24 Sentyabr 2023 10:50
713
CƏMİYYƏT
A- A+
Avtomobilsiz bir gün daha təmiz hava, daha sağlam həyat deməkdir

Avtomobilsiz bir gün daha təmiz hava, daha sağlam həyat deməkdir

    
Hazırda ekoloji təhlükəsizlik  qlobal problem olaraq həllini gözləyir. Ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan, o cümlədən sudan qənaətlə istifadə və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri vəzifəyə çevrilib. Demoqrafik artım da bir yandan. Bütün bunlar insanların təsərrüfat fəaliyyəti  və yaşam tərzi ilə birbaşa bağlıdır. 
Məlumdur ki, atmosferin çirklənməsi, xüsusən də təsərrüfat  yolu ilə çirkləndirilməsi həm də daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin sayının artmasının nəticəsidir. Belə nəqliyyat vasitələrindən hər gün atmosferə külli miqdarda zəhərli qazlar atılır, ətraf mühitə yüksək texnogen təsir göstərilir və insanların sağlamlığı üçün ciddi təhlükə yaranır. Fakt olaraq qeyd edək ki, bu gün havanın   çirklənməsində daxiliyanma mühərrikli avtonəqliyyat vasitələrinin payı 80 faizdir.
Digər fakt: məlumdur ki, havanın çirklənməsində ən təhlükəli qaz tüstü, duman və toz qarışığı olan smoqdur. İngiliscə "smoke" tüstü, "foq" duman sözlərinin birləşməsindən yaranıb. Mütəxəssislərin rəyinə görə, smoqun tərkibində olan ən zəhərli qaz avtomobillərin buraxdığı dəm qazı hesab olunur. Smoq zamanı havada zərərli maddələrin şiddətli konsentrasiyası yaranır ki, bu da bəzən ölümlə nəticələnir. 
Təəssüf ki, avtomobillərin atmosferə atdığı zərərli qaz təkcə smoq deyil, onların sayı onlarladır. Odur ki, ekoloji təhlükəsizliyin qlobal problemə çevrildiyi indiki zamanda onun zərərlərinin aradan qaldırılması üçün beynəlxalq miqyasda  müxtəlif  tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də "Ümumdünya Avtomobilsiz Günü"dür.  Hər il sentyabrın 22-də qeyd olunan həmin günün əsası 1998-ci ildə Fransada qoyulub. O zaman bu günü dünyada bir neçə ölkə qeyd edirdi. 2001-ci ildən sonra isə həmin təşəbbüsə dünyanın 35 ölkəsi qoşuldu. 
Bəs 22 sentyabr digər  günlərdən nə ilə fərqlənir? Əvvəla, "avtomobilsiz bir gün"də yanacaqla işləyən ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılır, velosipeddən,  diyircəkli konkidən istifadəyə üstünlük verilir, piyada gəzmək, yürüşə  çıxmaq,  lazım gələrsə qayığa,  yaxud da gəmiyə minmək, metro ilə getmək önə çəkilir. Tramvay və trolleybusu olan şəhərlərin əhalisi həmin gün avtomobilini park yerindən çıxarmır.  Bu yerdə ürək ağrısı ilə qeyd edək ki, trolleybus və tramvay bir vaxtlar Bakıda da mövcud idi. Hansı səbəbdənsə onları şəhərdən yığışdırdılar. Avtomobillərin yaratdığı problemlərdən dolayı bu gün iri şəhərlərimizdə hər iki  nəqliyyat vasitəsinə böyük ehtiyac var. 
Dünyada avtomobildən istifadə etməyən  şəhər  118 çayın üzərində  yerləşən Venetsiyadır. Bu şəhərin 70 min əhalisi var  və onlar avtomobilə heç bir ehtiyac duymurlar.  Burada əsas nəqliyyat vasitəsi qayıqlardır. Yunanıstanın Hidra adasında isə cəmi 3 min nəfər yaşayır. Hidrada yalnız zibildaşıyan maşınların hərəkətinə icazə verilir.  İnsanlar uzaq məsafəyə getmək üçün  at və su taksilərindən istifadə edirlər. Əksəriyyət isə piyada gəzir. 
Gəlin biz də heç olmasa ildə bir gün avtomobil asılılığından xilas olaq. Bununla təbiətin gözəlliyinə, atmosferin təmizliyinə az da olsa  töhvə vermiş olarıq. 

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!