14 İyun 2024 16:53
296
CƏMİYYƏT
A- A+
Allahşükür Paşazadə: Qurban bayramı ilə Milli Qurtuluş Gününün eyni zamana təsadüf etməsi həmrəyliyimizi daha da gücləndirir  

Allahşükür Paşazadə: Qurban bayramı ilə Milli Qurtuluş Gününün eyni zamana təsadüf etməsi həmrəyliyimizi daha da gücləndirir  

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, builki Qurban bayramının müstəqil dövlətçilik tariximizdə mühüm əhəmiyyət daşıyan Milli Qurtuluş Günü ilə eyni günə təsadüf etdiyini bildirən şeyxülislam bu iki müqəddəs günün üst-üstə düşməsinin həm dini, həm də milli dəyərlərimizi daha da möhkəmləndirdiyini, həmrəyliyimizi gücləndirdiyini söyləyib. QMİ sədri qeyd edib: “Bu əziz bayramı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, qəhrəman Azərbaycan əsgərinin Xankəndidə, Əsgəranda, Xocalıda dövlətimizin üçrəngli Bayrağını ucaltması, Şuşa, Ağdam, Zəngilan məscidlərinin minarələrindən azanların səslənməsi ilə qarşılayırıq. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, məbədlərimiz bərpa və inşa edilir, ata-baba yurdlarına qayıdanlar bu torpaqlara yeni nəfəs, yeni həyat verir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Ali Baş Komandan İlham Əliyevə xeyir-dualar diləyirik!”

Şeyxülislam builki Qurban bayramının müstəqil dövlətçilik tariximizdə mühüm tarix – Milli Qurtuluş Günü sevinci ilə eyni zamana təsadüf etdiyini bir daha xatırladaraq əlavə edib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin xilası günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, dövlət müstəqilliyimizin daimi, zəfərlərimizin davamlı olmasını diləyirik. Dünya ictimaiyyəti Azərbaycanın siyasi Liderinin qüdrətinin və ölkəmizdəki sarsılmaz xalq-dövlət birliyinin şahididir. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini şərəflə davam etdirən Prezident İlham Əliyevin misilsiz uğurlarına görə, biz Azərbaycanın gələcəyinə böyük inam, ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaq”.

“Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, builki bayram qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə iyunun 16-na təsadüf edir. Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü – iyunun 16-17-də qeyri-iş günü elan edib və bu xüsusi münasibətinə görə biz müsəlmanlar dövlətimizin başçısına minnətdarlığımızı bildiririk. Şəri hökmlərə əsasən, qurban kəsimi üç gün ərzində icra oluna bilər. Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda mübarizədə şəhid olan qəhrəman övladlarımızı rəhmət duaları ilə yad etmək, qazilərimizə, yaralılarımıza Allahdan şəfaət və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim vəfa borcumuzdur. Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycanı və dövlətimizin başçısını qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Qurban bayramımız mübarək olsun!”, - deyə A.Paşazadə təbrikində bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi müəyyən olunmuş şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrinin hazırlanması" (təkrar) adlı müsabiqə keçirir

00:23
25 Oktyabr

Avropa Liqası: “Qarabağ” doğma meydanda “Ayaks”a məğlub olub 

22:50
24 Oktyabr

Türkiyə hökuməti: Ölkə sərhədlərinin ətrafında “terrorustan” qurulmasına əsla yol verilməyəcək

22:18
24 Oktyabr

Putin Ukrayna ilə danışıqlar üçün platformaya görə Türkiyə Prezidentinə təşəkkür edib

22:17
24 Oktyabr

Putin Şimali Koreya hərbçilərinin xüsusi hərbi əməliyyatda mümkün iştirakı barədə danışıb  

22:16
24 Oktyabr

BRICS-in tərəfdaş ölkələrinin siyahısı dəvətlərin təsdiqindən sonra elan ediləcək

22:13
24 Oktyabr

Argentina səfiri: 30 il ərzində mədəniyyət sahəsində uğurlu yol qət etmişik

22:12
24 Oktyabr

Bəhreyndə Gimnaziada İdman Oyunlarının açılış mərasimi olub

21:31
24 Oktyabr

Bakıda Argentina Film Festivalının açılışı olub

21:28
24 Oktyabr

“Biznesə daxilolma” İşçi qrupunun iclası keçirilib

21:26
24 Oktyabr

“Azərkosmos” İtaliya şirkəti ilə əməkdaşlığı genişləndirir

20:09
24 Oktyabr

Avropa Liqası: “Qarabağ” və "Ayaks"ın start heyətləri açıqlanıb

19:50
24 Oktyabr

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının pərləri Bakıya gətirilib

19:48
24 Oktyabr

Ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin növbəti təlim toplanışı davam edir

19:03
24 Oktyabr

Beyləqanın Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib

18:58
24 Oktyabr

Ombudsman: Uşaqlarımıza qarşı törədilmiş cinayətlərlə bağlı məlumatları COP29 çərçivəsində daha geniş yayacağıq 

18:41
24 Oktyabr

Bu ilin 3-cü rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri 31 faizdən çox olub

18:19
24 Oktyabr

Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

18:03
24 Oktyabr

“Apple” oyunyönümlü tətbiq üzərində işləyir

17:41
24 Oktyabr

Sabah maqnit qasırğası olacaq

17:27
24 Oktyabr

Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3 

17:24
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!