21 İyul 2024 08:20
1198
SİYASƏT
A- A+
Azərbaycanda mətbuat dövrün tələbinə uyğun inkişaf edir

Azərbaycanda mətbuat dövrün tələbinə uyğun inkişaf edir

"Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş ilk mətbu orqanın - "Əkinçi" qəzetinin nəşrə başladığı tarixdən 149 il ötür.  "Əkinçi"nin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən mətbuat daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb".

 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet, jurnal və dövrün tələbinə uyğun vebsaytlar, bir sözlə, milli media platformaları uğurla fəaliyyət göstərir.

Milli mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açıb. 1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.  Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır.

Ulu Öndərin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir.

"Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanıb və qəbul olunub", - deyə o bildirib.

K.Bayramov qeyd edib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsipləri olaraq öz əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Bu gün jurnalistlərin, medianın qarşısında cəmiyyəti daha obyektiv, peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan, mövcud qanunvericiliyin təkmilləşdirilməsi də zamanın qarşısıalınmaz tələbidir.

O xatırladıb ki, Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb: "MEDİA ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı olaraq dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. 2021-ci ildə qəbul olunmuş "Media haqqında" qanun bu sahədə fəaliyyətin təşkilini, hüquqi və iqtisadi əsaslarını, həmçinin informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır".

K.Bayramov əlavə edib ki, bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük zəfərinin müjdəçisi olub. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında döyüşçü jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür. "Əlamətdar peşə bayramı ərəfəsində bütün ölkə mediasını, bütün jurnalistlərimizi 22 İyul Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıram", - deyə deputat qeyd edib.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ali Məhkəmə əmlakı əlindən alınan şəxsin hüquqlarını qoruyub

12:20
21 May

Prezident İlham Əliyev: Azərbaycan və Türkiyənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır  

12:18
21 May

BƏT generativ süni intellektin qlobal iş yerlərinə təsiri barədə hesabat hazırlayıb  

12:17
21 May

Ölkə ərazisində küləkli hava şəraiti mayın 22-dək davam edəcək

11:54
21 May

“Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına  

11:52
21 May

Azərbaycan-Macarıstan münasibətləri  

11:51
21 May

Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfrans keçirilir

11:34
21 May

BMT Baş katibi: Bəşəriyyətin rifahı dənizlərdə təhlükəsizliyin təmin edilməsindən asılıdır  

11:01
21 May

XRİTDX bir sıra informasiya ehtiyatları və dövlət saytlarına qarşı olan kiberhücumlar barədə məlumat yayıb  

10:47
21 May

Ötən gün vətəndaşların bank kartlarından 7 min 500 manata yaxın pul oğurlanıb  

10:44
21 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:39
21 May

Dünya birjalarında neft bahalaşıb

10:33
21 May

Kənd təsərrüfatı nazirinin müavini Ucarda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

10:30
21 May

Azərbaycan nefti ucuzlaşıb

10:28
21 May

TƏBİB: İşğaldan azad edilmiş ərazilərdə bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub  

10:26
21 May

Türkiyə 300-ə yaxın İŞİD şübhəlisini həbs edib

10:25
21 May

Politico: Brüssel Aİ-də malların vahid etiketlənməsini qurmaq niyyətindədir  

10:22
21 May

Moldova parlamentinin spikeri: Azərbaycan ikitərəfli və beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır  

10:00
21 May

Türkiyə ilə ABŞ-ın Suriya baxışı ilə bağlı birgə bəyanatı yayımlanıb

09:56
21 May

Pentaqon: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı araşdırma aparılacaq

09:54
21 May

İstintaq Komitəsinin rəhbəri əmək miqrantlarının ailələrinin Rusiyaya gəlməsinə etiraz edib  

09:53
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!