30 Sentyabr 2023 13:38
614
DÜNYA
A- A+

Pentaqondan yeni mübarizə strategiyası ilə bağlı AÇIQLAMA

 

Kütləvi qırğın silahlarına (KQS) qarşı mübarizə strategiyasının yenilənmiş versiyasının hazırlanması Rusiya və Çinin bu sahədə artan imkanları ilə bağlıdır. Bu sözlər ABŞ Müdafiə Nazirliyinin yaydığı açıqlamada yer alıb. Qeyd edilir ki, 2014-cü ildə kütləvi qırğın silahlarına qarşı mübarizə strategiyasının nəşrindən bəri həm Çin, həm də Rusiyanın bu silahları inkişaf etdirmək imkanları artıb. Bu səbəbdən ABŞ, onun müttəfiqləri və tərəfdaşlarının kimyəvi, bioloji, radioloji və ya nüvə silahları ilə bağlı hərbi qarşıdurma ilə üzləşməsi riski daha da ciddiləşib. Eyni zamanda bildirilib ki, Rusiya qeyri-strateji nüvə silahlarının böyük və müxtəlif arsenalını genişləndirir və modernləşdirir. Çin isə 2030-cu ilə qədər ən azı 1000 və 2035-ci ilə qədər 1,5 min nüvə başlığı yerləşdirmək niyyətindədir.

Səbuhi Bayramov,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video