24 Sentyabr 2023 02:27
783
DÜNYA
A- A+
ABŞ senatoru Bob Menendes və arvadı Nadin Arslanyan rüşvətxorluqda ittiham olunurlar

ABŞ senatoru Bob Menendes və arvadı Nadin Arslanyan rüşvətxorluqda ittiham olunurlar

 

Amerikalı demokrat senator, Azərbaycanın qatı düşməni, Ermənistanın "Dostluq" ordenini alan və Rusiyanın "qara siyahısı"nın fiqurantı Robert Menendes Misir hakimiyyətinə xidmət müqabilində yüz minlərlə dollar rüşvət almaqda rəsmən 
ittiham olunur.
ABŞ Ədliyyə Nazirliyi elan edib ki, 2006-cı ildən Nyu Cersi ştatını Senatda təmsil edən Menendes Misir hakimiyyətinin xeyrinə olan hərəkətlər müqabilində külli məbləğdə rüşvət alıb.
Müstəntiqlər iddia edirlər ki, senator Menendes və erməni arvadı Nadin Arslanyan üç iş adamından rüşvət qismində nağd pul, qızıl külçələr, ev krediti ödənişləri və lüks avtomobil alıblar.
İttiham aktına əsasən, iş adamları Vael Hana, Xose Uribe və Fred Deybs Menendesə senator kimi nüfuzundan istifadə edərək onları qorumaq və həmçinin "Misir Ərəb Respublikasına faydalı işlər görmək" üçün pul ödəyiblər.
ABŞ Ədliyyə Nazirliyi təxminən bir il "Menendes işi" ilə bağlı araşdırma aparıb. Məlumata görə, ötən il senatorun evində axtarış aparılıb və bu zaman zərflərə qoyularaq paltarlarda, şkaflarda və seyfdə gizlədilmiş 480 min dollardan çox nağd pul aşkar edilib. Bundan əlavə, müstəntiqlər evdə 100 min dollar dəyərində qızıl külçələr aşkar ediblər. Müstəntiqlərin dediyinə görə, Xose Uribenin pulunu ödədiyi lüks avtomobil Mercedes-Benz kabrioleti qarajda aşkar edilib. Bütün bu tapıntılar, Ədliyyə Nazirliyinin fikrincə, senator Menendes tərəfindən rüşvətxorluğun sübutudur.
Nyu Yorkun cənub bölgəsinin prokuroru Damian Uilyamsın bildirdiyinə görə,  senator rüşvəti arvadının vasitəsilə alıb. Müstəntiqlərin fikrincə, Menendes avtomobili Xose Uribenin yoldaşlarından birini cinayət təqibindən xilas etdiyi üçün alıb.
İttihamnamədə deyilir ki, senatorun həyat yoldaşı Nadin Arslanyan adıçəkilən üç iş adamından biri, əslən misirli Vael Hana ilə birlikdə Menendesi Misir ordusu və kəşfiyyatının nümayəndələri ilə tanış edib.
Vael Hana və Nadin Arslanyan minlərlə mətn mesaj mübadiləsi aparıblar. Nadin daha sonra onları telefonundan silib.
İttihama görə, Nadin Arslanyan və Vael Hana tərəfindən təşkil edilən təmasların məqsədi hərbi tədarüklər və ABŞ-nin hərbi yardımı sahəsində Misirin maraqları üçün senatorun lobbiçilik etməsi olub.
69 yaşlı Bob Menendes  səkkiz il əvvəl də  rüşvətxorluqda ittiham olunub.
Lakin o vaxt andlılar heyətinin sayəsində onun barəsində həbs cəzası hökmü çıxarılmayıb.
Arvadı erməni olan Bob Menendes Konqresin Ermənistan məsələləri üzrə parlament qrupunun üzvü olub və ötən il bu ölkənin maraqlarını təbliğ etdiyinə görə Ermənistanın "Dostluq" ordeni ilə təltif edilib. Yalnız ordenləmi? Ümid edirik ki, bu suala ABŞ femidası ədalətli araşdırması ilə aydınlıq gətirəcək.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!