Ələt qəsəbəsində Azad İqtisadi Zonanın yaradılması ilə əlaqədar EATS-431-Ələt ATS-i-Azad İqtisadi Zona arası FO kabelinin çəkilməsi və çəkilən FO-96 kabelindən Sahil, Səngəçal, Qobustan, Ümid, Şıxlar ATS-ləri - Azad İqtisadi Zona arası kabel çəkilişi işlərinin görülməsi üçün (LSS-12811-XQ-4 və LSS-12811(Ə)-XQ-1,2,3,4,5,6,7) mal-materiallar və xidmətin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etsinlər. İddiaçılar öz tender təkliflərində bütün vergi və rüsumları, təyinat yerinə daşıma xərclərini nəzərə almalıdırlar.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər
206 (iki yüz altı ) manat (ƏDV daxil) iştirak haqqını sifarişçinin aşağıdakı hesablaşma hesabına “ASAN ödəniş” portalı vasitəsi ilə ödədikdən sonra dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə tenderin Əsas şərtlər toplusunu ala bilərlər.
VÖEN: 9900044741
Hesab: AZ14AZPO91015461200420100157
Bankın adı: “Azərpoçt” MMC PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
M/h: AZ76NABZ01350100000000094944
S.W.I.F.T: AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib edilmişdir.
Tenderdə iştirak etmək istəyənlər 23.06.2021-ci il saat 15:00-dək aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər (tender təklifi və təklifin təminatı 1 faiz bank zəmanəti istisna olmaqla). Göstərilən vaxtdan gec təqdim edilən sənədlər qəbul edilməyəcəkdir.
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
Tenderdə iştirak etmək hüququ və ixtisasını təsdiq edən sənədlər:
- iddiaçının qeydiyyatını təsdiq edən sənədlərin, nizamnamənin (əsasnamənin) notarial təsdiq edilmiş surətləri;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməmiş, vaxtı keçimiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi və sosial orqanlardan arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının analoji satınalma üzrə iş təcrübəsini təsdiq edən sənəd (analoji layihələrin həyata keçirildiyi ən azı 3 (üç) müəssisə və təşkilatdan tövsiyə məktubu);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamənin notarial təsdiq edilmiş surəti);
- iddiaçının son 3 (üç) ilədək fəaliyyəti haqqında vergi orqanı tərəfindən təsdiq olunmuş mənfəət bəyannaməsi;
- iddiaçının hansı sahibkarlıq subyektinə aid olması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən arayış;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə, tikintisinə icazəsi tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin 7.5 bəndinə (rabitə, radio və televiziya sistemlərinin layihələndirilməsi) əsasən tələb olunan lisenziyaların təqdim olunması;
- ixtisas uyğunluğunu müəyyən edən sənədlərin təqdim edilməsi;
- layihə üzrə çalışacaq hər bir işçinin əmək müqaviləsinin elektron portal üzərindən çıxarışın təqdim edilməsi;
- işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları (konkret subpodratçının adı göstərilməklə);
- istehsalçıdan malların təchizetmə məktubu;
- iddiaçının tələb olunan mallar üzrə nümunə təqdim etməsi (nümunə tələb olunan sənədlərin vaxtı bitənədək təqdim edilməlidir);
- mal-materiallar üzrə mənşə, uyğunluq və digər sertifikatlar;
- işin icra müddəti müqavilə imzalanan gündən etibarən 3 ay müddətinə tam təhvil verilməlidir;
- tələb olunan FO kabellərin laboratoriya sınaq protokolu təqdim edilməlidir.
İddiaçılar tender təklifini və bank təminatını 02.07.2021-ci il saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş təkliflər qəbul edilməyəcəkdir.
Yuxarıda göstərilən sənədlər düzgün tərtib olunub vaxtında təqdim edildiyi təqdirdə tenderdə iştirak etmək istəyən malgöndərən iddiaçı kimi qeydə alınacaqdır.
İştirakçıların təklifləri 05.07.2021-ci il saat 15:00-da dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə açılacaqdır.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada [email protected] dövlət satınalmalarının vahid internet Portalında aparılır.
Tender komissiyası