10 Yanvar 2023 13:18
4797
Elm və texnika
A- A+

AMEA-da Heydər Əliyev Ensiklopediyası hazırlanacaq

 

Yanvarın 10-da AMEA və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları Ulu Öndərin AMEA-dakı büstü önünə gül dəstələri qoyub, onun həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Heydər Əliyev İli”nin çağırışları və Azərbaycan elminin vəzifələri” mövzusunda çıxış edib. İsa Həbibbəyli bugünkü tədbirlə AMEA-da “Heydər Əliyev İli” çərçivəsində keçiriləcək tədbirlərə start verildiyini söyləyib. O, Ümummilli Lider Heydər Əliyevin dünyada görkəmli dövlət xadimlərindən biri kimi qəbul olunduğunu və nüfuzlu siyasətçilərin Ulu Öndərin dövlətçilik sahəsindəki müstəsna istedadını və böyük siyasətdəki xüsusi məharətini daim yüksək qiymətləndirdiklərini vurğulayıb: “Heydər Əliyev yeni tarixi epoxada Azərbaycanın dövlət müstəqilliyinin banisi, qüdrətli xilaskarı və böyük qurucusu olan tarixi şəxsiyyətdir. Azərbaycan dövləti və xalqımız 1969-cu ildən başlayaraq, 54 ildir ki, Heydər Əliyev epoxasında qurub-yaradır və ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu tarixi epoxanın parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları və mübarizəsi ilə üzvi surətdə əlaqədardır. Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi Zəfərlər, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir tarix epoxasını yaratmağa nail olub. Beləliklə, 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında tarixi Sərəncam çoxəsrlik Azərbaycan tarixində xüsusi mərhələ olan Heydər Əliyev epoxasının mahiyyətini, bu epoxanın mühüm hadisələrini, nailiyyətlərini, nəticələrini daha əsaslı və sistemli şəkildə dərk və şərh etməyə, xalqımıza və dünyaya çatdırmağa şərait yaradır”.

Akademik bildirib ki, Heydər Əliyevin elmi bioqrafiyasını yaratmaq, Heydər Əliyev Ensiklopediyasını hazırlayıb nəşr etdirmək də qarşıda duran mühüm vəzifələrdəndir. Azərbaycan elmi-intellektual qüvvələrinin, yaradıcı ziyalılarımızın və alimlərimizin “Heydər Əliyev İli”nin çağırışlarına özlərinin parlaq elmi və bədii əsərləri ilə cavab verəcəklər və bu mənada “Heydər Əliyev İli” ədəbiyyat və incəsənətin, humanitar və ictimai elmlərin inkişafı sahəsində geniş üfüqlər açır. Ümummilli Lider Heydər Əliyevin ömür və mübarizə yolunun ibrətamiz dərslərinin, azərbaycançılıq ideallarının daha dərindən və əsaslı şəkildə tədqiq edilib öyrənilməsi, xalqımıza və dünyaya çatdırılması üçün bütün imkanlar səfərbər olunub.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Heydər Əliyev və mətbuat siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O, Ümummilli Liderin xalqı məqsədə doğru yönəltmək, öz sözünü, ideyalarını, fikirlərini insanlara çatdırmaq üçün daim mətbuata böyük önəm verdiyini bildirib. Ümummilli Liderin ölkəmizə ikinci rəhbərliyi dövründə də mətbuatla sıx bağlı olduğunu, 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzuranın ləğv edildiyini diqqətə çatdırıb: “Ulu Öndərin mətbuatla münasibətləri hər zaman dostluq telləri üzərində qurulub, Ümummilli Lider hər zaman jurnalistlərə açıq olub, onların istədikləri bütün sualları cavablandırıb. Ulu Öndər mətbuata məharətlə gündəm verirdi, həm də jurnalistləri öyrədirdi. Jurnalistləri sensasiyadan, şər-böhtandan, qərəzli yazılardan çəkinməyə səsləyir, onları vətənpərvər olmağa çağırırdı. Ümummilli Lider həm də mətbuatın ən böyük qayğıkeşi idi”.

Konfransda “Azərbaycanda təbiət elmlərinin və aqrar elmin inkişafında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlətçilik ideyaları”, “Heydər Əliyev və Azərbaycan incəsənəti”, “Heydər Əliyev və Azərbaycan dili məsələləri”, “Bir millət – iki dövlət” və “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzələr dinlənilib. Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video