21 İyun 2024 08:20
279
SİYASƏT
A- A+
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti təqdirəlayiqdir

Bakı Təşəbbüs Qrupunun fəaliyyəti təqdirəlayiqdir

 

"Bakı Təşəbbüs Qrupunun "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" mövzusunda keçirdiyi "dəyirmi masa"da yalnız kanak xalqının deyil, müstəmləkə altında yaşayan xalqların haqları ilə bağlı məsələlər gündəmə gətirildi. Azərbaycanın bu istiqamətdə atdığı addımlar, BMT Baş Assambleyasnın "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə"sinə (1514 saylı qətnamə) böyük dəstəkdir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputat qeyd edib ki, müstəmləkə əsarətindən qurtulmaq həmin xalqların fundamental hüququdur: "Ona görə də Azərbaycan özü üçün daha yaxşı və layiqli gələcək arzu edən xalqlara daim dəstək verir. Biz bəzi dövlətlər kimi separatçılığı, ya da yalançı "milli özünü təyinetmə hüququ"nu müdafiə etmirik. Azərbaycanın atdığı addımlar müstəmləkəçiliyin ləğvinə nail olmağa hesablanıb. Bu baxımdan, əzilən, müstəmləkə altında inləyən xalqların müstəqillik uğrunda ədalətli mübarizəsini dəstəkləyən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də təqdirəlayiqdir". 
Aydın Hüseynov bildirib ki, bu gün Fransa dünya jandarması rolunda çıxış etmək istəyir: "Amma Fransanın yürütdüyü siyasət Avropa dövlətləri tərəfindən də dəstəklənmir. Bu ölkə təkcə dənizaşırı ölkələrdə qanunsuz əməllər törətmir, Afrikada yarımçıq qoyduğu müstəmləkəçilik iştahasını dünyanın bir başqa regionunda həvəslə davam etdirmək istəyir. Bu gün bir sıra xalqlara qarşı edilən zülmlərin, işgəncələrin, təxribatların altında Fransanın imzası var".
Deputat həmçinin Fransanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olduğunu xatırladaraq əlavə edib ki, bu və ya digər beynəlxalq qanunların qəbulunda, ya da onlara veto qoyulmasında bu ölkənin xüsusi statusu var: "Ona görə də rəsmi Paris mövqeyindən sui-istifadə edərək ağa qara, qaraya isə ağ deyə bilir. Ermənistanın Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumun cinayətlərinə, terror əməllərinə "azadlıq mübarizəsi" möhürünü vuran Fransa Yeni Kaledoniyada, Fransa Polineziyasında, Korsikada xalqların müstəmləkəçiliyə qarşı mübarizəsinə fərqli yanaşır".
Aydın Hüseynov yekunda deyib ki, Bakı Təşəbbüs Qrupunun keçirdiyi "dəyirmi masa"da edilən çağırışlar beynəlxalq təşkilatlar tərəfindən lazımi şəkildə dəyərləndirilməli, müstəmləkə siyasəti yürüdən dövlətlərin bəşəri cinayətləri ifşa olunmalı, onların insan hüquqları ilə bağlı yol verdikləri pozuntular dünya ictimaiyyətinə çatdırılmalıdır.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!