20 İyun 2024 21:41
178
CƏMİYYƏT
A- A+
Azərbaycan və Belarusun fövqəladə hallar nazirləri əməkdaşlıq Sazişi imzalayıblar

Azərbaycan və Belarusun fövqəladə hallar nazirləri əməkdaşlıq Sazişi imzalayıblar

 

Belarusda səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu ölkənin fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Belarus FHN-in Təhlükəsizlik Tədrisi Mərkəzində keçirilən görüşdə nazir Kəmaləddin Heydərov xalqlarımız və ölkələrimiz arasında dərin köklərə malik çoxşaxəli əlaqələrin Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenkonun siyasi uzaqgörənliyə və qarşılıqlı etimada söykənən səyləri nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb.

O, qeyd edib ki, fövqəladə halların idarə edilməsi sahəsində iki ölkənin fövqəladə hallar nazirlikləri arasında sıx əməkdaşlıq münasibətləri formalaşıb. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir bu səfər çərçivəsində imzalanacaq müvafiq sənədin münasibətlərin dərinləşməsinə əlavə təkan verəcəyinə əminliyini bildirib.

Kəmaləddin Heydərov belaruslu həmkarını Müstəqil Dövlətlər Birliyinin Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının sədri seçilməsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Minskdə keçirilən MDB Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 36-cı iclasında və “Milli Təhlükəsizlik. Belarus – 2024” 2-ci Beynəlxalq Təhlükəsizlik Sənayesi Sərgisində iştirakına və təbrikinə görə Kəmaləddin Heydərova təşəkkürünü bildirib.

Belaruslu nazir hər iki dost ölkə arasında dövlət başçılarının məqsədyönlü fəaliyyətləri sayəsində ildən-ilə genişlənən əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə hallarla mübarizə sahəsində iki qurum arasında yüksək səviyyəli əlaqələrin formalaşmasından məmnunluq ifadə edib. Qarşılıqlı səfərlərin, aparılan müzakirələrin münasibətlərin daha da genişlənməsində faydalı olduğunu vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı il oktyabrın 17-də tarixində Minskdə imzalanmış əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2025-2027-ci illər üzrə tədbirlərin Kompleks Planı”nın imzalanması mərasimi olub. Kompleks Planı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski imzalayıb.

Belarus FHN-in Təhlükəsizlik Tədrisi Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan nazir K.Heydərov xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Kəmaləddin Heydərov Belarus Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində təhsil alan Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan FHN-in nümayəndə heyəti Belarus FHN-in qurumlarının, habelə yanğın-xilasetmə texnika və avadanlıqlarının istehsalını həyata keçirən yerli müəssisələrin fəaliyyəti ilə də yerində tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

21:53
11 Fevral

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib  

21:52
11 Fevral

Ursula Fon der Lyayen süni intellektin inkişafı üçün 200 milyard avro ayrılacağını açıqlayıb

20:33
11 Fevral

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

20:11
11 Fevral

Türkiyə Suriya məhsullarının idxalına qoyulan qadağanı ləğv edib

20:07
11 Fevral

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib  

19:53
11 Fevral

Maka Boçorişvili: Gürcüstanın daxili siyasi həyatına müdaxilə tamamilə yolverilməzdir

19:42
11 Fevral

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub 

19:27
11 Fevral

Fərid Qayıbov Naftalan, Xocalı və Goranboy sakinləri ilə görüşüb  

19:11
11 Fevral

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

18:41
11 Fevral

Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

18:31
11 Fevral

Süni intellektlə yaradılmış videosu yayımlanan Fransa prezidenti sərt tənqidlərə tuş gəlib

18:12
11 Fevral

Ukraynada dinc əhali daha çox PUA-lar səbəbindən həlak olur

17:53
11 Fevral

Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi və bu sahədə potensialın artırılması mövzusunda təlimlərə başlanılır

17:44
11 Fevral

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib

17:09
11 Fevral

“Qarabağ” Riçard Almeyda ilə yollarını ayırıb

16:50
11 Fevral

Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən müsabiqədə 2 mükafata layiq görülüb

16:48
11 Fevral

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş təsdiqlənib FƏRMAN  

16:46
11 Fevral

“Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib – SƏRƏNCAM

16:45
11 Fevral

Baş DYP İdarəsi metohəssas sürücülərə müraciət edib

16:30
11 Fevral

Parisdə əlillər etiraz nümayişi keçiriblər

16:30
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!