30 Mart 2023 10:22
843
Mədəniyyət
A- A+
Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq və birgə layihələr müzakirə olunub  

Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq və birgə layihələr müzakirə olunub  

 

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın Kinematoqrafiya Agentliyində olub və Agentliyin rəhbəri Firdavs Abduhalikovla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Daşkənd filialının direktoru Eldor Yuldashev, Agentlik yanında Beynəlxalq münasibətlər şöbəsinin müdiri Sayera Xudayberdiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, səfirliyin birinci katibi Samir Abbasov və başqa qonaqlar iştirak ediblər.

Görüş zamanı Azərbaycanla Özbəkistan arasında kino sahəsində əməkdaşlıq, iki ölkə kinematoqrafçılarının birgə film layihəsinin reallaşdırılması, təcrübə mübadiləsi, hər il Özbəkistanda keçirilən ənənəvi “İpək yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında Azərbaycan tərəfinin daha geniş təmsil olunması müzakirə olunub.

Görüşdə Özbəkistanın Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikov Azərbaycanla kino sahəsində əməkdaşlığa daim böyük önəm verdiklərini qeyd edərək, Özbəkistanda kino sahəsində həyata keçirilən işlər və islahatlardan danışıb.

O, 2021-ci ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə bu ölkədə “Sülh, maarifçilik və tərəqqi naminə” devizi altında 1968-ci ildə keçirilmiş Daşkənd Beynəlxalq Kino Festivalının yenidən bərpa edildiyini vurğulayıb. 2022-ci ildə “İpək Yolunun incisi” adlı Daşkənd Beynəlxalq Kino Festivalında 40 xarici ölkədən 400 kinematoqrafçı və 1500-dən çox tələbənin iştirak etdiyini, bu il isə keçiriləcək XV Beynəlxalq Daşkənd Film Festivalının yubiley tədbirinin daha geniş səviyyədə təşkilinin planlaşdırıldığını qeyd edib. O, Azərbaycanla əməkdaşlığın inkişafından danışıb, həm Özbəkistanda Azərbaycan kino günləri, həm də Azərbaycanda Özbəkistan kino günlərinin uğurla keçdiyini vurğulayaraq, gələcəkdə daha sıx əməkdaşlıq üçün yaxşı imkan yarandığını söyləyib.

Firdavs Abduhalikov iki ölkənin kino fondlarının əməkdaşlığının uzun tarixə malik olduğunu və son illərdə daha sıx əməkdaşlıq edildiyini qeyd edib.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev səmimi qəbula görə təşəkkür edərək bildirib ki, yüksək səviyyəli müntəzəm və səmərəli dialoq sayəsində Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq və çoxsahəli əməkdaşlıq münasibətləri bütün istiqamətlər üzrə dinamik inkişaf edir, dövlət başçılarının qarşılıqlı səfərləri, çoxsaylı imzalanmış sənədlər buna gözəl əsas yaradır. O, kino sahəsində də əməkdaşlığın mühüm və vacib olduğunu vurğulayaraq, ötən illərdə bu sahədə əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Səfir yaranmış imkanlardan geniş istifadə edərək gələcəkdə səfirlik tərəfindən birgə layihələrin həyata keçirilməsinə dəstək göstərməyə hazır olduğunu ifadə edib.

Tərəflər cari ilin sentyabr ayında Azərbaycan kinematoqrafçılarının Özbəkistanda keçiriləcək XV Beynəlxalq Daşkənd Kino Festivalında iştirakının təmin edilməsi, Festivala təqdim olunacaq Azərbaycan filmlərinin dublyajı, retro fimlərimizin nümayişi, Festival çərçivəsində “Azərbaycan kino günləri”nin keçirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin televiziya kanallarında qarşı tərəfin bədii filmlərinin nümayişi, filmlərin qarşılıqlı mübadiləsi, tərəflər arasında əməkdaşlığa dair yol xəritəsinin hazırlanması, Bakıda “Özbəkistan kino günləri”nin təşkili məsələləri, birgə layihələrin həyata keçirilməsi, habelə ötən il Bakıda keçirilən “Özbəkistan kino günləri”ndə nümayiş etdirilən “Əbədi dostluq və qardaşlıq” sənədli filminin ikinci hissəsinin çəkilişinə dəstək barədə razılığa gəliblər.

Görüşün sonunda Özbəkistan Kinematoqrafiya Agentliyinin baş direktoru Firdavs Abduhalikov Hüseyn Quliyevə “Özbəkistan kinematoqrafiyası” adlı kitabı, Hüseyn Quliyev isə Agentliyin direktoruna "Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.

Qonaqlar üçün “Özbəkfilm” pavilyonlarına xüsusi ekskursiya təşkil olunub. Qonaqlar son illər yaradılan şərait, “Özbəkfilm” üçün təşkil olunan və müxtəlif tarixi filmlərin çəkilişi üçün istifadə edilən dekorasiya və avadanlıqlarla tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!