16 Noyabr 2023 12:11
1190
Elm və texnika
A- A+
AMEA-nın Nizamnaməsinin təsdiq edilməsindən irəli gələn vəzifələr müzakirə olunub  

AMEA-nın Nizamnaməsinin təsdiq edilməsindən irəli gələn vəzifələr müzakirə olunub  

 

AMEA Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsindən irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. İclasda AMEA rəhbəri qeyd edib ki, yeni Nizamnamənin təsdiq edilməsi səksən ilə yaxın şərəfli bir inkişaf yolu keçmiş və mövcud olduğu bütün dövrlərdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafına mühüm töhfələr vermiş Azərbaycan Milli Elmlər Akademiyasının müasir dövrdə, ölkəmizin dünyada və regionda geosiyasi və iqtisadi arxitektonikanın müəyyənləşməsində əsas faktora çevrildiyi bir vaxtda yeni tərəqqi mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyətə malikdir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Nizamnamədə Azərbaycan Milli Elmlər Akademiyasının hüquqi statusu “Azərbaycan Respublikasında elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatı” olaraq müəyyən edilib. Diqqətə çatdırıb ki, intellektual inkişaf modelinin dövlət siyasətində xüsusi olaraq prioritetləşdiyi, “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın 2030-cu ilədək ölkənin əsas beş prioritetindən biri olaraq müəyyənləşdirildiyi hazırkı şəraitdə Akademiyaya “dövlət ali elmi təşkilatı” kimi yüksək hüquqi statusun verilməsi onun dövlətin elm siyasətinin həyata keçirilməsində funksional baxımdan xüsusi və əlahiddə rolunu müəyyən edir.

AMEA prezidenti bildirib ki, Nizamnamədə təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycan Respublikasının iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədi olaraq müəyyən edilib: “Bu da Akademiyanın müstəqil Azərbaycan Respublikasında təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində fundamental tədqiqatlar üzrə yeni biliklərin əldə edil-məsi, toplanması, saxlanması, ötürülməsi, tətbiqi və həmin baza üzərində generasiyasının başlıca sferası kimi dövlətin iqtisadi, sosial, mədəni və innovasiya sistemi strukturunda mühüm rolunu ifadə edir. Həmçinin Nizamnamədəki Azərbaycan dilinin saflığının qorunması, azərbaycançılıq və milli dövlətçilik ideologiyasının elmi əsaslarının işlənib hazırlanması, Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsi kimi vəzifələr Akademiyanın yeni mərhələdəki fəaliyyətində ictimai-humanitar elm sahələrinin xüsusi rolunu, dövlətin mədəni-mənə-vi, sosial-humanitar və ideoloji inkişafında, milli maraqlarının qorunmasında mühüm əhəmiyyətini ifadə edir”.

Nizamnamənin AMEA Rəyasət Heyəti, AMEA-nın üzvləri, bütövlükdə respublikanın elmi ictimaiyyəti qarşısında yeni, olduqca mühüm vəzifələr müəyyənləşdirdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın üzvləri və əməkdaşları, onun respublika elmi potensialının əsas hissəsini təşkil edən ziyalılar qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi və Akademiyanın modernləşməsi üçün bütün səylərini, intellektual, inzibati-təşkilati, mənəvi-ideoloji resurslarını birləşdirməli, vəzifələrin icrası istiqamətində kompleks tədbirlər həyata keçirməlidirlər.

Çıxışlardan sonra Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsindən irəli gələn vəzifələrin icrası üçün Komissiya yaradılıb və bir sıra tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!