18 Fevral 2025 18:35
308
SİYASƏT
A- A+
Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib

Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib


Fevralın 18-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası APA-da parlament nümayəndə heyətinin rəhbəri, qurumun İcraedici Şurasının sədri Rizvan Nəbiyev açıb. Nümayəndə heyətinin rəhbəri Azərbaycanın sədrliyi ilə 26 ölkəni təmsil edən 250-dən çox nümayəndə və 7 beynəlxalq təşkilatın təmsilçisinin qatıldığı APA-nın 15-ci sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Rizvan Nəbiyev ötən il Azərbaycanın bütün suveren ərazilərində baş tutmuş növbədənkənar prezident və parlament seçkiləri haqqında məlumat verib, həmçinin Bakıda keçirilmiş COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası və onun çərçivəsində qəbul edilmiş mühüm qərarların əhəmiyyəti barədə danışıb. O, COP29 çərçivəsində qəbul edilən qərarların ətraf mühitin mühafizəsi, yaşıl enerji keçidi və dayanıqlı inkişaf məqsədlərinə nail olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr xüsusi qeyd edilib. Bildirilib ki, Azərbaycanın irəli sürdüyü təkliflər iqlim dəyişmələri ilə mübarizədə önəmli addım olmaqla yanaşı, qlobal miqyasda davamlı inkişafın təmin edilməsinə töhfə verəcək.

İclasda APA-nın Baş katibi Məhəmməd Reza Məcidi qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat təqdim edib. O, bu müddət ərzində görülən işlərdən bəhs edib, 2026-2027-ci illər üçün APA-nın prezidentliyi və vitse-prezidentliyinə namizədliklər, bəzi ölkələrə tam hüquqlu və müşahidəçi statusunun verilməsi məsələləri, eləcə də qurumun komitələrində müzakirə olunan qətnamə layihələri ilə bağlı fikir və təkliflər barədə məlumat verib. Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib.

Sonra APA-nın 15-ci Plenar sessiyasının gündəliyi müzakirə olunub.

Tədbirdə qurumun Siyasi məsələlər üzrə, İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə daimi komitələri tərəfindən irəli sürülən qətnamə layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.

İclasda Milli Məclisin APA-dakı nümayəndə heyətinin üzvləri İlham Məmmədov, Naqif Həmzəyev, Aydın Hüseynov, Günay Ağamalı, deputat Zaur Şükürov, APA-ya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
16 Mart

Heydər Əliyev seyrəngahı Novruza hazırlaşır 

09:25
16 Mart

Zəfər estafeti

09:20
16 Mart

Tranzit imkanları Azərbaycanı tezliklə dünya ticarətinə yön verən ölkəyə çevirəcək

09:15
16 Mart

"Cənub qaz dəhlizi"nin birləşdirici halqası

09:10
16 Mart

Saatlıda pambığın becərilməsində yeni texnologiyaların tətbiqindən danışılıb

09:05
16 Mart

Yerlərdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində ağacəkmə aksiyaları keçirilir

09:00
16 Mart

Dövlətin daha bir sosial layihəsi - "Himayədar ailə" qayğı modeli

08:55
16 Mart

Qərbi Azərbaycana qayıdış mövzusu Gəncədə də gündəmdən düşmür

08:50
16 Mart

Kəndlinin yeni ili bahardan başlayır

08:45
16 Mart

Yanlış yolla addımlayan Ermənistanı qarşıda uçurumlar gözləyir

08:40
16 Mart

Ermənistan "sülh" oyunu oynayır

08:35
16 Mart

Dayanıqlı sülh

08:30
16 Mart

Fransada zorakılıq rekord həddə çatıb

08:25
16 Mart

Vardanyanın müdafiəsi üçün canfəşanlıq edənlərin fiaskosu

08:20
16 Mart

Ermənistanın növbəti manipulyasiya cəhdi

08:15
16 Mart

Avropa Parlamentinin 2025-ci il martın 13-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinə etiraz məktubu

08:10
16 Mart

XII Qlobal Bakı Forumu sülhün təşviqinə töhfə verdi

08:05
16 Mart

Azərbaycan qlobal problemlərin həllində nüfuzlu söz sahibidir

08:00
16 Mart

N.Ə.Əbdürrəhmanın "Dostluq" ordeni ilə təltif edilməsi haqqında 

01:23
16 Mart

"İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi"nə qoşulmaq haqqında

01:23
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!