31 May 2023 14:56
498
CƏMİYYƏT
A- A+
ADY və DİN Şəmkirdə dəmir yolu keçidində baş vermiş hadisə ilə bağlı birgə açıqlama yayıblar

ADY və DİN Şəmkirdə dəmir yolu keçidində baş vermiş hadisə ilə bağlı birgə açıqlama yayıblar

 

Mayın 31-i saat 00.30-da Şəmkir rayonunun Dəllər-Zəyəm mənzilində yerləşən tənzimlənən dəmir yolu keçidində fəaliyyət göstərən keçid növbətçisi naməlum şəxs tərəfindən təhdid edilib, daha sonra isə növbətçi otağına ziyan vurulub.

ADY-dən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Şəmkir rayonunun Sabirkənd kəndinin sakini Allahverdi Hüseynov saxlanılıb.

Keçid növbətçisinin səhhəti normaldır, xəsarət alan olmayıb. Dəmir yolunda hərəkət qısa müddətdə bərpa edilib.

Qeyd edək ki, maddi ziyanla nəticələnən hadisə nəticəsində müvafiq sahədə quraşdırılmış Mikro Prosessor Mərkəzləşməsi sisteminin qurğuları, o cümlədən rabitə-işarəvermə avadanlıqları və elektrik naqilləri sıradan çıxıb.

Xatırladaq ki, dəmir yolu infrastrukturuna ziyan vurulması, qatarlara daş atılması, dəmir yolu relslərinin üzərinə kənar əşyaların qoyulması, eləcə də dəmir yolunun üst quruluş elementlərinin oğurlanması və digər neqativ hallar qatarların qrafik üzrə təhlükəsiz hərəkətinə, sərnişinlərin və piyadaların həyatına, o cümlədən dəmir yolları ilə daşınan yüklərin dağılmasına, ətraf mühitin çirklənməsinə təhlükə yaradır.

ADY vətəndaşlara tövsiyə edir ki, dəmir yollarının xüsusi əhəmiyyətli obyekt olmasını nəzərə alaraq, əmlaka zərər vurulması və oğurluq halları ilə rastlaşdıqda ADY-nin “1822”’ qaynar xəttini və DİN-in “102” xidməti-zəng mərkəzini dərhal məlumatlandırsınlar.

Eyni zamanda, qurum hərəkət iştirakçılarını dəmir yolu xətləri boyunca piyadalar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə, nəqliyyat vasitələrinin sürücülərini isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə riayət edərək dəmir yolu keçidlərindən düzgün istifadə etməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!