10 Dekabr 2015 05:12
118
CƏMİYYƏT
A- A+
Bakıda “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

Bakıda “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə dekabrın 10-da “Fövqəladə hallar və təhlükəsiz həyat” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsi önünə gül dəstələri qoyublar.

Sonra qonaqlar Akademiyanın bazası və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfrans “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş verən qəza nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarının direktorları, Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin akademiyalarının, Heydər Əliyev adına Ali Hərbi Məktəbin, həmçinin Rusiya, Belarus, Ukrayna, Qazaxıstanın Fövqəladə Hallar nazirliklərinin və müvafiq akademiyalarının nümayəndələri iştirak edirlər.

FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov tədbiri açaraq konfransın işinə uğurlar arzulayıb, səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Konfransın rəsmi açılış mərasimində çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə nazirliyin yaranması barədə məlumat verib. Bildirib ki, 2005-ci il dekabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən yaradılan FHN-in fəaliyyəti daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Hər il dekabrın 16-nın FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi, habelə nazirliyin fəaliyyətinin təşkili və strukturunun təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar bu diqqət və qayğının göstəricisi olmaqla yanaşı, qurumun həyatında əsaslı irəliləyişlərə təkan verib.

F.Tağızadə deyib ki, nazirlik 10 il ərzində fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb. Bu gün FHN-in əməkdaşları mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında fədakarlıq göstərirlər.

AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək Fövqəladə Hallar Nazirliyinin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirib. Akademik bildirib ki, Azərbaycan vətəndaşları fövqəladə hallar baş verdiyi zaman FHN əməkdaşlarını öz xilaskarları kimi görür, onlara inanırlar. Sıralarında yüksək ixtisaslı kadrları birləşdirən FHN fövqəladə hallar və onların proqnozu, qorunma üsullarının tətbiqi istiqamətində akademik institutlarla birlikdə mühüm işlər aparır. On il ərzində AMEA ilə FHN arasında işgüzar əməkdaşlıq mühiti yaranıb. Akademiyanın institutlarının FHN ilə birlikdə təbii və texnogen proseslərin, digər təhlükələrin öyrənilməsi istiqamətində hazırda birgə tədqiqatlar apardıqlarını vurğulayan alim deyib: “Konfransın işində Rusiyanın, Belarusun, Ukraynanın, Qazaxıstanın alim və mütəxəssislərinin iştirak etməsi bu tədbirin yüksək səviyyəsindən xəbər verir. İnanıram ki, konfrans konstruktiv və yaradıcılıq mühiti şəraitində işini davam etdirəcək. Burada qəbul edilmiş qərar və tövsiyələr fövqəladə hallarla bağlı olan elm sahələrinin inkişafına, fövqəladə halların elmi araşdırılmasına öz töhfəsini verəcək”.

Sonra AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov “Neft və qaz çıxarma, neft emalı sənayeləri və Abşeron yarımadasının ekoloji problemləri”, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov “Xəzər dənizində neft dağılmaları: baş vermiş hallar və fiziki-coğrafi modelləşdirmə”, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, general-mayor Kamil Bağırov “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzularında məruzələrlə çıxış ediblər.

Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib.

Elmi-praktiki konfrans dekabrın 11-də başa çatacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!