20 Iyun 2024 21:48
279
İQTİSADİYYAT
A- A+

Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğu COP29 zamanı birgə tədbirlərin keçirilməsini təklif edib

 

Energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra arasında görüş olub.

AZƏRTAC Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Aİ-nin enerji tərəfdaşlığı və bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Komissar Vopke Hoekstra Aİ-nin Azərbaycanla enerji sahəsində mövcud olan strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayaraq faydalı və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib. Bərpaolunan enerjinin Avropaya tədarükünü təmin edəcək və Azərbaycanı, Gürcüstan, Rumıniya və Macarıstanla əlaqələndirəcək yaşıl enerji dəhlizi üzrə tərəfdaşlığa Aİ-nin önəm verdiyini diqqətə çatdırıb. Komissar enerji keçidi üzrə Azərbaycanın hazırkı fəaliyyəti və COP29-un gündəliyindəki enerji ilə bağlı prioritetlərlə maraqlanıb və ölkəmizlə bu xüsusda əməkdaşlığa dəstəyini ifadə edib.

Energetika naziri Pərviz Şahbazov ölkəmizin hazırda Aİ ilə enerji əməkdaşlığının təbii qazla yanaşı, bərpaolunan enerji, enerji səmərəliliyi, hidrogen və metan emissiyalarının azaldılması ilə bağlı geniş əməkdaşlıq gündəliyinin olduğunu qeyd edərək, Azərbaycanın Avropanın enerji təchizatındakı gələcək rolununun yaşıl enerji ilə genişlənəcəyini, bu istiqamətdə müxtəlif istiqamətlərdə həyata keçirilən yaşıl enerji dəhlizlərinin əhəmiyyətini diqqətə çatdırıb. Nazir COP29-un milli səviyyədə yaşıl enerji keçidi üzrə prosesləri sürətləndirməklə bərabər Azərbaycanın təşəbbüsləri və geniş məzmunlu enerji fəaliyyət gündəliyi ilə qlobal məqsədlərə töhfə verəcək platforma olacağını bildirib. Bu xüsusda, yaşıl enerji dəhliz və zonaları, bərpaolunan enerji güclərinin enerji sisteminə inteqrasiyası üçün şəbəkənin gücləndirilməsi, enerji saxlanc sistemləri, yüksək gərginlikli sabit cərəyan kabelləri (HVDC) üzrə qlobal əməkdaşlığın vacibliyi qeyd olunub.

Söhbət zamanı Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun (DG ENER) COP zamanı birgə tədbirlərin keçirilməsi təklifləri də nəzərdən keçirilib, BƏƏ Konsensusunun irəliyə aparılmasında və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycanla sıx əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video