27 Fevral 2025 00:16
3016
ELANLAR
A- A+
Azercell abunəçilərinin nəzərinə

Azercell abunəçilərinin nəzərinə


"Azercell Telekom" MMC tərəfindən təqdim olunan xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədilə 07.04.2025-ci il tarixindən etibarən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

* Bütün fakturasız (Sim-Sim) və fakturalı xətt sisteminə aid nömrələr (korporativ abunəçilər daxil olmaqla) üçün nəzərdə tutulmuş SMS xidməti çərçivəsində ölkədaxili göndərilən 1 SMS-ə görə 0,10 AZN, ölkəxarici (beynəlxalq zəng istiqamətindəki ölkələrə) göndərilən 1 SMS-ə görə isə 0,25 AZN xidmət haqqı tətbiq ediləcək.

* Fakturasız (Sim-Sim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş Balans haqqında avto-məlumat xidməti ödənişli olacaq və xidmət çərçivəsində aylıq abunə haqqı 0,59 AZN təşkil edəcək. Xidmət hər 30 gündən bir avtomatik olaraq yenilənəcək. Abunəçilər müvafiq açar sözündən istifadə etmək ilə xidməti aktiv və ya deaktiv edə biləcəklər.

* Fakturasız (Sim-Sim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş Balans öyrənmə (Balans məlumatı) xidməti çərçivəsində hər USSD ( *111*1*7#yes ) sorğuya və 2112 qısa nömrəsinə göndərilən hər bir SMS-ə, o cümlədən 2112 qısa nömrəsi istiqamətində həyata keçirilən hər bir zəngə görə 0,10 AZN xidmət haqqı tətbiq ediləcək.

Qeyd: Abunəçilər "Kabinetim" tətbiqi vasitəsi ilə nömrənin balansı və cari vəziyyəti barədə məlumatı ödənişsiz əldə etmək imkanına malikdirlər. Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər ("Kabinetim" tətbiqindən istifadə imkanı barədə məlumat daxil olmaqla), tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Korporativ abunəçilər xüsusi Müştəri Xidmətlərinə ((012)4904940 - şəhər telefonundan, 6050 - mobil telefondan (1 zəng - 0,1 AZN); bazar ertəsi - cümə, 09:00 - 18:00) müraciət edərək mövcud tariflər, kampaniyalar və xidmətlər haqda məlumat öyrənə, müxtəlif əməliyyatlar həyata keçirə və texniki dəstək ala bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!