"Azərsu” ASC-nin
yeni inzibati binasının son tamamlama (tikinti-quraşdırma, interyer, landşaft, elektromexanika,
yoxlama və sazlama) işlərinin satın alınması.
Tender iştirakçılarına
təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat
zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni
yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik
olmalıdırlar.
Tenderdə iştirak
etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən
sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva
prospekti, 67 ünvanında yerləşən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Təchizat və
satınalmaların idarə olunması departamentindən (Əlaqələndirici şəxs: Tağıyev İlqar
Rauf oğlu, telefon: + 99 412 431 47 67/87 - daxili 1033 E-mail: [email protected]
və Novruzov İntizam Cəmil oğlu, daxili 3019, E-mail: [email protected])
ala bilərlər.
Tenderdə iştirak
haqqı: 500 (beş yüz) AZN
"Azərsu” Açıq Səhmdar Cəmiyyəti
VÖEN:
9900001751
Bank: "Kapitalbank”
ASC-nin 1 saylı Nəsimi filialı
Kodu:
200112
VÖEN:
9900003611
Yerli valyutada
hesab nömrəsi: AZ65AIIB33070019441100216111
Xarici valyutada
hesab nömrəsi: AZ55AIIB33170018401100216111
M/h: AZ37NABZ01350100000000001944
SWIFT: AIIBAZ2X
İştirak haqqı
heç bir halda geri qaytarılmır.
İddiaçılar
tenderdə iştirak etmək üçün aşağıdakı ilkin uyğunluq sənədlərini təqdim etməlidirlər:
- tenderdə
iştirak etmək üçün ərizə;
- iştirak
haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi
(zərflərin açıldığı tarixdən sonra 30 bank günü ərzində qüvvədə olmalıdır);
- tender təklifi
dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank
günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan
Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərin
olmaması haqqında müvafiq dövlət orqanının arayışı;
- iddiaçının
son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə
hesabatının surəti;
- iddiaçının
son 3 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (ən azı 10 milyon manat dövriyyə
tələb olunur);
- iddiaçının
tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçdiyi rekvizitləri;
- son üç ili
əhatə edən audit hesabatı;
- iddiaçının
işçi heyəti, avadanlığı və texnikası barədə məlumat;
- Azərbaycan
Respublikası dövlət standartlarına uyğun olaraq
I və II məsuliyyət
səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə
verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə
verilən işlərin siyahısı.
Sənədlər Azərbaycan
dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olunmalıdır (xarici dildə olan tender
təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru
"Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə
uyğun keçiriləcəkdir.
İddiaçılar
tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank
təminatı istisna olmaqla) 23 oktyabr 2020-ci il saat 16:00-a qədər, tender təklifi
və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03 noyabr 2020-ci il saat
16:00-a qədər Bakı şəhəri, Moskva prospekti, 67 ünvanında yerləşən "Azərsu” Açıq
Səhmdar Cəmiyyətinin Təchizat və satınalmaların idarə olunması departamentinə təqdim
etməlidirlər.
Göstərilən
vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İştirakçıların
təklifləri Bakı şəhəri, Moskva prospekti, 67 ünvanında yerləşən "Azərsu” Açıq Səhmdar
Cəmiyyətində
04 noyabr
2020-ci il saat 16:00-da açılacaqdır.
İddiaçıların
səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.
Tender komissiyası