05 Dekabr 2023 09:57
23437
SİYASƏT
A- A+

Ağ Evin Azərbaycan qərəzi və rəzaləti

 

Yüksəkvəzifəli rəsmisinin timsalında Azərbaycan Prezidentindən münasibətləri normallaşdırmağı xahiş etdikdən və bu ricasına müsbət cavab aldıqdan cəmi bir neçə gün sonra ABŞ ölkəmizə qarşı yalan və böhtan kampaniyasını dayandırmadı. Gülünc yaddaşsızlığı, divara baxıb danışmağı bir yana, artıq ciddi psixoloji fəsadları ilə diqqət mərkəzinə gələn   Prezident Baydenin rəhbərlik etdiyi bu dövlət öz xarici siyasətində də eyni tərzi nümayiş etdirir. Özünü idarə edə bilməyən bir Prezidentin administrasiyasının fəaliyyətində də sistemsizlik, dövlət maraqlarının lobbi mənafelərinə qurban verilməsi, psixoloji aqressiya, sadə dillə desək, siyasi korluq kimi hallar indi daha da artıb.
Dünyada cinayətkarlığın, korrupsiyanın dövlət aparatında ən çox yayıldığı bu ölkənin bütün fəaliyyəti ayrı-ayrı siyasi və biznes dairələrinin mənfəətlərinin ödənməsinə yönəlib. Avropanın enerji təminatı, Yaxın Şərqdə sabitlik, qlobal təhlükəsizlik məsələlərində Azərbaycanla tərəfdaşlıq ABŞ-nin dövləti marqalarını əks etdirsə də, adminstrasiyanın korrupsiya mənfəəti onu rəsmi Bakı ilə düşmənçiliyə sövq edir. 
Qlobal korrupsiya şəbəkəsi yaradan, narkomanlıqda və zorlamada rəsmən ittiham olunan Bayden ailəsi, lobbilər tərəfindən maliyyələşdikləri ifşa edilən Ağ Ev rəsmiləri, xarici şirkətlər tərəfindən rüşvət almaları təsdiq olunan senator və konqresmenlər ABŞ-nin əsl simasını, mahiyyətini, əxlaqını və ən əsası, fəaliyyət yönümünü bütün çılpaqlığı ilə nümayiş etdirir!
Yerli xalqların kütləvi soyqırımı üzərində qanla təməli qoyulan, əsrlər boyu on milyonlarla insanın məhvinə, onlarla dövlətin süqutuna, çoxsaylı savaşların başlanmasına səbəb olan Ağ Evin zülmət tarixçəsində Azərbaycana qarşı qərəzi və rəzaləti, əlbəttə ki, nə ilkdir, nə də sonuncu… 

 

ABŞ Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməkdə günahlandırır

 

ABŞ siyasi dairələrinin məkrli siyasətlərinin əsas ruporlarından olan "Vaşinqton Post" qəzetində Azərbaycana qarşı qərəzli, ölkə rəhbərliyini hədəfə alan məqalənin dərc olunması birinci hal deyil. Azərbaycan hər dəfə uğura imza atanda Dövlət Departamentinin sifarişi ilə "Vaşinqton Post" və onun kimi digər mediada ölkəmizə qarşı belə hücumlar təşkil olunub. 
Son aylarda ABŞ-dən artan belə hücumların səbəbi Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağda erməni separatizminə son qoymasıdır. Bayden hakimiyyəti Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etməsi ilə heç cür razılaşa bilmir və Bakıdan ermənilərin intiqamını almağa çalışır. Ötən ay ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində absurd teatr səhnəsini xatırladan dinləmələrin keçirilməsi, Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının "2023-cü il erməniləri müdafiə aktı" qəbul etməsi, bədnam "907-ci düzəliş"in yenidən qüvvəyə minməsi aydın göstərir ki, Ağ Ev Azərbaycanın öz milli haqqını bərpa etməsi ilə barışa bilmir. 
Konkret desək, ABŞ Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməkdə günahlandırır, Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmir və ona qarşı belə çirkin kampaniya, materiallar təşkil edir. "Vaşinqton Post" qəzetində dərc olunan məqalə də bu siyasətin növbəti təzahürüdür.
Əslində, ABŞ-nin Azərbaycana qarşı qərəzinin bu səviyyəyə çatması anlaşılandır. Söhbət ondan gedir ki, Fransada olduğu kimi Amerikanın siyasi dairələrinin də erməni, lobbisi ilə həm də korrupsioner əlaqələri var. Bu səbəbdən Bayden hakimiyyəti erməni lobbisinin güclü təsiri altındadır və onun oyuncağına çevrilib.

 

ABŞ-də "sarsaq qoca", dünyada "kriminal ailə başçısı"... 

 

ABŞ-nin sabiq dövlət başçısı Donald Trampın seçkiöncəsi etirafı vardı: "Biz korrupsiyalaşmış dövlət aparatına, rüşvətxor məhkəmə-hüquq sisteminə, saxtakar seçki prosesinə, fırıldaqçıların əlaltısı olan KİV-ə qarşı mübarizə aparırıq və qələbə çalmaqla onları aradan qaldıracağıq". Ancaq Tramp bunu bacarmadı, çünki qarşısında böyük cinayətkar şəbəkə, geniş korrupsiya maşını - dövlət aparatı vardı.
ABŞ tarixində korrupsiya, rüşvət və digər dövlət cinayətlərində günahlandırılan prezidentlər yetərincədir. Əslində, daha dəqiq desək, bu ittihama məruz qalmayan ABŞ Prezidenti yoxdur!
Ancaq Co Baydenin hakimiyyəti illərində bu ittihamlar daha intensiv hal alıb. Ən maraqlısı da odur ki, əgər Baydenin sələfləri daha çox vasitəçilərlə rüşvət qəbul edirdilərsə, Bayden qanunsuz ödəmələri birbaşa özü və ailəsi tərəfindən alır. Özü də çəkinmədən, həm də daha iri məbləğdə, davamlı olaraq… İnternet resurslarından Bayden ailəsinin, xüsusən oğlunun korrupsioner əlaqələri barədə minlərlə informasiya əldə etmək mümkündür.
ABŞ mediası bizim şəkililər kimi hər məşhur adama bir ayama, ləqəb qoyur. Onilliklər boyu Baydeninin də ləqəbi çox olub, ən məşhuru isə "sarsaq qoca"dır. Bu, indi ona aid edilən yeganə ayamadır. ABŞ qəzetləri prezidentlərini belə adlandırırlar. Ancaq dünya mediası Baydeni "sarsaq qoca" yox, "kriminal ailə başçısı" kimi təqdim edir. 
Bayden dünya mediasında yalnız psixi durumu, müəmmalı davaranışları, hər gün törətdiyi növbəti rəsmi protokol qalmaqalı ilə deyil, həm də ailəsinin və şəxsən özünün cinayətləri ilə manşetləri "bəzəyir".
Baydenlər "zəngin" kriminal keçmişə və müasir cinayətkar fəaliyyətə malikdirlər. Bu ailənin kriminal "inciləri" ən məşhur mafiya, narkobaron ailələrinin cinayətləri ilə yarışmağa hazırdır. 
Bu barədə qlobal media resurslarında yüz minlərlə istinadlar, danılmaz faktlar, aşkar sübutlar var. Bu faktların içində həm də məişət pozğunluğu, zorlama, pedofeliya, ailədaxili təcavüz kimi cinayətlər də var ki, bunlar ABŞ hakimiyyətinin əsl mahiyyətini, mənəvi iyrəncliyini real göstərir.

 

ABŞ-nin ən məşhur cinayətkarı Bayden ailəsinə mənsubdur

 

Bayden ailəsi ilə bağlı yazılan və deyilənlərə istinad etməyəcəyik. Yalnız istintaq materiallarına çevrilən, hüquqi araşdırmalara diqqət ayıracağıq. Məsələn, Co Baydenin artıq ABŞ-nin "ən məşhur cinayətkarı" adını alan oğlu Hanterə qarşı Cinayət Məcəlləsinin azı 20 maddəsi ilə ittiham irəli sürülüb.
Barak Obamanın hakimiyyət illərində ABŞ vitse-prezidenti olan Baydenin oğlu Hanter Ukraynada nüfuz lobbiçiliyi vasitəsilə milyonlarla dollar qanunsuz vəsait qazanıb. Məsələn, o, ən böyük müstəqil qaz istehsalçısı olan "Burisma Holdings"dən beş il ərzində 3-5 milyon dollar arasında vəsait mənimsəyib. Eyni zamanda ABŞ-dəki təsir vasitələrindən istifadə edərək kredit anlaşması adı ilə on milyonlarla dollar vəsait əldə edib. Özü də bu prosesdə bütün tərəfləri şantajla təhdid edib. Ukraynanın kabusuna çevrilən Baydenin oğlunun qanunsuz əməlləri daha geniş miqyas alanda Ukraynanın baş prokuroru Viktor Şokin Hanter barədə cinayət işi açıb.
Bu məqamda prosesə "Xaç atası" - ata Bayden müdaxilə edir. Ukrayna rəhbərliyinə şantajları nəticəsində baş prokurorun vəzifədən azad edilməsinə nail olur.
Ukraynadakı gizli laboratoriyaları da hədəfə götürən Hanter Bayden qanunsuz nüfuz lobbiçiliyi ilə ABŞ Müdafiə Nazirliyinin podratçısı "Black&Veatch" ilə patogenlərin tədqiqi üzrə əməkdaşlıq edən "Metabiota" tibb şirkətinə ABŞ hökuməti ilə çoxmilyonluq müqavilə bağlamağa "kömək" edir. Qanunsuz pul dövriyyəsinin 50 milyon dollara yaxın olduğu barədə rəsmi məlumat verilir. Fakt aşkar olunanda istintaqı ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) öz üzərinə götürür. Lakin Co Baydenin müdaxiləsi ilə istintaqa məlum olan məlumatlar gizlədilir. Bir müddət sonra isə istintaq materialları "məxfi" qrifi ilə arxivə atılır.
Rusiya qarşısında tək qalmamaq üçün Ukrayna rəhbərliyi Bayden ailəsinin şantajlarına boyun əyir, Hanterin on milyonlarla dollar həcmində qanunsuz gəlirinə göz yumur, bu cinayətkar fəaliyyətin davamlılığına şərait yaradır…
Vitse-prezident Bayden və ailəsi Ukraynanın maliyyə resurslarını, iqtisadiyyatını beləcə dağıdır…
İllər keçir, Bayden artıq Prezident statusunda Ukraynanın çoxəsrlik dövlətçiliyini, müstəqilliyini süquta uğratmağa başlayır, onu savaşa sövq edərək məğlubiyyətə uğradır, milyonlarla ukraynalını vətənindən didərgin salır…
Amma bu dəfə yalnız Ukraynaya vurulan zərər artmamışdı, yüksələn həm də Baydenlər ailəsinin qanunsuz gəlirləri idi…
Ata və oğul Baydenlər daha on milyonlar yox, on milyardlar qazanırdı və ən azı hələ 2025-ci ilin yanvarınadək qazanacaq da…

 

Çindən Baydenlərə göndərilən 5 milyonluq rüşvət

 

Əslində, Baydenin milyardlar qazanan oğlu elə də xüsusi ağıla, hazırlığa malik deyil. O, narkoman olduğunu aşkar etiraf edir, küçələrdə gecələdiyini gizlətmir. Məsələn, narkotikin təsiri altında olan Hanter xarab olmuş kompüterini Delaver ştatında kompüter təmiri sexinə verir. Burada isə onun növbəti cinayətləri barədə faktlar aşkar olur. ABŞ mediasına ötürülən məlumatlardan məlum olur ki, oğul Baydenin Çin şirkətlərindən milyonlarla dollar aldığını göstərən real bank sənədləri var. 
Bank qeydlərində Çin dövlət şirkəti "CEFC China Energy"dən Hanter Baydenin "Hudson West" şirkətinə və "Owasco" hüquq firmasına 14 ayda 4,8 milyon dollar köçürülməsi əks olunmuşdu. 
ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komerin araşdırması nəticəsində isə məlum olub ki, 2019-cu ildə Hanter Bayden çinli investor Li Xiang Shengdən atası Co Baydenlə ünsiyyət qurması üçün 250 min dollar alıb. 

 

Prezidentin narkoman oğlunu 25 ilə qədər həbs cəzası gözləyir

 

Baydenin oğlunun noutbukunda aşkar edilmiş elektron məktublar başqa cinayətləri də üzə çıxarıb. Atasının siyasi nüfuzundan xarici biznes sövdələşmələrində gen-bol istifadə edən Hanterin noutbukundakı 103 min mətn mesajı, 154 min elektron məktub, 2 mindən çox fotoşəkil əsasında o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və fahişəliyə cəlbetmə ilə məşğul olmaqda da şübhəli bilinib.
Prezident Co Baydenin oğlu Hanter odlu silah alarkən özü haqqında yalan ifadə verməyə görə hazırda üç maddə ilə əlavə ittiham olunur. Bu, Amerika tarixində vəzifədə olan prezidentin övladının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı ilk dəfə baş verir.
Son ittihamların hər üçü H.Baydenin narkotik aludəçisi olduğu zaman odlu silah alarkən federal sənədlərdə yalan yazmasından irəli gəlir. O qeyd edib ki, qanunsuz narkotiklərdən istifadə etmir və ondan asılı deyil, baxmayaraq ki, faktiki olaraq həmin vaxt aktiv şəkildə kokaindən istifadə edirdi. Məhkəmə sənədlərinə görə, Hanter 2018-ci ilin oktyabrında Delaverdəki silah mağazasından Kolt tapançası alıb. ABŞ federal qanunları narkotikdən istifadə edərkən odlu silah saxlamağı cinayət hesab edir. Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, təqsirli bilinərsə, H.Baydeni 25 ilə qədər həbs cəzası gözləyir.
Hanterin noutbukunda tapılan və Donald Trampın şəxsi vəkili Rudi Culianinin ictimailəşdirdiyi yazışmalar, fotoşəkillər oğul Baydenin narkotik alveri və fahişəliklə bağlı cinayət fəaliyyətlərində iştirakını təsdiqləyir. Bir çox media orqanı Hanterin qrup sekslə məşğul olması və narkotikdən istifadəsini göstərən fotoşəkillər yayımladı.
Elektron məktublardan üzə çıxan bir fakt da ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden qızının təhsili üçün ayrılan 20 min dolları alkoqol, narkotik və fahişələrə xərcləməsini etiraf etməsi olub. Bayden və onun şəxsi bankirləri arasında yazışmalardan aydın olur ki, 2018-ci ilin dekabrında o, narkotik və fahişələrlə bir ay ərzində əylənmək üçün qızı Meysinin kollec əmanətindən 20 min dollar götürüb. O zaman Hanterin şəxsi hesabında cəmi 44 sentin qaldığı bildirilirdi.
Media ABŞ Maliyyə Nazirliyinin sənədlərinə istinadən xəbər vermişdi ki, bank müstəntiqləri Hanter Baydeni "Şərqi Avropada seks alveri şəbəkəsi" ilə bağlı və fahişələrə ödənişlər üçün çekləri saxtalaşdırmaqda şübhəli bilirlər.
Xatırladaq ki, Co Baydenin oğlunun qalmaqallı həyatından bəhs edən "Oğlum Hanter" filmi artıq yayımlanıb. Filmin süjeti Hanterin həyatından, atası ilə münasibətindən, korrupsiyalaşmış biznesindən və pozğun həyat tərzindən ibarətdir. "Daily Mail" oxucularına filmi belə təqdim etmişdi: "Xəbərdarlıq! Bu filmdə fahişəlik, narkotik, çirkli pulların yuyulması və qohumbazlıq var". 

 

Qızından ata Baydenə təcavüz ittihamı 

 

Bayden ailəsinin bir rəzaləti də böyük oğul Bo Baydenin xərçəng xəstəliyindən vəfatından sonra Hanterin qardaşının dul arvadı ilə intim münasibətlər saxlaması barədə faktların üzə çıxması oldu. Bu əlaqə ailə tərəfindən heç təkzib də olunmadı…
Təkzib olunmayan digər faktlar da var ki, bunlar elə ata Baydenin özü ilə bağlıdır…
Hələ 1993-cü ildə senator Co Baydenə qarşı keçmiş işçisi Tara Ridin tərəfindən zorlanma ilə bağlı ittiham irəli sürüldü. Bayden özünə bəraət məqsədilə bildirdi ki, huşsuzluqdan - demensiya xəstəliyindən əziyyət çəkir və hadisəni xatırlamır. ABŞ Senatının kabinetində baş verən cinsi təcavüz beləcə ört-basdır edildi. 
Amma Baydenlərin ən böyük rəzaləti elə ailədaxili təcavüzlə bağlıdır… 
Baydenin qızı Eşli də narkomandır və bu asılılıqdan müalicə üçün mütəmadi olaraq klinikalarda reabilitasiya keçir. 41 yaşlı Eşli öz gündəliyini "Palm Beach"dəki narkoklinikadakı palatasında döşəyin altında unudur, bundan xəbərdar olan 39 yaşlı Aime Harris adlı birisi isə onu taparaq, mediaya 40 min dollara satır.
"Fox News" telekanalı gündəlikdəki etirafları geniş müzakirəyə çıxarır. ABŞ Prezidenti Co Baydenin qızı Eşli gündəliyində bildirir ki, uşaq ikən "atamla birgə duş qəbul edirdik, bu, yəqin ki, düz hərəkət deyildi". "Fox News" iyrənc faktları təhlil edərək Amerika liderini pozğunluqda günahlandırıb və polisin müdaxiləsini tələb edib: "Öz qızı ilə "uyğun olmayan" duş qəbul etmək? Əgər bu, pedofiliya cəhdi deyilsə, bu, şübhəsiz ki, polisin gəlişi üçün bir səbəbdir". 
Gündəliyində prezidentin qızı deyir ki, narkotiklər onu iflas həddinə çatdırıb…

 

Hələ Baydenin özündən geri qalmayan bir qardaşı da var...

 

Co Bayden oğlunun Çin, Meksika, Ukrayna, Qazaxıstan və digər ölkələrdən olan biznes tərəfdaşları ilə mütəmadi görüşüb, bəzilərini Ağ Evə dəvət edib, hətta vitse-prezidentin rəsmi istifadəsində olan təyyarəsini onların ixtiyarına verib. 
Baydenin qardaşı Cim də ailənin cinayətkar şəbəkəsinin fəal üzvlərindəndir. O da dünyanı Baydenin qardaşı statusunda dolanır, öz xidmətlərini təklif edir və yüz milyonlarla dollar müqabilində xarici dövlətlərin, şirkətlərin maraqlarını ABŞ-də təmin edir.
ABŞ Prezidenti Co Baydenin ailəsini korrupsiyada günahlandıran israilli professor Qal Luftun başına gələn bir hadisə isə bu ailənin mafiya qanunları ilə idarə olunduğunu göstərir.
Belə ki, Q.Luft 2023-cü ilin fevralında ABŞ-nin tələbi ilə Kipr polisi tərəfindən saxlanılıb, girov müqabilində sərbəst buraxılıb, lakin sonradan azad edilmə şərtlərini pozaraq yoxa çıxıb. Hazırda onun harada olduğu məlum deyil.
Həbsindən sonra professor dərhal bildirib ki, Baydenin oğlunun və qardaşının Çinin biznes dairələri ilə korrupsiya əlaqələri haqqında əlində olan məlumata görə ABŞ tərəfindən siyasi təqiblərin qurbanı olub. Amerikanın "New York Post" qəzeti professorun növbəti ittihamlarla 14 dəqiqəlik videosunu dərc edib. Luftun sözlərinə görə, 2019-cu ildə o, FTB və Ədliyyə Nazirliyinin müstəntiqlərinə sübut təqdim edib. Görüş Brüsseldə gizli baş tutub. 
Luft bu materiallarla Amerika Konqresinin aşağı palatasının komissiyasında çıxış etməli idi, lakin Kiprdə həbs olunduğu üçün macal tapmayıb. Komissiya əmin edib ki, professor axtarışda olmasına baxmayaraq, potensial şahid statusunda qalır.

 

Ailəsinin cinayətlərinə görə Baydenə qarşı Konqres impiçmentə başlayır

 

Yenə də vurğulayırıq ki, bütün bu faktlar rəsmı xarakerlidir, hüquqi əsaslıdır, bir hissəsi isə sabiq prezident D.Trampın etirafları və ABŞ mediasının gündəmə gətirdiyi mətləblərdir. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun iki gün öncəki bəyanatı ilə hesab edirik ki, mövzu həm də  məntiqi sonluğuna çatdı.
"Prezident Co Baydenin impiçmenti sadəcə zərurətdir. Bu ehtiyac Prezidentin və onun administrasiyasının  Bayden ailə üzvləri ilə bağlı istintaqa mane olması ilə bağlıdır", - deyən spiker əlavə edib ki, Baydenin impiçment məsələsinə Konqresdə yaxın həftələrdə baxıla bilər.
Conson qeyd edib ki, Konqresin bir neçə komitəsi Bayden ailəsinin qanunsuz hərəkətlərinə dair sübutlar tapmaq üçün işləyir. Eyni zamanda o, Bayden administrasiyasının "minlərlə səhifəlik sübutu" gizlətməyə çalışdığını söyləyib.
Necə deyərlər, əlavə şərhə lüzum yoxdur...

 

İnsana rənginə görə fərq qoyulan ölkə "demokratiya beşiyi" ola bilməz

 

Dövlət aparatı və rəhbərləri korrupsiyalaşmış bir dövlət hələ utanmadan özünü "demokratiyanın beşiyi" adlandırır. Amma insana dərisinin rənginə görə fərq qoyulan ölkədə hansı demokratiyadan söhbət gedə bilər? Bu mənada ABŞ-də insan haqlarının kütləvi şəkildə pozulduğu barədə kifayət qədər fakt ortaya qoymaq mümkündür. Məsələn, "Uoll striti işğal et!", Ferqyusonvə Baltimor hadisələri və digər faktlar təsdiq edir ki, ABŞ-də insanlara etiraz səslərini ucaltmağa imkan verilmir.
Bu ölkənin "demokratiyası" təsdiq edir ki, jurnalistlər, bloqçular, vəkillər, hüquq müdafiəçiləri belə istənilən formada təzyiqlə üzləşə bilərlər. Məsələn, jurnalist və ictimai fəal Deniel Makqouen "Haffington Post"da Təcridxanalar üzrə Federal Büronu tənqid etdiyinə görə həbs olunmuşdu. "Wikileaks" saytının yaradıcısı Culian Assancın, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenin başlarına açılan oyunlar Ağ Evin öz opponentlərinə qarşı necə qəddar davranış nümayiş etdirdiyinin əyani sübutlarıdır. Üstəlik, rəsmi Vaşinqton əlində olan bütün vasitələrlə Assancı və Snoudeni müdafiə edən medianı, hüquq müdafiə təşkilatlarını susdurur. 
Bunlar göstərir ki, Ağ Evin öz tənqidçilərini susdurmağa yönəlmiş sevimli alətlərindən biri də həbsdir. Baxmayaraq ki, Amerika prezidentləri öz çıxışlarında az qala hüquq müdafiəçilərini belə geridə qoyurlar. Elə keçmiş prezident D.Trampa qarşı olan təzyiqlər də Amerikada siyasi plüralizmin olmamasından, demokratların öz siyasi opponentlərinə qarşı qanunsuz əməllərindən xəbər verir.

 

ABŞ-nin qanlı və faciəli demokratiyası

 

Məhz belə bir ölkə riyakarcasına söz azadlığı, insan hüquqları kimi dəyərləri bütün dünyada yaymağı əsas vəzifələrindən biri kimi elan edib. Amma ABŞ-nin öz ərazisindəki "demokratiya" nə qədər demokratiyadan uzaqdırsa, onun postsovet məkanını, Şərq coğrafiyasını "azadlıq" nağılı ilə nəzarətə götürməyə çalışması və Avrasiya bölgəsinə bəxş etdiyi "demokratiya" bir o qədər qanlı və faciəlidir. Ağ Evin özünü necə adlandırmasından asılı olmayaraq müasir reallıq, ən əsası isə "azadlıq ixracı" pərdəsi altında dünyaya gətirdiyi savaş ABŞ-nin xalqların suverenlik və seçim hüququna qənim kəsildiyini göstərir. 
Son onilliklərdə dünyanın müxtəlif yerlərində baş verən inqilablar və hakimiyyət çevrilişləri də ABŞ-nin layihələridir. Həmin ölkələrdə Sorosun, USAİD-in planları ilə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə birbaşa hərbi təcavüz edilir.
Məlum  olduğu kimi, bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ölkədə vətəndaş iğtişaşları və zorakılıqla hakimiyyət dəyişikliyinin planlaşdırıldığı barədə açıqlama yayılıb. Məlumatlardan aydın olur ki, qonşu ölkədə hakimiyyətin devrilməsinə yönəlmiş cəhdlərin təşkilatçısı USAİD-dir. Adında inkişaf olsa da, USAİD-in fəaliyyət göstərdiyi bütün ölkələrdə pozuculuq fəaliyyəti ilə məşğul olduğu dəfələrlə öz təsdiqini tapıb. Keçmiş sovet ittifaqının bir çox ölkələrində bu təşkilatın adı hər zaman siyasi proseslərə açıq müdaxilədə, hakimiyyət çevrilişlərinə cəhdlərdə və bütün bunlar üçün gənclərin radikal şəkildə yönləndirilməsi və s. hallanıb.
ABŞ-nin "demokratikləşmə", "terrorçuluqla mübarizə" adı altında əslində ekspansiya və müasir müstəmləkəçilik siyasəti yürütdüyünü isə sübuta yetirməyə və hansısa xüsusi araşdırmalara lüzum yoxdur. Suriyada, Liviyada, Əfqanıstanda, İraqda partlayan hər bir bomba, qətlə yetirilən hər bir insan məhz ABŞ "demokratiyasının" nəticəsidir. Əbu-Qreyb, Quantanamo həbsxanaları tarixdə ABŞ demokratiyasının "rəmzləri" kimi qalacaqlar. İnsanlara məhz müsəlman olduqlarına görə Hitler Almaniyasında olduğu kimi ən qəddar metodlarla işgəncə verilib. Öz imperialist siyasəti ilə həm də ABŞ dünya siyasətində quldurluq, reket ənənəsini yaradan və yaşadan dövlətdir. 
İsraillə Fələstin, Ukrayna ilə Rusiya arasında insan faciəsi, yaşayış məntəqələrinin yer üzündən silinməsi ilə müşayiət edilən müharibələrin planları birbaşa Pentaqonda, Mərkəzi Kəşfiyyat İdarəsində hazırlanıb, Ağ Evdə təsdiq olunub. Xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-nin Rusiyanı zəiflətmək məqsədilə Ukraynada müharibəni qızışdırması Vaşinqtonun nə qədər riyakar olduğunu göstərir. Bu müharibədə Ukrayna dağılıb, əhalisi 20 milyona enib, amma özünü dünyada sülhpərvər dövlət kimi göstərməyə çalışan ABŞ bir dəfə də olsun bu müharibənin dayandırılmasına çağırış etməyib, əksinə, təhrikedici mövqedə dayanıb. Son aylarda isə ABŞ dünya ictimai rəyini Ukraynanın bölünməsinə hazırlamaqla məşğuldur. VaxtiləVyetnamda, Koreyada, Latın Amerikasında və Əfqanıstanda "onların xalqlarının azadlığına dəstək", "demokratiyaya dəstək", "terrorçuluqla mübarizə" kimi şüarlarla başlatdığı hərbi kampaniyalarından sonra həmin ölkələri taleyin ümidinə buraxan ABŞ Ukrayna-Rusiya müharibəsində məqsədlərinin reallaşmadığını görüncə mövqeyini 180 dərəcə dəyişib. Bu gün Bayden administrasiyası müxtəlif hərbi-siyasi səviyyələrdə verilən açıqlamalarla tədricən qlobal ictimai rəyi Ukraynanın məğlubiyyətinin qaçılmazlığına hazırlayır.

 

Saxta informasiyalar yaymaqda ABŞ mediası liderdir

 

Qayıdaq "Vaşinqton Post"un məqaləsinə. Əvvəlcə bir məqamı xatırladaq ki, ABŞ mətbuatının qərəzli və böhtançı tribunaya çevrildiyini bu ölkənin sadə vətəndaşından tutmuş prezidentinə qədər hər kəs etiraf edir. Hətta sabiq Prezident Donald Tramp etiraf edir ki, dünyada saxta informasiyalar yaymaqda ABŞ mediası liderdir. D.Tramp ölkə vətəndaşlarına və dünya əhalisinə dönə-dönə müraciət edərək onları ABŞ mediasına inanmamağa çağırıb.
"Vaşinqton Post"da dərc olunan məlum məqalənin ABŞ Dövlət Departamentinin hansısa kabinetində yuxarıdan alınan tapşırıqla hazırlanması da Trampın dediklərini təsdiq edir. "Vaşinqton Post" özü isə azad media mənsu

bu deyil, sifarişlə müxtəlif ölkələrə, xalqlara, ictimai-siyasi xadimlərə, iş adamlarına çirkab atan, divar kağızı ənənəsini yaşadan təxribat mexanizmidir. 
Soros ənənəsini yaşadan və dağıdıcı siyasətin  ruporu olan bu qəzet, guya, Azərbaycanda demokratiya və insan hüquqlarının, söz azadlığının təəssübünü çəkir. Əslində isə Bayden hakimiyyəti "Vaşinqton Post"un dili ilə Qarabağı azad edən Prezident İlham Əliyevin müstəqil siyasətini həzm edə bilmədiyini göstərir və ona görə dövlətimizin başçısına qarşı belə çirkin kampaniya, materiallar təşkil edir. Bu təkcə Prezident İlham Əliyevə qarşı deyil, ümumilikdə Azərbaycan xalqına və dövlətinə qarşı hörmətsizlik və təhqirdir.
Bununla yanaşı, Ağ Evdəkilər ABŞ-nin Azərbaycanda qurduğu, maliyyələşdirdiyi, dövlətimizə və xalqımıza qarşı istifadə etdiyi antiazərbaycançı şəbəkənin, onun bariz nümunəsi olan "Abzas Media"nın ifşa olunmasından və əl-qolunun bağlanmasından narahatdırlar. Amma aydındır ki, bu məqalənin sifarişçilərinin məqsədi orada toxunulan məqamlar deyil. Onların məqsədi qalib Azərbaycanın uğurlarına kölgə salmaq, ölkəmizin nüfuzunu sarsıtmaqdır.
İnsan hüquqlarının və demokratiyanın ən çox pozulduğu ölkənin mediasına xatırlatma: şüşəli evdə yaşayan başqasına daş atmaz. ABŞ demokritayasının qara üzü barədə kifayət qədər danışmaq olar. 

 

ABŞ ədalət tələbini niyə cinayət sayır? 

 

Beynəlxalq sosioloji sorğu mərkəzləri son onilliklərdə 200-ə yaxın ölkədə respondentlər arasında ənənəvi rəy öyrənir: "Hansı dövləti özünüzə düşmən sayırsınız?" Uzun illərdir əsas cavab dəyişməz qalır: ABŞ!
150-dən artıq ölkənin vətəndaşları birinci sırada, 30-a qədər dövlətdəki respondentlər isə ikinci sırada göstərir ABŞ-ni…
Bütün dünya ABŞ-ni özünə düşmən hesab edir…
ABŞ vətəndaşları da öz administrasiyasını özünə ən böyük düşmən sayır…
ABŞ dünyada savaşların, tənəzzülün, böhranın - bütün şeytan əməllərinin qara rəmzi kimi tanınır…
ABŞ şərin simvoluna çevrilib…
Ötən əsrin "dünya jandarması" bu əsrin "dünya eskortu"dur…
Və Ağ Ev unutmamalıdır ki, bu gün dünyada demokratiyaya ən çox ehtiyacı olan məhz onun özüdür - Amerika Birləşmiş Ştatlarıdır...
Ağ Evin zülmət administrasiyasının - bir ovuc korrupsionerin, cinayətkarın, təcavüzçünün, narkomanın məkrli eksperiment hədəfi olan dünya artıq ABŞ-dən ƏDALƏT, ƏDALƏT, ƏDALƏT tələb edir!
Ədalət tələb etmək ABŞ-nin despotik və korrupsioner administrasiyasında qıcıq yaratsa da, bu, əsla cinayət deyil!

 

"Azərbaycan" 
qəzeti redaksiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video