15 May 2025 18:29
382
SİYASƏT
A- A+
Azərbaycan-Macarıstan parlamentlərarası münasibətləri müzakirə olunub  

Azərbaycan-Macarıstan parlamentlərarası münasibətləri müzakirə olunub  


Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədr müavini Sandor Lezsakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında dostluq, qarşılıqlı hörmət və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd olunaraq, ölkələrimizin siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq etdikləri diqqətə çatdırılıb. Yüksəksəviyyəli, o cümlədən dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərin daha da genişlənməsindəki vacib rolu xüsusi vurğulanıb.

Söhbət zamanı ölkələrimiz arasında digər sahələrdə olduğu kimi qanunvericilik orqanları arasında da geniş əlaqələrin mövcudluğu qeyd edilib. Parlament sədrlərinin, həmçinin dostluq qruplarının və deputatların qarşılıqlı səfərlərinin, fəal təmaslarının bu əlaqələrə dinamizm verdiyi bildirilib. Parlamentlərimizin Parlamentlərarası İttifaq, ATƏT PA, NATO PA və digər beynəlxalq parlament təşkilatlarında da əməkdaşlığından məmnunluq ifadə olunub.

Milli Assambleyanın sədr müavini Macarıstan Parlamentinin spikeri Laslo Koverin salamlarını və xoş arzularını Milli Məclisin sədrinə çatdırıb. O, ölkəsinin dost Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini ifadə edib.

Görüşdə xalqlarımızın oxşar dəyərləri bölüşdüyü qeyd olunaraq, humanitar sahədə əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmağa xidmət etdiyi, təhsil, mədəniyyət sahələrində uğurlu əlaqələrin qurulduğu diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Putin Zelenski ilə görüşün mümkünlüyünü istisna etməyib

09:53
19 İyun

Prezident Vladimir Putin: Xəzərin dayazlaşmasının qarşısını almaq üçün vaxtında əlaqələndirilmiş tədbirlər görmək lazımdır  

09:53
19 İyun

Vladimir Putin Qazaxıstanı Rusiyanın ən yaxın müttəfiqlərindən biri adlandırıb  

09:52
19 İyun

Putin İsrail və İran arasında münaqişənin dayandırılması yollarının axtarılmasına çağırış edib  

09:33
19 İyun

ABŞ-nin İranla bağlı qərarı nə olacaq

09:25
19 İyun

Xahişimizə əməl edildi

09:20
19 İyun

Selin törətdiyi fəsadlar qısa vaxtda aradan qaldırıldı

09:15
19 İyun

Sakinlərin müraciəti nəzərə alınacaq

09:12
19 İyun

Qurumaqda olan ağaclara etinasızlıq

09:10
19 İyun

Hər bir işin uğuru diqqətdən başlayır

09:05
19 İyun

Kənd stadionlarından böyük arenalara

09:00
19 İyun

Yol problemimiz həll olundu

08:55
19 İyun

Qazandığı uğurlar onu arxayınlaşdırmazdı

08:50
19 İyun

Azərbaycan turizm imkanları geniş olan ölkələrdəndir

08:45
19 İyun

Rəqəmsal kitabxana BP-nin 10 min tələbəyə hədiyyəsidir

08:40
19 İyun

Türk dünyasında iqtisadi əməkdaşlıq platformaları: rəqəmsal ticarət, startaplar və investisiya

08:35
19 İyun

Siyasətçilər ayrılır, ekoloqlar birləşir

08:32
19 İyun

Konstitusion vəzifələr və vətəndaşlıq borcu

08:30
19 İyun

Kəngərliyə qayıdış davam edir

08:25
19 İyun

Azərbaycanın sədrliyi dövründə Macarıstan Ticarət və Sənaye Palatası TCCI-ya tamhüquqlu üzv oldu 

08:20
19 İyun

Dəyərlərə sadiqlik, gələcəyə inamlı baxış

08:15
19 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!