01 May 2023 16:24
5797
Elm və texnika
A- A+
Akademik Roin Metreveli: Heydər Əliyev Gürcüstanda da böyük nüfuza malikdir

Akademik Roin Metreveli: Heydər Əliyev Gürcüstanda da böyük nüfuza malikdir

 

Heydər Əliyev təkcə azərbaycanlı deyildi, o, dünyanın tarixi şəxsiyyətləri və siyasətçiləri arasında özünəməxsus üsluba malik beynəlxalq lider idi. Məhz onun böyük səyləri ilə Azərbaycan bəlalardan xilas oldu. Onun 1990-cı il yanvarın 21-də atdığı qəti addım - Moskvadakı cəsarətli bəyanatı Azərbaycanı parçalanmaqdan xilas etdi. Heydər Əliyevin bu müdrik və cəsarətli hərəkətləri Gürcüstan üçün də müstəsna əhəmiyyət kəsb edirdi. O, Gürcüstanda da böyük nüfuza malikdir və gürcü xalqı onu öz oğlu hesab edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının Ulu Öndərə həsr olunmuş xüsusi iclasında Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli “Görkəmli dövlət xadimi Heydər Əliyev və Gürcüstan” mövzusunda çıxışı zamanı deyib.

Roin Metreveli qeyd edib ki, ən çətin geosiyasi şəraitdə, böyük təzyiqlərə baxmayaraq, 1996-cı ildə Eduard Şevardnadze ilə Heydər Əliyev arasında Bakı-Supsa neft kəmərinin tikintisinə dair müqavilə imzalanıb. Məhz bu saziş sonralar Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi tarixi layihələrin əsasını təşkil etdi: “O vaxtdan bu günə kimi çox sayda strateji əhəmiyyətli layihələrin həyata keçirilməsi davam etdirilir. Onlar regionun enerji təhlükəsizliyini və siyasi sabitliyini, eyni zamanda, ölkələrimizin suverenliyini və təhlükəsizliyini təmin edir. Həmin illərdə bütün dünyanın Gürcüstanı qeyri-sabit ölkə kimi tanıdığı, Gürcüstan ərazisinin 20%-nin işğal olunduğu, daxili siyasi və iqtisadi problemlərin baş verdiyi çətin dövrü unutmaq mümkün deyil. Bu dövr Azərbaycan üçün də asan olmadı. Qarabağ müharibəsini və daxili qarşıdurmaları xatırlamaq kifayətdir. Gürcüstan üçün hər şeyin qıt olduğu dövrdə, elektrik enerjisinin və yanacağın çatmadığı bir vaxtda özü də kifayət qədər ağır vəziyyətdə olan Azərbaycan şəxsən Heydər Əliyevin tapşırığı ilə ölkəmizə kömək edirdi. Boru kəmərlərinin çəkilməsi böyük əhəmiyyət kəsb edirdi və bu gün də ekspertlər və siyasətçilər Heydər Əliyevin bu qərarının tarixi və həlledici əhəmiyyətə malik olduğunu qeyd edirlər. Heydər Əliyev layihələrin həyata keçirilməsi üçün Gürcüstan marşrutunu seçdi və gürcü xalqı buna görə ona əbədi minnətdar olacaq”.

Ulu Öndərin 1996-cı ildə Tbilisi Dövlət Universitetinə səfərini məmnunluqla xatırladığını deyən Roin Metreveli Heydər Əliyevin universitetin fəxri doktoru seçildiyini və müəllimlər və tələbələr qarşısında unudulmaz çıxış etdiyini bildirib, Ümumilli Liderin Gürcüstana və gürcü xalqına səmimi sözlərini heç vaxt unutmayacağını vurğulayıb.

Akademik qeyd edib ki, bu gün Azərbaycan əmin əllərdədir və ölkəni Prezident İlham Əliyev uğurla idarə edir. O, çıxışının sonunda bildirib ki, Heydər Əliyev Azərbaycan və gürcü xalqları arasında əsl dostluq və qardaşlıq rəmzi idi və təsadüfi deyil ki, gürcü xalqı onu özününkü hesab edir, xatirəsini ehtiramla yad edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!