30 İyun 2026 08:25
297
SİYASƏT
A- A+
"AŞPA qərəzli siyasəti ilə özünə zərbə vurur"

"AŞPA qərəzli siyasəti ilə özünə zərbə vurur"


"Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qurumların qəbul etdiyi qətnamələrin bizim üçün əhəmiyyəti yoxdur. Bu baxımdan 24 iyun tarixində qəbul edilən növbəti sənədin də indiyə qədərkilərdən heç bir fərqi yoxdur. Heç kim bizimlə diktə dilində danışa  bilməz".

Bunu  qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Pərvanə VƏLİYEVA deyib. Əlavə edib ki, özünü "demokratik təsisat" hesab edən AŞPA Avropa Şurasının daxili prosedurlarını kobud şəkildə pozaraq, birtərəfli qaydada Azərbaycandan olan parlamentarilərin etimadnaməsinin tanınmasının əleyhinə səs vermişdi: "Lehinə səs verən deputatlar və qurum bununla ölkəmizə qarşı riyakarlıq və siyasi ikiüzlülük göstərdi. Bu gün regionda sülhə, sabitliyə və rifaha nail olunması əsas siyasi prioritetdir. Sülhün təşəbbüskarı və memarı isə Azərbaycandır. Azərbaycan və Ermənistan arasında artıq paraflanmış sülh sazişinə və de-fakto sülhə nail olunub. Ölkələr bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Ermənistanın rəsmi mövqeyi isə açıq-aşkardır. Rəsmi İrəvan Qarabağın legitim sahibinin Azərbaycan olduğunu və mövzunun bağlandığını bildirir. Son seçkilərdə də erməni xalqı sülh prosesinin davamına səs verdi. Belə vəziyyətdə AŞPA qərəzli siyasəti ilə özünə zərbə vurur", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, erməni diasporunun maliyyəsi ilə AŞPA və Avropa Parlamentində guya erməni xalqının mənafeyindən çıxış edən şəxslər bölgədə yaranan reallıqları görməzdən gəlirlər: "Onlar keçmiş narrativlərlə çıxış edərək, regionu əvvəlki vəziyyətə - münaqişə ocağına çevirməyə çalışırlıar. Çünki bu region uzun zaman onlar üçün əlavə gəlir yeri olub".  

Avropada insanların irqçilik, ksenofobiya, islamofobiya ilə rastlaşdıqlarını bildirən P.Vəliyeva vurğulayıb ki, Avropa parlamentlərinin deputatları, rəsmi şəxslər  öz ölkələrində ayrı-seçkilik olduğunu təsdiq edirlər: "Bəziləri islama qarşı mənfi münasibəti yolverilən hesab edirlər. Əslində, dini dözümsüzlük də diskriminasiyanın bir növüdür və bu, insan hüquqlarının pozulması deməkdir. Eyni zamanda tolerantlığa, BMT-nin İnsan Hüquqları üzrə Bəyannaməsinə də ziddir. AŞPA-lı deputatlar Azərbaycanın sülh təşəbbüslərinə ədalətsiz mövqe nümayiş etdirməkdənsə, fundamental insan hüquq və azadlıqlarının pozulmasının qarşısını almaq üçün müvafiq qanunvericilik təşəbbüsləri və effektiv nəzarət mexanizmləri hazırlamalıdırlar". 

AŞPA-nın dövlətlərin daxili işlərinə, o cümlədən məhkəmə proseslərinə müdaxilə etdiyini deyən deputat əlavə edib ki, hər bir ölkənin öz hüquq sistemi, hüquqi ənənələri və konstitusiyası mövcuddur. "Odur ki, bu cür lobbiçilik fəaliyyəti nə Avropanın təhlükəsizliyinə, nə regional sabitliyə, nə də beynəlxalq hüququn aliliyinə töhfə verir. Əksinə, ikili standartları dərinləşdirərək qlobal etimadı sarsıdır", - deyə yekunda deputat bildirib.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

14:13
30 İyun

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin nəzdində yeni şöbə yaradılacaq

14:07
30 İyun

Ədalət Həsənov: 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində həyati xəsarətlər aşkar edilib

14:03
30 İyun

Qanunda dəyişiklik: Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq

14:01
30 İyun

Komitə sədri: Şuşada təməli qoyulan əməkdaşlıq platforması Türk dünyasının ortaq gələcəyinə xidmət edəcək  

13:56
30 İyun

NİİM sürücülərə növbəti dəfə müraciət edib 

13:49
30 İyun

Ermənistanın ədliyyə naziri parlament seçkilərinin nəticələrindən danışıb

13:39
30 İyun

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər edilir

13:32
30 İyun

DSX Akademiyasının kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub  

13:23
30 İyun

Ramin Məmmədov: TDT regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas amilə çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir  

13:16
30 İyun

Qazaxıstanlı mütəxəssis: Bakıda Birinci Türkoloji Qurultayda səslənən ideyalar bu gün gerçəyə çevrilir 

12:58
30 İyun

Ötən gün 51 cinayətin açılması təmin olunub

12:48
30 İyun

Tahir Budaqov: Azərbaycan süni intellekt ekosisteminin inkişafını prioritet hesab edir  

12:43
30 İyun

ICMP-nin baş direktoru: İndi ailələr itkin düşən şəxs barədə məlumat bazasına hesabat verə bilərlər

12:39
30 İyun

Maliyyə naziri: Uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyi artırılacaq

12:31
30 İyun

Milli Məclis məcburi köçkünlərin statusuna dair yeni qanun layihəsini təsdiqləyib  

12:28
30 İyun

Şuşada TDT ölkələrinin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir

12:23
30 İyun

Rüfət Əliyev: Nəticələr itkin düşmüş şəxslərin axtarışı prosesində beynəlxalq əməkdaşlıq üçün geniş zəmin yaradıb  

12:22
30 İyun

Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilir

12:20
30 İyun

Maliyyə naziri ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirib

12:20
30 İyun

Nazir: Mobil telefonlardan istifadə yalnız dərsdənkənar vaxtlarda və məktəbdaxili qaydalara uyğun şəkildə tənzimlənməlidir  

12:19
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!