07 Dekabr 2023 09:10
193
SİYASƏT
A- A+

Azərbaycanın uğurları fonunda ABŞ-nin riyakarlığı artır

 

"ABŞ Azərbaycanın müstəqil siyasətini heç cür qəbul edə bilmir. Həmçinin daim insan haqları, demokratiya və söz azadlığından danışan ABŞ-də bu dəyərlərin heç bir zərrəsi də yoxdur. Bu ölkədə insan haqları addımbaşı pozulur, söz azadlığından isə söhbət belə gedə bilməz. Ona görə də "Vaşinqton Post"da əleyhimizə dərc olunmuş məqalənin həqiqətlərə tamamilə zidd olması, boynumuza atmaq istədikləri hüquq pozuntularının, əslində, özlərinə məxsus olması heç kimə sirr deyil".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. Deputat bildirib ki, müstəqil siyasət yürüdən Azərbaycanın Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsini bir sıra ölkələr, eləcə də ABŞ qəbul edə bilmir: "ABŞ, ümumiyyətlə, özündən başqa hansısa ölkənin güclü olmasını istəmir. Vaxtilə keçmiş Minsk qrupunun həmsədri olmasına baxmayaraq, 30 il ərzində torpaqlarımızın azad olunması, BMT TŞ-nin qətnamələrinin icrası üçün heç bir addım atmaması da bunu sübut edir. Halbuki ABŞ həmin qətnamələrin imperativ olduğunu, yəni icra edilməsinin vacibliyini bilirdi".
Məlahət İbrahimqızı deyib ki, Azərbaycanın təkbaşına, yalnız öz gücü hesabına, işğalda olan Qarabağ və Şərqi Zəngəzuru azad etməsi ABŞ-ni qıcıqlandırır. Daha sonra Azərbaycanın bu ilin sentyabrın 19-20-də terror yuvasına çevrilmiş Xankəndidə antiterror tədbirləri həyata keçirməklə öz ərazi bütövlüyünü və suverenliyini bərqərar etməsi Vaşinqtonun riyakar xislətini bir daha ortaya çıxardı.
Deputatın sözlərinə görə, ABŞ məsələlərə ikili standartlardan yanaşmağı adət halına çevirib. "Vaşinqton Post"da ilk dəfə deyil ki, ölkəmiz əleyhinə qərəzli məqalə dərc olunub. Dəfələrlə belə yazılar dərc edən bu qəzet sifarişlə işləyir. Amma ABŞ hökuməti Azərbaycana qara yaxmaq əvəzinə öz ölkəsində baş alıb gedən problemlərlə məşğul olsa, daha yaxşı olar. "Belə qeyri-obyektiv yazıların sifarişçilərindən biri də erməni diasporudur. Heç kimə sirr deyil ki, ABŞ-nin bir sıra dairələri erməni lobbisinin oyuncağına çevrilib. İkinci Qarabağ savaşında Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək dünya dövlətləri üçün yeni hərb mədəniyyəti formalaşdıran Azərbaycanın zəfərləri ilə barışa bilməyən qüvvələrin ölkəmizə şər atmaqdan başqa çarəsi qalmayıb. Çünki onların xislətində humanizm və ədalət hissi yoxdur", - deyə müsahibim qeyd edib.
Məlahət İbrahimqızı onu da bildirib ki, biz Azərbaycanda söz azadlığının olmadığını, korrupsiya hallarının geniş vüsət aldığını iddia edənlərin, ölkəmizi etnik təmizləmədə günahlandıranların bütün absurd  bəyanatlarını birmənalı olaraq rədd edirik. Ölkəmizə qarşı ittiham dolu yazıları ilə tez-tez gündəmə gələn "Vaşinqton Post" qəzetinin sözügedən məqaləsinin yalan və böhtandan ibarət olduğunu bəyan edirik. Ölkəmizin regionda mühüm aktora çevrilməsini, dünyada gündən-günə artan nüfuzunu həzm edə bilməyən ABŞ-nin belə çirkin kampaniyaları davam etdirməsi ona heç nə qazandırmayacaq".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video