Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun Azərbaycana səfəri başlayıb
Qrupun üzvləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər ediblər
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) mayın 29-da Azərbaycana səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, mayın 31-dək davam edəcək səfərdə iştirak edən 40 nəfərlik nümayəndə heyətinin tərkibinə Aİ-yə üzv dövlətlərin Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərində region üzrə məsul diplomatları, həmçinin Aİ Şurası, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmiləri daxildir.
Mayın 29-da COEST Qrupu əvvəlcə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edib.
Səfər zamanı nümayəndə heyətinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, eləcə də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbər vəzifəli şəxsləri ilə görüşləri keçirilib.
COEST nümayəndə heyətinə Ermənistan Respublikası tərəfindən 30 illik işğal dövründə törədilmiş vandalizm aktları, dağıntılar, ümumilikdə işğalın ağır nəticələri, həmçinin Vətən müharibəsindən sonra həyata keçirilən tikinti-quruculuq layihələri və keçmiş məcburi köçkünlərin Böyük Qayıdış proqramı çərçivəsində Zəngilanın Ağalı, Tərtərin Talış kəndinə və Laçın şəhərinə qayıdışı barədə təqdimatlar keçirilib. Həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər, onların meyitlərinin qalıqlarının aşkarlanması istiqamətində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən qazıntı və ekshumasiya prosesi barədə ətraflı məlumat verilib.
Nümayəndə heyəti Ermənistan tərəfindən dağıdılmış Füzulinin Mərdinli kəndindəki məscidin qalıqları, həmçinin Qaraxanbəyli kəndindəki məzarlıqla tanış olublar. Bildirilib ki, işğalçılar Azərbaycanın inkişaf etmiş şəhərlərindən olan Füzulidə salamat bina qoymayıblar. Şəhərdəki bütün yaşayış binaları və fərdi evlər, eyni zamanda, şəhər mərkəzində fəaliyyət göstərən redaksiya, teatr binası və digər tikililər yerlə-yeksan edilib.
COEST nümayəndə heyəti daha sonra işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər iştirakçıları “Qafqazın Xirosiması” kimi tanınan Ağdam şəhərinin dağıntıları ilə tanış olub, Dram teatrının salamat qalan divarına baxıblar. Qeyd olunub ki, törədilmiş vandalizm aktlarına ərazilərdəki tarixi, mədəniyyət və memarlıq nümunələri, mağara və kurqan, türbə və qəbirüstü abidələr də daxildir.
Nümayəndə heyəti, həmçinin Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə görüşüb, ərazidən tapılan mina və partlamamış silah-sursatların bir qisminin zərərsizləşdirilməsində iştirak ediblər.
Aİ nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra dövlət qurumlarının yüksək vəzifəli rəsmi şəxsləri ilə də görüşləri nəzərdə tutulur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
29 Mart
Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addım...
29 Mart
Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib
29 Mart
40 yaşında görünürəm - Bayden
29 Mart
“Apple” unikal cihazı üzərində çalışır
29 Mart
Türkiyə ilə ABŞ arasında müzakirə olacaq - MÖVZU
29 Mart
Kainat sirlərini açacaq texnoloji yenilik
29 Mart
“Opel Astra”nın hibrid variantı təqdim olunub
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!