26 Aprel 2025 12:31
677
SİYASƏT
A- A+
Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib


Aprelin 25-də Bern şəhərində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, İsveçrə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər üzrə Federal Departamentinin Dövlət katibinin köməkçisi, Avrasiya idarəsinin rəhbəri Muriel Peneveyre rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.

F.Rzayev Azərbaycanın iqlim diplomatiyası və qlobal iqlim gündəliyinə töhfələri, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində irəli sürülən təşəbbüslər və əldə olunan nailiyyətlərdən danışıb.

Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Sonda tərəflər arasında, həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev, həmçinin digər işgüzar görüşlər də keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə külək enerjisində regional mərkəzə çevrilib  

19:23
17 Aprel

Belçika Senatının sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb  

19:22
17 Aprel

AİB ilə dövlət-özəl tərəfdaşlığının təşviqi imkanları nəzərdən keçirilib  

19:21
17 Aprel

Premyer Liqa: “Turan Tovuz” “Araz-Naxçıvan”la oyunda vacib qələbə qazanıb

19:20
17 Aprel

Nazirlik: Bu il peşə və kvalifikasiya standartlarının 1800-ə çatdırılması nəzərdə tutulub  

19:19
17 Aprel

Tramp: İran ABŞ-nin köməyi ilə bütün dəniz minalarını təmizləyir

19:19
17 Aprel

Tramp Hörmüz boğazı açılandan sonra ona zəng edən NATO-nu tənqid edib  

19:18
17 Aprel

Sahibə Qafarova: Azərbaycan kiçik ada dövlətlərinin maraqlarının müdafiəsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib  

19:18
17 Aprel

ABŞ Mərkəzi Komandanlığı: Blokada zamanı heç bir gəmi dəniz qüvvələrindən yayınmayıb  

19:17
17 Aprel

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

19:15
17 Aprel

Bolqarıstanda 5 ildə 8-ci dəfə seçki

19:15
17 Aprel

15 yaşdan kiçik uşaqlar üçün sosial media məhdudiyyəti

19:07
17 Aprel

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihəsinin inkişafı nəzərdən keçirilib  

18:25
17 Aprel

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

18:23
17 Aprel

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

18:22
17 Aprel

Azərbaycanda bərpaolunan enerji mənbələrinin payı genişlənib

18:21
17 Aprel

Vüqar Süleymanov: İşğaldan azad edilmiş ərazilərdə 248 mindən çox mina və partlayıcı sursat aşkarlanıb YENİLƏNİB 

18:20
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!