06 İyun 2025 01:37
1456
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 147-VIIQD nömrəli və 11 aprel tarixli 172-VIIQD nömrəli qanunları) 231-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında birinci halda "borclunun" sözü "borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri ilə əvəz edilsin;

1.2. 231.3-cü maddə üzrə: 

1.2.1. birinci (birinci halda) və dördüncü (birinci halda) cümlələrdə "borclunun" sözü "borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri ilə əvəz edilsin; 

1.2.2. üçüncü cümlədə birinci halda "Borclunun" sözü "Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri ilə əvəz edilsin;

1.3. 231.3-1-ci maddədə ikinci halda "borclunun" sözü "borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri ilə əvəz edilsin;

1.4. 231.4-cü maddədə birinci halda "borclunun" sözü "borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır.".

Maddə 2. "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100;Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli və11 aprel tarixli 172-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.1-ci maddəyə "təşkilatları" sözündən sonra ", elektron pul təşkilatları" sözləri əlavə edilsin;

2.2. 5-ci maddə üzrə:

2.2.1. adına "təşkilatları" sözündən sonra ", elektron pul təşkilatları" sözləri əlavə edilsin;

2.2.2. 5.1-ci maddəyə "təşkilatında" sözündən sonra ", elektron pul təşkilatında" sözləri, "təşkilatına" sözündən sonra ", elektron pul təşkilatına" sözləri əlavə edilsin;

2.2.3. 5.2-ci və 5.3-cü maddələrə "təşkilatı" sözündən sonra ", elektron pul təşkilatı" sözləri əlavə edilsin;

2.3. 8.1-ci maddə üzrə:

2.3.1. birinci abzasa aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

"İcra sənədi "Elektron icra" informasiya sistemi ilə inteqrasiya olunmuş "Elektron məhkəmə", "Elektron notariat" və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini "Elektron icra" informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər.";

2.3.2. ikinci abzasa "orqandan" sözündən sonra "(qurumdan) "Elektron icra" informasiya sistemi vasitəsilə" sözləri əlavə edilsin;

2.4. 23.1.2-ci maddəyə "təşkilatlarında" sözündən sonra ", elektron pul təşkilatlarında" sözləri əlavə edilsin;

2.5. 27-ci maddə üzrə:

2.5.1. 27.1-ci maddəyə birinci halda "borclunun" sözündən sonra ", borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri əlavə edilsin, həmin maddədə ikinci halda "borclunun" sözü "onun" sözü ilə əvəz edilsin;

2.5.2. aşağıdakı məzmunda 27.3-1-ci maddə əlavə edilsin:

"27.3-1. Borclu hüquqi şəxsin icra orqanının rəhbərinin axtarışı icra sənədinin icra olunduğu yer və ya onun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə, habelə hüquqi şəxsin olduğu yer üzrə elan edilir.";

2.5.3. 27.4-cü maddəyə "fiziki şəxsin" sözlərindən sonra ", borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Şəxsin axtarışının elan olunması və qərarın icrası ilə bağlı məlumat və sənəd mübadiləsi "Elektron icra" informasiya sistemi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin inteqrasiyası əsasında aparılır.";

2.5.4. 27.9-cu maddəyə "əmlakının" sözündən sonra ", borclu hüquqi şəxsin icra orqanının rəhbərinin" sözləri əlavə edilsin;

2.6. 32-ci maddə üzrə:

2.6.1. 32.1-ci maddənin ikinci və üçüncü cümlələri müvafiq olaraq üçüncü və dördüncü cümlələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil olur.";

2.6.2. 32.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

"Hüquqi şəxsin nümayəndəsi qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər olur.";

2.7. 45-ci maddə üzrə:

2.7.1. 45.2-ci maddənin birinci cümləsinə, 45.4-cü və 45.7-ci maddələrə "təşkilatlarında" sözündən sonra ", elektron pul təşkilatlarında" sözləri əlavə edilsin;

2.7.2. 45.3-cü maddə üzrə:

2.7.2.1. mətni birinci abzas hesab edilsin və həmin abzasa "tərəfindən" sözündən sonra "həmin təşkilatlardan elektron qaydada sorğulanır," sözləri əlavə edilsin; 

2.7.2.2. aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Borclunun elektron pul təşkilatında hesabının və vəsaitinin mövcudluğu barədə məlumatlar icra məmuru tərəfindən həmin təşkilatdan elektron qaydada əldə edilir.";

2.7.3. aşağıdakı məzmunda 45.5-1-ci maddə əlavə edilsin:

"45.5-1. Bank hesablarındakı vəsaitlərin üzərinə həbs qoyulması və tələbin həmin vəsaitlərə yönəldilməsi ilə bağlı qaydalar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq digər ödəniş hesablarına və ödəniş hesablarına xidmət edən ödəniş xidməti təchizatçılarına şamil olunur.";

2.7.4. 45.7-1-ci maddəyə "təşkilatlarındakı" sözündən sonra ", elektron pul təşkilatlarındakı" sözləri əlavə edilsin;

2.7.5. aşağıdakı məzmunda 45.7-2-ci maddə əlavə edilsin:

"45.7-2. İcra sənədləri üzrə tələbin borclunun bank və digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında olan pul vəsaitlərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilməsi barədə icra məmurunun qərarı "Elektron icra" informasiya sistemi vasitəsilə ötürülür.

İcra məmurunun belə qərarının bank və digər kredit təşkilatları, elektron pul təşkilatları tərəfindənqəbulu və  icrasının nəticəsi barədə məlumatın "Elektron icra" informasiya sisteminə ötürülməsi bank və digər kredit təşkilatlarının, elektron pul təşkilatlarının həmin sistemlə inteqrasiya olunmuş informasiya sistemi vasitəsilə təmin edilir. 

İcra məmurunun belə qərarının qəbuluna səbəb olmuş əsaslar aradan qalxdıqda icra məmuru 1 iş günü müddətində həmin qərarın icra məmuruna qaytarılması barədə bank və digər kredit təşkilatını, elektron pul təşkilatını elektron qaydada məlumatlandırır.";

2.8. 46.3-cü və 56.3-cü maddələrə "təşkilatlarında" sözündən sonra ", elektron pul təşkilatlarında" sözləri əlavə edilsin;

2.9. 72-ci maddə üzrə:

2.9.1. 72.3-cü maddənin ikinci cümləsinə "verildikdə" sözündən sonra ", yaxud "Elektron icra" informasiya sistemi vasitəsilə borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdə" sözləri əlavə edilsin;

2.9.2. 72.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

"İcra hərəkətləri həyata keçirilərkən müvafiq sahədə yaşamağa (olmağa) hüquqi əsasları olmayan digər şəxslər də tələbkarın tələbi ilə oradan çıxarılırlar.

Vahid ünvandan çıxarılmalı olan şəxslər icra sənədinin icrasından yayınmaq məqsədilə həmin ünvan daxilində tələbkara məxsus digər tikilini zəbt etdikdə, yaxud eyni ünvanda özbaşına inşa etdikləri tikilidə yaşadıqda tələbkarın tələbi ilə əlavə məhkəmə qərarı olmadan həmin sahələrdən də çıxarılırlar.";

2.10. 83-cü maddə üzrə:

2.10.1. adına "təşkilatı" sözündən sonra ", elektron pul təşkilatı" sözləri əlavə edilsin;

2.10.2. mətninə "təşkilatı" sözündən sonra ", elektron pul təşkilatı" sözləri əlavə edilsin, "təşkilatının" sözü "təşkilatını, elektron pul təşkilatını" sözləri ilə əvəz edilsin;

2.11. 84-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 84-1. Borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması

84-1.1. İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal "Elektron məhkəmə" informasiya sistemindən "Elektron icra" informasiya sisteminə ötürülür. "Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

84-1.2. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal "Elektron icra" informasiya sisteminə  daxil edilir və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 may 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Viza Çin səddi olmasa da...

08:10
18 İyul

Ortaq keçmişdən birgə gələcəyə

08:05
18 İyul

Azərbaycan yeni dünya nizamında da söz sahibidir

08:00
18 İyul

QMİ sədri Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb  

23:23
17 İyul

UNESCO-nun Dünya İrs Komitəsinin 47-ci sessiyası başa çatıb  

22:20
17 İyul

“Qərargah zabiti kursu”nun buraxılış mərasimi keçirilib  

22:16
17 İyul

Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər  

22:07
17 İyul

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

21:39
17 İyul

"Qarabağ" növbəti transferini həyata keçirib

21:14
17 İyul

Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə veriblər  

20:12
17 İyul

II və III ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanlarının nəticələri açıqlanıb  

19:17
17 İyul

Hesablama Palatası ASOSAI İdarə Heyətinin 62-ci toplantısına ev sahibliyi edib 

19:16
17 İyul

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

19:13
17 İyul

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır  

19:12
17 İyul

Türkmənistan mətbuatı Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərini geniş işıqlandırıb  

19:05
17 İyul

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub  

17:04
17 İyul

Dövlət Komissiyası narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini genişləndirir  

17:00
17 İyul

NATO: Ukraynaya “Patriot” sistemlərinin göndərilməsinə başlanılıb  

16:59
17 İyul

Rektor: ADA Universitetində tələbələrin 30 faizi ödənişsiz oxuyur

16:58
17 İyul

Dünyanın ən iri almaz istehsalçılarından biri böhranla üzləşib  

16:57
17 İyul

Həlak olan minlərlə insanın cəsədi Ukraynaya qaytarılıb  

16:56
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!