçilərinin xüsusi hərbi əməliyyatda mümkün iştirakı barədə danışıb  

22:16
24 Oktyabr

BRICS-in tərəfdaş ölkələrinin siyahısı dəvətlərin təsdiqindən sonra elan ediləcək

22:13
24 Oktyabr

Argentina səfiri: 30 il ərzində mədəniyyət sahəsində uğurlu yol qət etmişik

22:12
24 Oktyabr

Bəhreyndə Gimnaziada İdman Oyunlarının açılış mərasimi olub

21:31
24 Oktyabr

Bakıda Argentina Film Festivalının açılışı olub

21:28
24 Oktyabr

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

21:26
24 Oktyabr

“Azərkosmos” İtaliya şirkəti ilə əməkdaşlığı genişləndirir

20:09
24 Oktyabr

Avropa Liqası: “Qarabağ” və "Ayaks"ın start heyətləri açıqlanıb

19:50
24 Oktyabr

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının pərləri Bakıya gətirilib

19:48
24 Oktyabr

Ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin növbəti təlim toplanışı davam edir

19:03
24 Oktyabr

Beyləqanın Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib

18:58
24 Oktyabr

Ombudsman: Uşaqlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı məlumatları COP29 çərçivəsində daha geniş yayacağıq 

18:41
24 Oktyabr

Bu ilin 3-cü rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri 31 faizdən çox olub

18:19
24 Oktyabr

Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

18:03
24 Oktyabr

“Apple” oyunyönümlü tətbiq üzərində işləyir

17:41
24 Oktyabr

Sabah maqnit qasırğası olacaq

17:27
24 Oktyabr

Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3 

17:24
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!