29 Sentyabr 2023 18:54
2511
Elm və texnika
A- A+
AMEA-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib

AMEA-da “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib

 

Sentyabrın 29-da AMEA-da Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının təşkilatçılığı ilə “Heydər Əliyev 100: Türkiyə Yüz İli” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib. Sonra qardaş Türkiyənin əldə etdiyi uğurlardan bəhs edən videoçarx nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA prezidenti akademik İsa Həbibbəyli bu günlərdə ordumuzun Qarabağda həyata keçirdiyi antiterror tədbirlər nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunması kimi tarixi missiyanı yerinə yetirdiyini vurğulayıb.

Bir il öncə Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzaladığını xatırladan akademik İsa Həbibbəyli qeyd edib ki, ötən müddət ərzində ölkəmizdə və dünyada Ulu Öndərlə bağlı keçirilən tədbirlər, çap olunan nəşrlər Ümummilli Liderin zəngin irsi ilə yanaşı, Azərbaycan dövlətinin nailiyyətlərinin təbliğinə, azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə və genişlənməsinə xidmət edib.

Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin bu gün özünün ən yüksək dövrünü yaşadığını deyən akademik İsa Həbibbəyli bu münasibətlərin təməlində Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərinin dayandığını bildirib. Qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün qardaşlığın, birliyin, həmrəyliyin nümunəsinə çevrilib.

AMEA prezidenti diqqətə çatdırıb ki, ötən bir il ərzində Ulu Öndərin 100 illiyi bütün dünyada, xüsusən Türkiyədə yüksək səviyyədə, eyni zamanda, Türkiyə Cümhuriyyətinin 100 illiyi isə ölkəmizdə ən ali səviyyədə qeyd olunub və davam etməkdədir. Akademik İsa Həbibbəyli AMEA-da da Ulu Öndərin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, nəşrlərin ərsəyə gətirildiyini, dövlətlərimizin uğurunun bütün elmi platformalarda alimlərimiz tərəfindən təbliğ olunduğunu vurğulayıb.

Ümummilli Liderin Azərbaycanın taleyində müstəsna rol oynadığını və xilaskarlıq missiyası ilə dövlətimizin müstəqilliyini qoruyub saxladığını deyən akademik İsa Həbibbəyli qeyd edib ki, həmçinin Mustafa Kamal Atatürk Türkiyəni xarici düşmənlərdən təmizləyərək müstəqil dövlətlər sırasına qoşub.

“Ötən 100 ildə Türkiyə böyük inkişaf yolu keçərək dünyanın aparıcı və söz sahibi ölkələrindən birinə çevrilib. Xüsusilə son 22 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyində iqtisadiyyatı güclü, NATO üzvü kimi dünyanın ən güclü ordularından birinə malik, hərbi sənayesi inkişaf etmiş, dünyanın diqqət mərkəzində olan ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin liderliyində çox böyük inkişaf yolu keçib, Ulu Öndərin atdığı təməllər üzərində sürətlə inkişaf edən güclü dövlətə çevrilib”, - deyə AMEA rəhbəri bildirib.

Vətən müharibəsində qardaş Türkiyə xalqının və liderinin Azərbaycana verdiyi dəstəyi xatırladan akademik İsa Həbibbəyli həmin dəstəyin, həmçinin sentyabrın 19-20-də Qarabağda aparılan antiterror tədbirləri zamanı Rəcəb Tayyib Ərdoğanın BMT kimi dünyanın ən ali kürsüsündən “Qarabağ Azərbaycan torpağıdır” deməsinin son illərdə Azərbaycan və Türkiyə prezidentlərinin liderliyində yaşadığımız tarixi epoxanın ən önəmli anlarından olduğunu deyib.

Sonra Türkiyə-Azərbaycan Yüzüncü İl Platformasının sədri Elmin Sadıqov rəhbərlik etdiyi platformanın “Heydər Əliyev İli” çərçivəsində keçirdiyi tədbirlərdən danışıb. Azərbaycan tarixində XVI əsrdə Şah İsmayıl Xətainin, XVIII əsrdə Nadir şahın, XXI əsrdə isə Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində dövlətimizin ərazi bütövlüyünün bərpa olunduğunu söyləyib.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım çıxışında AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Görkəmli dövlət xadiminin vaxtilə Türkiyə parlamentindəki çıxışlarını, həmçinin Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışında Ümummilli Liderin ona göstərdiyi diqqəti, Atatürkə, Türkiyəyə sevgisini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin liderliyində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini deyən Şamil Ayrım bildirib ki, “Qarabağ Azərbaycandır” və qardaş Türkiyə daim bizim yanımızdadır: “Heydər Əliyevin yetişdirdiyi lider bu gün Qafqazda tarix yazır və bundan sonra da Azərbaycana qarşı təhdid dili ilə danışanlar “Dəmir yumruğ”un gücünü görəcəklər”.

Tədbirdə, həmçinin Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, AMEA-nın Qafqazşünaslıq İnstitutunun baş direktoru, akademiyanın müxbir üzvü professor Musa Qasımlı və başqaları çıxış edərək Azərbaycan-Türkiyə qardaşlığından, ölkələrimizin son illərdə əldə etdiyi uğurlardan danışıb, bu birliyin dünya var olduqca davam edəcəyini söyləyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!