24 May 2023 13:18
720
Elm və texnika
A- A+
Azərbaycanlı alimin məruzələri Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda maraqla qarşılanıb

Azərbaycanlı alimin məruzələri Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda maraqla qarşılanıb

 

ICOMAM Beynəlxalq Komitəsinin İdarə Heyətinin üzvü (hərbi muzeylər, hərbi tarix və silah kolleksiyaları üzrə), “QƏSR” Mədəni İrsi və Tarixi Abidələrin Qoruyaq” QHT-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavini, tarix üzrə fəlsəfə doktoru (Ph.D.) Pərvin Gözəlov “Müharibə və silahlar. Yeni tədqiqatlar və materiallar” XI Beynəlxalq Elmi-Praktiki Konfransda və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 2023-cü il mayın 17-19-da “Mühəndis və rabitə qoşunları Artilleriya Hərbi-Tarix Muzeyi”nin 320 illiyinə həsr olunan konfransda iki elmi məruzə ilə çıxış etmişdir.

Konfransda P.Gözəlovun iştirakı ənənəvi xarakter daşımışdır. 2014-cü ildən alimin Artilleriya Hərbi Tarix Muzeyinin Beynəlxalq Konfranslarında elmi məruzələri dinlənilmişdir.

Konfransın işində iştirak etmək və məruzələrin nəşr olunması ölkələr, təşkilatlar, eləcə də müxtəlif sahələr üzrə mütəxəssislər arasında beynəlxalq mədəni, humanitar və hərbi əməkdaşlıq üçün yüksək potensial yaradır. Qeyd olunmalıdır ki, elmi dövriyyəyə daxil edilən nəşr olunmuş əsərlərin (tədqiqatların) nəticələri və qənaətləri erməni separatçılarının qanunsuz fəaliyyətləri haqqında obyektiv məlumatların və baş verən real hadisələrin yayılması üçün möhkəm zəmindir.

Alimin çap olunmuş əsərlərimdə Ermənistan-Azərbaycan münasibətlərinin münaqişəli vəziyyətləri, həmçinin xarici qüvvələrin xalqlar arasında qarşıdurmanı qızışdırmaq cəhdləri ətrafında anlaşılmazlıq baryeri aradan qaldırmaq üçün konstruktiv və məhsuldar nəticələrin əldə olunması qeyd edilib. Adıçəkilən konfransda Azərbaycan, Suriya, Moskva, Sankt-Peterburq, Vladimir, Tver, Volqoqrad, Novosibirsk, Vladivostok, Xabarovsk, Kursk, Belqorod, Tula, Ufa, İjevsk, Petrozavodsk, Arxangelsk, Pskov, Saratov, Ulyanovsk, Nijni Tagil, Syzran, Gatchina, Ardatov və başqa şəhərlərindən alim və tədqiqatçılar iştirak etmişlər.

Azərbaycanlı alim P.Gözəlov konfransdakı ilk məruzəsində və dərc olunmuş məqaləsində tarix elminə və tarixi fənlərə laqeyd qalmayan dinləyicilərin və oxucuların diqqətinə 1919-1922-ci illərdə inqilab zamanı Azərbaycan, Ukrayna və Başqırd süvari alayının nadir bayraqların təqdim edilməsini çatdırmışdır. Qeyd olunan dövrdə Cənubi Qafqazda tarixi hadisələrlə müşayiət olunan, tarixi inkişaf yollarından və siyasi hadisələrdən asılı olaraq dəyişən dövlətçilik rəmzlərin və atributların tədqiq edildiyi materiallar oxuculara təqdim olunmuşdur. Geniş məna dairəsinə malik olan simvolların əhəmiyyəti xalq kütləsinə *böyük təsiri ilə müəyyən edilir. Rəmzlər və işarələr insanları ümumi məqsədə çatmaq üçün toplamaq, həzz, hörmət yaratmaq və ya əksinə, qəzəb, təcavüz və düşmənçilik hissi yaratmaq üçün istifadə olunurdu. İkinci məruzə isə Azərbaycan, Türkiyə və Rusiya Federasiyası kimi yaxın olan üç ölkənin muzeyində qorunan tarixi dövlətçilik və hərbi atributlarının genetik oxşarlığına həsr olunmuşdu. Məruzədə və dərc olunmuş məqalədə vurğulanmışdır ki, beynəlxalq mədəni-humanitar əməkdaşlıq həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyası üçün böyük əhəmiyyət kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!