Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fondun Aparatında əməkhaqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin və digər struktur bölmələrində əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriyalı şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması ilə əlaqədar tenderə dəvət edir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə, texniki imkanlara və təcrübəyə malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu Həsən Bəy Zərdabi 80 (Əlaqə nömrəsi: (012) 434-52-59 e.poçt: [email protected]) ünvanında yerləşən fondun Aparatının inzibati binasından ala bilərlər.
İştirak haqqı: 215,00 (iki yüz on beş) manat
VÖEN: 1300050781
Bank: Dövlət Xəzinədarlığı Agentliyi
H/h: AZ46CTRE00000000000007018504
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
Kod: 210005
SWIFT: CTREAZ22
Büdcə gəlirlərinin təsnifat kodu: -142330
Büdcə səviyyəsinin kodu : - 4
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 29.4-cü maddəsinə əsasən tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, bank lisenziyası (Sənədin əsli və ya notarial qaydada təsdiqlənmiş surəti) və rekvizitləri.
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə məlumat (uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir); 01.11.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üzrə); Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir.
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına dair müstəqil auditorun hesabatı.
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd (Malgöndərən (podratçı) tərəfindən hazırlanır. Maddi - texniki baza barədə ümumi məlumat, işçilər barədə məlumat, əmək müqaviləsi bildirişləri, təcrübəni təsdiq edən digər sənədlər).
8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (direktor/sədr təyin edilməsi barədə əmr, malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışı və vergi uçotunda olduğunu təsdiq edən sənəd (notarial təsdiq edilmiş).
9. İri sahibkarlıq meyarına uyğun olması barədə məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır); 10.05.2023 -cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.
10. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması ((Uçotda olduğu vergi orqanından alınmalıdır. Sənədin əsli təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Eyni zamanda ASC və ya QSC olduğu halda Milli Depozit Mərkəzindən arayışın alınması mütləqdir); 01.11.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.
11. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (Malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 01.11.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 09.01.2024-cü il saat 11:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə 17.01.2024-cü il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi 80 ünvanında yerləşən fondun Aparatının inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 18.01.2024-cü il saat 11:00 -da Bakı şəhəri, Yasamal rayonu, Həsən Bəy Zərdabi 80 ünvanında yerləşən fondun Aparatının inzibati binasında Tender komissiyasının iştirakı ilə aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK
Avropanın Rusiyaya ehtiyacı var
Azərbaycanda 893 min hektar sahədə xüsusi mühafizə olunan təbiət əraziləri var
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə edib
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür
Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblər
Amerikalı sahibkar Trampa görə milyonlarla dollar xərcləyib
Azərbaycan neftinin qiyməti 80 dolları ötüb
Azərbaycanın müdafiə naziri Türkiyəyə işgüzar səfər edib
Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi münasibətilə təntənəli tədbir keçirilib
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!