11 Mart 2025 08:50
569
İQTİSADİYYAT
A- A+
"Azexport" beynəlxalq əlaqələrini genişləndirir

"Azexport" beynəlxalq əlaqələrini genişləndirir


Azərbaycanda icra edilən iqtisadi islahatlar qeyri-neft-qaz sektorunun inkişafında önəmli rol oynaması məlum reallıqdır. Bu istiqamətdə görülən işlər və həmin sahədə çalışan sahibkarlara verilən dəstək qeyri-neft-qaz sektorunda məhsul istehsalı ilə yanaşı, ixracın da həcminin artmasına səbəb olub. Cari ilin yanvar-fevral ayları üzrə açıqlanan statistik rəqəmlərdən bunu açıq görmək mümkündür. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) məlumatına görə, cari ilin yanvar-fevral aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 485 milyon dollar təşkil edib. İki ay ərzində ölkə üzrə yeyinti məhsullarının ixracının dəyəri 12,3 faiz artaraq 153,9 milyon dollara bərabər olub. Həmin dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47, alkoqollu və alkoqolsuz içkilər 39,2, kimya sənayesi məhsulları 30 faiz, çay 21,3, alüminium və ondan hazırlanan məmulatlar isə 2,8 faiz artıb.

Hesabat dövründə aqrar məhsulların ixracında da artım müşahidə edilib. Belə ki, yanvar-fevral aylarında aqrar məhsullarının ixracının dəyəri 9,5 faiz artaraq 119,7 milyon, aqrar-sənaye məhsullarının ixracının dəyəri isə 17,7 faiz artaraq 43 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının ixracının dəyəri 162,8 milyon dollar (11,6 faiz çox) təşkil edib.

"Azexport" portalı və tərəfdaşlarının ixraca dair "Fəaliyyət planı" müzakirə olunub. Məqsəd daha çox məhsulu geniş coğrafiyaya ixrac etməkdir. İİTKM-in operatoru olduğu "Azexport" portalı, "Meetup Networking Club" və Latviyanın "STC" şirkəti arasında əməkdaşlıq çərçivəsində cari il üzrə "Fəaliyyət planı" ilə bağlı görüşdə tərəflər arasında bağlanmış anlaşma memorandumunda nəzərdə tutulan layihələrin icra vəziyyəti müzakirə olunub.

Tədbirdə "Azexport" portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycan məhsullarının Amerika, Avropa və Asiya bazarlarına ixrac imkanlarının genişləndirilməsi üçün sertifikatlaşdırma, qablaşdırma, etiketləmə və brendləşdirmə istiqamətlərində birgə fəaliyyət davam edir.

"STC" şirkətinin rəhbəri Antanas Makarnvicius vurğulayıb ki, "GLOBALG.A.P", "HACCP" və "Organic" kimi sertifikatların mövcudluğu xarici bazarlara çıxışda ciddi üstünlük qazandırır. Bu baxımdan il ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlərə layihə tərəfdaşları ilə birlikdə sadalanan sertifikatların əhəmiyyəti və prosedur qaydaları barədə seminarların, istehsal yerlərində real praktiki təlimlərin təşkili nəzərdə tutulur.

"Azexport" portalı xarici əlaqələrini genişləndirir. Bu məqsədlə portal Pakistan və Türkiyə şirkətləri ilə əməkdaşlığı genişləndirmək üçün müzakirələr aparır. "Azexport" portalı ilə Pakistan və Türkiyədən olan təşkilat nümayəndələri arasında görüş keçirilib. Görüşdə Pakistanda yerləşən Azərbaycan Ticarət Evinin rəhbəri Adeel  S Butt, biznes hüququ üzrə beynəlxalq vəkil və iş adamı Muhammad Sohail Sajid və Türk Dünyası Vasitəçilik Assosiasiyasının (TDVA) Azərbaycan komissiyasının koordinatoru Aygün Əliyeva iştirak ediblər.

Həmin tədbirdə "Azexport" portalının rəhbəri Ayxan Qədəşov portalın Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması istiqamətində rəqəmsal həllərə dair geniş təqdimat edib. O, portalın rəqəmsal sərgi zalında pilot olaraq 10 Azərbaycan şirkəti üçün qurulan rəqəmsal stendlərin türk dövlətlərindən olan 100 şirkət üçün də qurulması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. A. Qədəşov "Azexport" portalının beynəlxalq platformalarla iş prinsipi barədə də tədbir iştirakçılarına ətraflı məlumat verib.

Pakistandakı Azərbaycan Ticarət Evinin rəhbəri Adeel S Butt portal tərəfindən təqdim olunan rəqəmsal sərgi zalının innovativ və müasir həll yolu olduğunu bildirib. O, bu layihədə türk dövlətləri ilə yanaşı, Pakistanın da təmsil olunmasını, rəqəmsal stendlərlə bağlı imkanların Pakistan şirkətlərinə təqdimatı istiqamətində birgə fəaliyyətin planlaşdırılmasını təklif edib.

Görüşdə iştirak edən beynəlxalq vəkil və iş adamı Muhammad Sohail Sajid bildirib ki, "Azexport" portalının yerli sahibkarlara beynəlxalq platformalar vasitəsilə xarici bazarlara çıxışda göstərdiyi dəstək mexanizmi uğurlu və effektiv vasitədir: "Pakistan şirkətləri beynəlxalq sərgilərdə iştirak üçün ciddi yatırımlar, zaman və digər resurslar sərf edirlər. Beynəlxalq platformalarda vahid ad altında rəqəmsal formada təmsilçilik müasir və iqtisadi cəhətdən səmərəli seçim ola bilər". O, "Azexport" təcrübəsinin Pakistanda təqdim olunması və tətbiqi üçün portal nümayəndələrini Pakistana səfərə dəvət edib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!