27 Aprel 2025 08:10
918
SİYASƏT
A- A+
Avropa İttifaqı Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır

Avropa İttifaqı Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır


Qurumun ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri də bu məqsəddən irəli gəlir


Azərbaycana dünyada ehtiram gətirən əsas amillərdən biri dövlətimizin müstəqil və qətiyyətli siyasət həyata keçirməsidir. Təbəddülatlarla dolu və dünya nizamının böyük təzyiqlərlə üzləşdiyi bir şəraitdə bu cür siyasət yürütmək kifayət qədər çətin olsa da, rəsmi Bakı özünün milli maraqlarını inamla təmin edir. Eyni zamanda respublikamız iştirakçısı olduğu hər bir məsələdə etibarlı  tərəfdaş kimi tanınır və bu, dəfələrlə müxtəlif hadisələrin fonunda öz təsdiqini tapıb. O cümlədən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində də hər zaman səmimi olub, tərəfdaşlığa kölgə salan fəaliyyətə yol verməyib.

Amma elə müxtəlif hadisələrin fonunda görə bilərik ki, Avropa İttifaqı da bir sıra hallarda Azərbaycanın uğurlarına qarşı çıxanların sırasında ön yerlərdə olub. Bu baxımdan Aİ-nın Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra, Ermənistanla münasibətlərin normallaşdırılması prosesində nümayiş etdirdiyi mövqe, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyası saxlamaqla həyata keçirdiyi təxribatçı fəaliyyətin münasibətlərə xələl gətirməsi reallıqdır. Hamı bilir ki, adı mülki olsa da, bu, kəşfiyyat missiyasıdır. Missiyanın əməkdaşları "binokl diplomatiyası" yolu ilə Azərbaycanın mövqeləri, bölmələrin dislokasiya rayonları haqqında kəşfiyyat məlumatları toplayır, ardınca bu məlumatları Ermənistanın baş qərargahına ötürürlər.

Lakin dəyişikliklərə məruz qalan dünya nizamı, dünyanın siyasi qütbləri arasında yeni müstəviyə qədəm qoyan, daha da dərinləşən gərginliklər Avropa İttifaqını da yürütdüyü yanlış və milli maraqlarını ehtiva  etməyən siyasətdən imtinaya vadar edir. Belə ki, indi özünün iqtisadi təhlükəsizliyi ətrafında daha çox düşünməyə məcbur olan Avropa İttifaqı bu məsələdə Azərbaycanla tərəfdaşlığın da mühüm rol oynadığının qənaətindədir.  Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri də elə bu məqsədlərdən irəli gəlir.

Prezident İlham Əliyevlə görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan Kaya Kallas ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb. Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Bəli, nəhayət ki, Aİ Azərbaycanın dünya nizamındakı rolunu, qlobal proseslərə təsir imkanlarını görür. Sözsüz ki, Aİ Azərbaycanın regiondakı aparıcı rolunu, enerji təhlükəsizliyinə verdiyi töhfələri çoxdan bilir. Bu qurumun rəsmiləri həyata keçirilən enerji əməkdaşlığının ittifaq üzvləri üçün nə demək olduğunu hamıdan yaxşı  anlayırlar. Kaya Kallası qəbul edərkən Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan artıq Avropanın 10 ölkəsini, o cümlədən Avropa İttifaqının 8 üzvünü qazla təchiz edir. Azərbaycan qaz təchizatının coğrafi əhatəsinə görə Avropa məkanını qazla təmin edən ilk ölkələrdən biridir. Bütün bunlara rəğmən Aİ-nın Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesində nümayiş etdirdiyi destruktiv mövqe, Ermənistandakı missiyası vasitəsilə ölkəmizə qarşı apardığı hibrid müharibə, bu qurumun rəsmilərinin zaman-zaman səsləndirdiyi fikirlər sadəcə təəssüf doğurur.

Lakin Azərbaycan özünün qətiyyətli yolu və siyasəti olan dövlətdir. Hansısa təzyiqlər respublikamızı öz yolundan döndərə bilməz. Prezident İlham Əliyevin çıxışlarından birində dediyi kimi, müstəqil siyasətin alternativi yoxdur və gec-tez hər kəs bu siyasətlə hesablaşacaq. Və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin Azərbaycana səfəri və təmsil etdiyi qurumun ölkəmizlə münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirməsi  Prezident İlham Əliyevin söylədiyi fikirlərin real həyatdakı təcəssümüdür. 

Bütövlükdə, Aİ-nın üzləşdiyi çağırışlar, qlobal siyasi reallıqlar bu quruma Azərbaycanla münasibətlərdə fərqli davranmağı diqtə edir. Bu baxımdan Kaya Kallasın ölkəmizə səfəri həm də bu məqsədlərdən irəli gəlir. Aİ rəsmiləri onun da fərqindədirlər ki, dalanda qalan Ermənistan "qoca qitə" üçün heç bir önəm kəsb etmir. Azərbaycan isə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin aparıcı iştirakçısıdır. Məhz respublikamızın sayəsində Orta dəhliz Avropa ilə Asiya arasında yüklərin daha sürətli daşınması üçün əsas istiqamət kimi özünü göstərir. Aİ-nın 8 üzvü əvvəldə qeyd edildiyi kimi, Azərbaycandan təbii qaz alır.

Bu mənada Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin ölkəmizə səfəri və Prezident İlham Əliyevlə görüşü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Görünən odur ki,  Aİ Azərbaycanın əhəmiyyətini görür və əvvəl mövcud olmuş stereotiplər və yanaşmalardan geri çəkilir. Gözləntilər də ondan ibarətdir ki, bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açacaq və onu yeni səviyyəyə yüksəldəcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 iyun tarixli 415 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:34
25 İyun

“Turizm mərkəzlərində dövlətə məxsus daşınmaz əmlakın icarəyə və istifadəyə verilməsi və investisiya layihələrinin icra edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 İyun

“Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:32
25 İyun

“Qaz təchizatı sisteminə dair Qaydalar”ın təsdiq edilməsi və “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarının ləğv edilməsi barədə

02:31
25 İyun

“Ortamüddətli dövr üçün hədəf göstəricilərinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:29
25 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:25
25 İyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Londonda iqlim investisiyalarına həsr olunmuş dəyirmi masa təşkil edib  

22:17
24 İyun

“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar  

22:16
24 İyun

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

22:03
24 İyun

İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib VİDEO  

21:52
24 İyun

“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır  

21:39
24 İyun

Azərbaycan Gürcüstanda keçirilən Dövlət Xidməti Forumunda təmsil olunub

21:26
24 İyun

Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi ilə bağlı texniki nasazlıq aradan qaldırılıb –RƏSMİ AÇIQLAMA  

21:20
24 İyun

Aruba Milli Köləlik İrsi Platformasının prezidenti: Köləlik bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir  

21:18
24 İyun

Azərbaycan və İran parlamentlərarası əməkdaşlığın genişləndirilməsində maraqlıdır  

21:07
24 İyun

Neftçalada DOST filialı fəaliyyətə başlayıb

21:02
24 İyun

Azərbaycanın kosmik gündəliyi BMT-nin diqqət mərkəzindədir

20:59
24 İyun

Pakistan MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

20:56
24 İyun

Zelenski: Ukrayna kəşfiyyatı Rusiyanın daxili sənədlərini əldə edib  

20:33
24 İyun

Abbas Abbasov: Qərbi azərbaycanlılarla bağlı mövzunun beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına imkan verilmir  

20:26
24 İyun

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!