Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsinə dair layihənin açılış konfransı keçirilib
Mayın 16-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin maraqlı tərəflərin iştirakı ilə açılış konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə daxil olan orta ixtisas (subbakalavr) və yüksək texniki peşə təhsili üzrə təhsil və təlimin gücləndirilməsi və bu istiqamətdə inkişafa töhfə vermək məqsədilə ölkəmizdə müvafiq qurumlara əsaslı dəstəyin göstərilməsi layihənin başlıca məqsədidir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu genişmiqyaslı layihəyə 2023-cü il fevralın 24-dən etibarən start verilib.
Tədbiri ARTİ-nin Təhsildə Innovasiyalar şöbəsinin müdiri, layihənin koordinatoru Abutab Abbasova açaraq layihə barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, konfransın məqsədi ömürboyu təhsil kontekstində peşə təhsili və təlimi də daxil olmaqla təhsil sisteminin modernləşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində maraqlı tərəflərin dialoqunu tərtib etmək və məzunların əmək bazarına inteqrasiya prosesini asanlaşdırmaqdır.
Konfransda çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev təhsil sistemində orta ixtisas təhsilinin yeri, yüksək texniki peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsindən söz açıb, yüksək texniki peşə təhsilində institutsional və proqram akkreditasiyasının vacibliyini vurğulayıb. İ.İsayev təhsil proqramlarının məzmununun əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanmasının, bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib, layihəyə ev sahibliyi edən Təhsil İnstitutuna tövsiyələrini verib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov çıxışında Aİ-nın təhsil sektoruna verdiyi dəstəklə bağlı ətraflı məlumat verib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən layihələrdən danışıb. O, yüksək texniki peşə təhsilində iqtisadiyyatın ehtiyaclarına müvafiq məzmun komponentlərinin - təhsil proqramlarının, dərsliklərin, metodiki dəstək alətlərinin hazırlanması zərurətini bildirib. Həmçinin layihənin komponentləri üzrə məzmun hazırlığında sənaye ilə əməkdaşlıq mexanizmlərinin, səmərəli peşəyönümü işinin təşkili məqsədilə tövsiyələrin hazırlanması, institutsional potensialın gücləndirilməsində Təhsil İnstitutunun gözləntilərini açıqlayıb.
Layihənin əsas ekspertləri Reiner Gerke, Mariana Mataçe, Boris Kurkoviç layihənin məqsədi, 3 komponenti və həmin komponentlərin Azərbaycan hökumətinin və Aİ-nin prioritetləri ilə əlaqələndirilməsi barədə təqdimatla çıxış ediblər.
Konfransda əməkdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, bu layihə Azərbaycanda cari təhsil sisteminin Milli Kvalifikasiyalar Çərçivəsinə (AzMKÇ) uyğunlaşdırılması və davamlı təkmilləşdirmənin təşviqi istiqamətində atılmış vacib bir addım hesab olunur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!