08 İyul 2026 00:58
670
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.13-cü, 447-1.1-ci və 447-1.2-ci (hər iki halda) maddələrinin dispozisiyasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 192.13-cü və 447-1.2-ci (birinci halda) maddələrinin dispozisiyasında "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 447-1.1-ci maddəsinin dispozisiyasında "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 447-1.2-ci maddəsinin dispozisiyasında ikinci halda "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 423-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123, № 3, maddələr 221, 223, 226, № 4, maddə 306; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1.  4-cü hissə üzrə: 

3.1.1. 4.1-ci bəndə "192.3," rəqəmlərindən sonra "192.13," rəqəmləri, "445-1.4," rəqəmlərindən sonra "447-1.1, 447-1.2 (hər iki halda)," sözləri əlavə edilsin;

3.1.2. 4.3-1-ci bəndə "162-1.1-ci," sözlərindən sonra "192.13-cü," sözləri, "445-1.4-cü," sözlərindən sonra "447-1.2-ci (birinci halda)," sözləri əlavə edilsin;

3.1.3. 4.26-1-ci bənd 4.26-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda    4.26-1-ci bənd əlavə edilsin:

"4.26-1. həmin Məcəllənin 447-1.1-ci maddəsinin dispozisiyasında "orqanın (qurumun) informasiya sistemi" dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi nəzərdə tutulur;";

3.1.4.  4.33-cü bəndə "429.0.2-ci" sözlərindən sonra ", 447-1.2-ci (ikinci halda)" sözləri əlavə edilsin;

3.2.  5-ci hissə üzrə:

3.2.1. 5.4-cü bəndə "192.11-ci," sözlərindən sonra "192.13-cü, 192.14-cü," sözləri əlavə edilsin;

3.2.2. 5.11-ci bənddə "253-1.4" rəqəmləri "253-1.5" rəqəmləri ilə əvəz edilsin;

3.2.3. 5.15-ci bənddə "və 411-2-ci" sözləri ", 411-2-ci, 447-1.1-ci və 447-1.3-cü" sözləri ilə əvəz edilsin;

3.2.4. 5.47-ci bənddə ", 439-1, 439-2" rəqəmləri "- 439-3" rəqəmləri ilə əvəz edilsin;

3.2.5. 5.58-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"5.58-1. həmin Məcəllənin 429.0.2 - 429.0.4-cü, 447-1.2-ci, 477-1.1.7-ci və 602-1-ci (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən törədilən inzibati xətalar istisna olmaqla) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;";

3.2.6. 5.70-1-ci bənd ləğv edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (l kitab), maddələr 1294, 1295, (ll kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; 2026, № 1, maddə 41, № 2, maddə 117, № 3, maddələr 223, 226; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 6 may tarixli 660 nömrəli və 19 iyun tarixli 686 nömrəli fərmanları) ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın 15.0-cı bəndində ", 439-1, 439-2" rəqəmləri "- 439-3" rəqəmləri ilə əvəz edilsin. 

5. Bu Fərmanın 3.2.4-cü yarımbəndi və 4-cü hissəsi "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 412-VIIQ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 79 dollara satılır 

11:43
10 İyul

Fransanın idman naziri Mbappe ilə bağlı irqçi açıqlamaları “iyrənc” adlandırıb

11:41
10 İyul

Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssisləri Bakıda görüşüblər

11:39
10 İyul

Samur çayının su ehtiyatlarının bölüşdürülməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının iclası olub

11:37
10 İyul

Oleksandr Mişenko: Ukrayna “Orta Asiya + Azərbaycan” logistika formulunu hazırlayıb

11:35
10 İyul

İsrail yaxın günlərdə bəzi əraziləri Livana qaytaracaq

11:33
10 İyul

Araşdırma: İsti hava qadınlara niyə daha çox təsir edir?

11:30
10 İyul

Almaniyada iyundakı istilər 5100 nəfərin ölümünə səbəb olub

11:27
10 İyul

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

11:25
10 İyul

Netanyahu və Tramp ABŞ-nin İrana qarşı əməliyyatlarını müzakirə ediblər

11:23
10 İyul

Dayanıqlı iqtisadi inkişafın yeni mərhələsi

11:08
10 İyul

FİFA Folklend adaları haqqında mahnıya görə Argentinanı cəzalandırmayacaq

11:05
10 İyul

Kasilyas su fasiləsi probleminə inqilabi həll yolu təklif edir

11:03
10 İyul

ABŞ-də 8 nəfər Ağ Evə hücum planlaşdırmaqda ittiham olunur

11:00
10 İyul

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!