15 Sentyabr 2025 17:16
634
İQTİSADİYYAT
A- A+
“AzerGold”un təşkilatçılığı ilə keçirilən sayca 5-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub  

“AzerGold”un təşkilatçılığı ilə keçirilən sayca 5-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub  


“AzerGold” QSC-nin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda keçirilən növbəti səyyar tibbi müayinə aksiyası uğurla yekunlaşıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada “Çovdar” qızıl mədəninin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinləri 3 gün müddətində ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar.

Aksiyanın ilk günündə şəhid ailələri, o cümlədən qazi və müharibə iştirakçıları müayinəyə cəlb edilib. Peşəkar həkim briqadası tərəfindən 300 nəfərdən çox sakin ümumi cərrah, uşaq cərrahı, otorinolarinqoloq, terapevt, revmatoloq, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərin təyini, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilib.

Qeyd olunan istiqamətlər üzrə sakinlərə ümumilikdə 1317 tibbi xidmət göstərilib. Müayinələr əsnasında müxtəlif xəstəlikləri aşkarlanan vətəndaşlara müvafiq müalicə kursları təyin edilib.

Qeyd edək ki, 2021-ci ildən etibarən mütəmadi olaraq keçirilən səyyar tibbi müayinə aksiyası ucqar kənd sakinlərinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən diaqnostikası və profilaktik müayinə mədəniyyətinin təbliği məqsədi daşıyır. Sözügedən aksiyalar zamanı bu günədək ümumilikdə 2400 nəfərdən çox Daşkəsən sakini ümumilikdə 9363 xidmətdən yararlanıb.

Xatırladaq ki, “AzerGold” QSC tərəfindən hasilat sahələrinin yerləşdiyi bölgələrdə həyata keçirilən kiçik, orta və irimiqyaslı sosial layihələr əsasən ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluğun artırılması, kiçik və orta sahibkarlığın təşviqi, idman növlərinin təbliği, maarifləndirmə və digər mühüm istiqamətləri əhatə edir. Şirkətin prioriteti yerli icmaların, xüsusilə də sosial baxımdan həssas qruplara aid olan ailələrin dayanıqlı rifahının təmin olunmasına dəstək olmaq, dövlət tərəfindən aparılan uğurlu sosial siyasətə əlavə töhfələr verməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!