19 Dekabr 2025 09:46
209
CƏMİYYƏT
A- A+
Bakıda Türk dövlətlərində hakimiyyətin təşkilinin konstitusion əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilib  

Bakıda Türk dövlətlərində hakimiyyətin təşkilinin konstitusion əsaslarına həsr olunmuş beynəlxalq konfrans keçirilib  


Dekabrın 18-də Bakıda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının təşkilatçılığı ilə “Türk Dövlətləri Təşkilatının üzvlərinin dövlət hakimiyyətinin təşkilinin konstitusion əsaslarının xüsusiyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra Şəhidlər xiyabanı və Zəfər abidəsi ziyarət edilərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Hüseynov konfrans iştirakçılarını salamlayaraq tədbirin aktuallığı və əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Nazir müavini çıxışı zamanı Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və ölkəmizdə müasir hüquqi mexanizmlərin müəyyən olunmasında, məhkəmə-hüquq islahatlarının genişlənməsində Konstitusiyanın əsas prinsiplərinin rəhbər tutulduğunu vurğulayıb.

Daha sonra Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəni təmsil edən nümayəndələr mövzu üzrə məruzələrlə çıxış ediblər.

Konfransda Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə respublikalarının Türk Ədliyyə Təlimi Şəbəkəsinin üzvü olan, ədliyyə və prokurorluq təlimi ilə məşğul olan qurumlardan, həmçinin Azərbaycan Respublikasında bu sahədə fəaliyyət göstərən qurumlardan nümayəndələr iştirak ediblər.

Tədbir çərçivəsində xarici ölkələrin müvafiq qurumlarının əməkdaşları və mütəxəssislər dövlət hakimiyyətinin təşkilinin konstitusion əsasları ilə bağlı təcrübə və elmi yanaşmalarını bölüşüblər.

Konfrans Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2025-ci il tarixli 477 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin ‘Konstitusiya və Suverenlik ili’ elan edilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!