10 İyul 2026 12:43
107
CƏMİYYƏT
A- A+
Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb 

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu işə başlayıb 


İyulun 10-da Bakıda Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Maliyyə Kəşfiyyatı Orqanlarının beynəlxalq forumu keçirilir. İştirakçılar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyulub, gül dəstələri düzülüb. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də anılıb, məzarı üzərinə tər güllər qoyulub.

AZƏRTAC xəbər verir ki, "TDT ölkələrində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin anlaşılması: ortaq çağırışlar, birgə həllər" mövzusuna həsr olunan forum TDT məkanında maliyyə kəşfiyyatı orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və maliyyə cinayətləri ilə mübarizə sahəsində vahid yanaşmaların formalaşdırılması məqsədini daşıyır.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, eləcə də üzv ölkələrin maliyyə kəşfiyyatı orqanlarının rəhbərləri və digər yüksəksəviyyəli qonaqlar çıxış ediblər. Zaur Fətizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan uğurlu islahatlar və əldə edilmiş nəticələr barədə məlumat verib.

Vurğulanıb ki, dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə ədalətli bazar və sağlam maliyyə münasibətlərinin davamlı inkişafını, müasir tələblərə cavab verən maliyyə sisteminin formalaşmasını təmin edib.

Tədbir çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın maliyyə kəşfiyyatı orqanları rəhbərlərinin iştirakı ilə rəhbərlər paneli keçirilib. Panel zamanı üzv dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri, maliyyə cinayətləri ilə mübarizədə qarşıda duran çağırışlar və birgə fəaliyyət istiqamətləri barədə müzakirə aparılıb, mövzu üzrə təqdimatlar edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-də Azərbaycanın strateji rolu və biznes imkanları təqdim olunub

13:35
10 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

13:33
10 İyul

Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

13:30
10 İyul

Bu il qlobal neft tələbatı sutkada 103 milyon barelə enəcək

13:28
10 İyul

Bir sıra qanunlarda dəyişikliklər təklif edilir

13:25
10 İyul

Qarabağ Universitetinin yeni proqramları Britaniya universitetləri ilə birgə hazırlanıb

13:23
10 İyul

Yusif Vəliyev: Gənclər Fondu olaraq fəaliyyətimizi genişləndirməkdə israrlıyıq

13:20
10 İyul

Özbəkistan ərazisində film çəkən xarici şirkətlərə təzminat ödəniləcək

13:17
10 İyul

İşğaldan azad edilən ərazilərdə ilk qadın kooperativi Ağalıda yaradılır

13:15
10 İyul

“Abşeron” yatağından indiyədək çıxarılan təbii qaz və kondensatın həcmi açıqlanıb

13:13
10 İyul

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir 

13:10
10 İyul

Kamilo Duran: “Seltik”in təklifini dərhal qəbul etdim

13:07
10 İyul

Aleksandr Sırski: Rusiyanın genişmiqyaslı hücumu uğursuzluqla nəticələnib

13:05
10 İyul

Özəl klinikalarda yoxlama necə aparılır?

13:03
10 İyul

DSMF-nin birinci yarımil üzrə gəlir və xərcləri açıqlanıb

13:00
10 İyul

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

12:57
10 İyul

BMU-da yeni ixtisaslaşma: “Mühəndislikdə idarəetmə”

12:55
10 İyul

Azərbaycan ilə Rusiya arasında baytarlıq və fitosanitar nəzarəti sahəsində əməkdaşlıq genişləndirilir

12:53
10 İyul

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Maliyyə Kəşfiyyatı Orqanlarının Əməkdaşlıq Platforması yaradılıb

12:50
10 İyul

Prezident İlham Əliyev müasir liderlik modelini nümayiş etdirən dövlət xadimidir

12:47
10 İyul

“Qarabağ”ın yeni transferi: Baş məşqçinin tapşırıqlarını yerinə yetirdik və qələbə qazandıq

12:45
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!