12 İyun 2024 02:18
595
PARLAMENT
A- A+
Azərbaycan - Belarus münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

Azərbaycan - Belarus münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

 

Milli Məclisin Sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyası Respublika Şurasının Sədri Natalya Koçanova və Nümayəndələr Palatasının Sədri İqor Sergeyenko ilə görüşüb. 
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. 
Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Respublika Şurasının Sədri Natalya Koçanova, Milli Məclis Sədrinin bu səfərinin münasibətlərimizə yeni impuls verəcəyinə inamını ifadə edib. O qeyd edib ki, Azərbaycan və Belarus təkcə tərəfdaş ölkələr deyil, iki ölkə arasında münasibətlər bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykənir. 
Nümayəndələr Palatasının Sədri İqor Sergeyenko da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu, bu gün ölkələrimiz arasında münasibətlərin bu möhkəm əsasa söykəndiyini söyləyib. 
Görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin hazırkı yüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçıları arasında yüksəksəviyyəli münasibətlərin mühüm rolu qeyd olunaraq vurğulanıb ki, ali və yüksək səviyyədə həyata keçirilən səfərlər və imzalanan sənədlər əlaqələrin daha da dərinləşməsini təmin edib. Həmçinin qeyd olunub ki, son illərdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin sayının artması da münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. 
Qeyd olunub ki, bu günədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün fundamental əsaslar yaradıblar. Tərəflər həmçinin əməkdaşlığın müxtəlif sahələrdə daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, bu istiqamətlərdə mövcud imkanlarla bağlı fikirlərini ifadə ediblər. 
Söhbət zamanı həmçinin əlaqələrimizin mühüm bir istiqamətini əhatə edən beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinin əhəmiyyəti də qeyd edilib və bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq təcrübəsinə malikdirlər. Bu günə qədər ölkələrimiz beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək göstəriblər.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan və Belarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasalar da, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O, parlamentlərimiz arasında əlaqələrin də bu əsaslara söykəndiyini qeyd edib. 
Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova beynəlxalq fəaliyyət çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində əməkdaşlığın da önəmini qeyd edib.
Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığı xatırlanaraq, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Qeyd olunub ki, qarşılıqlı səfərlər, dostluq qruplarının sıx təmasları, parlament komitələri arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın yaradılması əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verə bilər. 
Spiker Sahibə Qafarova görüşdə Azərbaycanın 30 il işğaldan əziyyət çəkdiyini, 2020-ci ildə öz gücü hesabına əldə etdiyi qələbə nəticəsində ərazi bütövlüyünü bərpa etdiyini, ötən il həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini təmin etdiyini diqqətə çatdırıb. Bildirilib ki, işğal zamanı bütün şəhər və rayonlarımız, infrastruktur, tarixi və mədəniyyət abidələri, dini məbədlər tamamilə dağıdılıb, talan olunub. O, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.
Söhbət zamanı həm humanitar əməkdaşlıq, həm də mədəniyyət sahəsində əlaqələrin də yüksək səviyyədə olduğu qeyd edilərək vurğulanıb ki, bu da öz növbəsində iki xalqın bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynayır. Bildirilib ki, xalqlarımız arasında dostluq əlaqələri mühüm əsaslara malikdir. Bu il Belarusun faşist işğalçılarından azad edilməsinin 80-ci ildönümünün tamam olduğu, Belarus torpaqlarının azad edilməsində azərbaycanlıların da şücaət göstərdikləri qeyd olunaraq, Belarus xalqının bunu heç vaxt unutmadığı və yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb. Həmçinin qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, şəhərlərimiz arasında qardaşlıq haqqında müqavilələrin imzalanması kimi tədbirlərin önəmi diqqətə çatdırılıb.
Görüşdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında da söhbət açılıb və spiker Sahibə Qafarova qarşı tərəfi COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransında iştiraka dəvət edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi müəyyən olunmuş şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrinin hazırlanması" (təkrar) adlı müsabiqə keçirir

00:23
25 Oktyabr

Avropa Liqası: “Qarabağ” doğma meydanda “Ayaks”a məğlub olub 

22:50
24 Oktyabr

Türkiyə hökuməti: Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcək

22:18
24 Oktyabr

Putin Ukrayna ilə danışıqlar üçün platformaya görə Türkiyə Prezidentinə təşəkkür edib

22:17
24 Oktyabr

Putin Şimali Koreya hərbçilərinin xüsusi hərbi əməliyyatda mümkün iştirakı barədə danışıb  

22:16
24 Oktyabr

BRICS-in tərəfdaş ölkələrinin siyahısı dəvətlərin təsdiqindən sonra elan ediləcək

22:13
24 Oktyabr

Argentina səfiri: 30 il ərzində mədəniyyət sahəsində uğurlu yol qət etmişik

22:12
24 Oktyabr

Bəhreyndə Gimnaziada İdman Oyunlarının açılış mərasimi olub

21:31
24 Oktyabr

Bakıda Argentina Film Festivalının açılışı olub

21:28
24 Oktyabr

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

21:26
24 Oktyabr

“Azərkosmos” İtaliya şirkəti ilə əməkdaşlığı genişləndirir

20:09
24 Oktyabr

Avropa Liqası: “Qarabağ” və "Ayaks"ın start heyətləri açıqlanıb

19:50
24 Oktyabr

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının pərləri Bakıya gətirilib

19:48
24 Oktyabr

Ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin növbəti təlim toplanışı davam edir

19:03
24 Oktyabr

Beyləqanın Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib

18:58
24 Oktyabr

Ombudsman: Uşaqlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı məlumatları COP29 çərçivəsində daha geniş yayacağıq 

18:41
24 Oktyabr

Bu ilin 3-cü rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri 31 faizdən çox olub

18:19
24 Oktyabr

Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

18:03
24 Oktyabr

“Apple” oyunyönümlü tətbiq üzərində işləyir

17:41
24 Oktyabr

Sabah maqnit qasırğası olacaq

17:27
24 Oktyabr

Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3 

17:24
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!