12 İyun 2024 23:58
1036
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.28-ci (birinci halda), 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.15-ci, 164.1.16-cı, 164.1.28-ci, 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.4. həmin Qanunun 12-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.5. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 20.0.18-20.0.20-ci maddələrində birinci hallarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.6. həmin Qanunun 20.0.18-20.0.20-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.7. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.8. həmin Qanunun 26.8-ci maddəsində "orqan (qurum)" dedikdə sənaye parklarına və sənaye məhəllələrinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında", "Gömrük tarifi haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 19 aprel tarixli 1135-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 may tarixli 61 nömrəli Fərmanı) 2.4-1-ci və 2.4-2-ci bəndləri müvafiq olaraq 2.4-2-ci və 2.4-5-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:
"2.4-1. həmin Qanunun 12-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;".
4. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 may tarixli 61 nömrəli Fərmanı) 1.2-ci bəndinə "102.1.14.15-ci," sözlərindən sonra "102.1.21-ci," sözləri, "102.1.29-cu (birinci halda)," sözlərindən sonra "106.1.12-ci, 106.1.13-cü," sözləri, "160.4-cü," sözlərindən sonra "164.1.15-ci, 164.1.16-cı, 164.1.28-ci," sözləri, "cümlələrində," sözündən sonra  "199.7-ci, 199.8-ci," sözləri, "199.16-cı (ikinci halda)," sözlərindən sonra isə "207.3-cü, 207.4-cü," sözləri əlavə edilsin.
5. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 801 (Cild I) aşağıdakı məzmunda 3.1-3-cü bənd əlavə edilsin:
"3.1-3. həmin Qanunun 20.0.18-20.0.20-ci maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;".
6. "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.1-ci bəndə "34.2-ci" sözlərindən əvvəl "26.8-ci maddəsində," sözləri əlavə edilsin;
6.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. həmin Qanunun 26.8-ci maddəsində "orqan (qurum)" dedikdə sənaye parklarına və sənaye məhəllələrinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, aqroparklara münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;".
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2311 (Cild I) ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 1.5-ci bəndinə "kvadratmetrdən" sözündən sonra ", dövlət tərəfindən yaradılan sənaye parklarına, sənaye məhəllələrinə və aqroparklara münasibətdə isə hər birinin ümumi ölçüsü 20 kvadratmetrdən" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi müəyyən olunmuş şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrinin hazırlanması" (təkrar) adlı müsabiqə keçirir

00:23
25 Oktyabr

Avropa Liqası: “Qarabağ” doğma meydanda “Ayaks”a məğlub olub 

22:50
24 Oktyabr

Türkiyə hökuməti: Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcək

22:18
24 Oktyabr

Putin Ukrayna ilə danışıqlar üçün platformaya görə Türkiyə Prezidentinə təşəkkür edib

22:17
24 Oktyabr

Putin Şimali Koreya hərbçilərinin xüsusi hərbi əməliyyatda mümkün iştirakı barədə danışıb  

22:16
24 Oktyabr

BRICS-in tərəfdaş ölkələrinin siyahısı dəvətlərin təsdiqindən sonra elan ediləcək

22:13
24 Oktyabr

Argentina səfiri: 30 il ərzində mədəniyyət sahəsində uğurlu yol qət etmişik

22:12
24 Oktyabr

Bəhreyndə Gimnaziada İdman Oyunlarının açılış mərasimi olub

21:31
24 Oktyabr

Bakıda Argentina Film Festivalının açılışı olub

21:28
24 Oktyabr

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

21:26
24 Oktyabr

“Azərkosmos” İtaliya şirkəti ilə əməkdaşlığı genişləndirir

20:09
24 Oktyabr

Avropa Liqası: “Qarabağ” və "Ayaks"ın start heyətləri açıqlanıb

19:50
24 Oktyabr

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının pərləri Bakıya gətirilib

19:48
24 Oktyabr

Ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin növbəti təlim toplanışı davam edir

19:03
24 Oktyabr

Beyləqanın Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib

18:58
24 Oktyabr

Ombudsman: Uşaqlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı məlumatları COP29 çərçivəsində daha geniş yayacağıq 

18:41
24 Oktyabr

Bu ilin 3-cü rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri 31 faizdən çox olub

18:19
24 Oktyabr

Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

18:03
24 Oktyabr

“Apple” oyunyönümlü tətbiq üzərində işləyir

17:41
24 Oktyabr

Sabah maqnit qasırğası olacaq

17:27
24 Oktyabr

Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3 

17:24
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!